a
Hava:
24 C
clear sky
Baku
humidity: 33%
wind: 8 m/s S
H24 • L24
HomeFaktlar və hadisələrDünyanın ən baha saılmış 5 qadın portretləri

Dünyanın ən baha saılmış 5 qadın portretləri

Ən baha qiymətə satılan qadın portretləri


Çılpaq, yaşıl yarpaqlar və büst-Pikasso

(Fr. Nu au Plateau de Sculpteur, İng. Nude, Green Leaves and Bust) rəsm əsərində   Pikassonun Mariyaya baxaraq yaratdığı büstün yanında yatmış Maria Teresa təsvir edilmişdir.  2010-cu ilin mart ayında Christie’s auksion evi tərəfindən auksiona çıxarılan əsər 106.482.500 dollara naməlum bir kolleksiyaçıya satıldı.   Və bununla  eyni zamanda, hərracda satılan ən bahalı sənət əsəri kimi tarixə düşdü.

Nafea faa ipoipo-Pol Qogen

İki taitili qızın əks olunduğu  “Nə vaxt evlənəcəksən?” (taiti Nafea faa ipoipo?) əsərinin müəllifi  Fransız rəssamı Pol Qogendir.
Əsər 2015-ci ilə qədər təxminən 50 il Bazel İncəsənət muzeyində nümayiş olunmuş,  2015-ci ildə isə “Sotbis” hərrac evinin isveçrəli keçmiş əməkdaşı Rudolf Ştehelin tərəfindən satışa çıxarılıb. Əsəri Qətər şeyxlərindən biri 300 milyon dollara – rekord qiymətə satın alıb.

Yuxu-Pablo Pikasso

(Fransız Le Rêve, İng. The Dream) – Pablo Pikassonun 1932-ci ildə sürrealizm dövründə çəkdiyi məşhur rəsmlərdən biridir.  Sənətçi əsərdə 22 yaşlı sevgilisi Maria-Theresa Walteri təsvir edib. Buna cəmi bir gün vaxt sərf etdiyi deyilir. 26 mart 2013-cü ildə New York Post qəzetinin verdiyi məlumata görə, Stiven A. Koen bu rəsmi  155 milyon dollara satın alıb

Qadın I – Villem de Kuninq

“Qadın I ” (Women l) –  mücərrəd ekspressionist danimarkalı rəssam  Villem de Kuninqin qadın mövzusunda  çəkdiyi silsilə rəsm əsərindən biridir . Əsərin 1951 ilə 1953 illəri arasında çəkildiyi bildirilir.
1970-ci illərdən bəri rəsm Tehran Müasir İncəsənət Muzeyində saxlanılan əsər İslam İnqilabından sonra İranda sənətlə bağlı  sərt qaydalara görə nümayiş oluna bilmədi.  1994-cü ildə satılaraq ölkədən ixrac edildi.  2006-cı ildə rəsm amerikalı kolleksiyaçı  Stiven Koen tərəfindən 137.5 milyon dollara satın alınıb.

Adel Blox – Bauerin portreti I

Adel Blox – Bauerin portreti I ( Portrait of Adele Bloch-Bauer l )  1907-ci ildə avstriyalı simvolist rəssam Qustav Klimt tərəfindən çəkilib. Kətan üzərində yağlı boya ilə çəkilmiş əsər «Adel Blox – Bauerin portreti I» rəsmi həm də «Qızıl Adel», yaxud «Avstriyanın Mona Lizası» kimi məşhurdur. Əsərdə  26 yaşında Vyana Banklar Birliyinin baş direktoru Moritz Bauerin qızı Adele Bloch-Bauer təsvir edilmişdir.
Müəllif portreti çəkərkən yağlı boya ilə yanaşı qabartma və zərgərlik texnikasından da istifadə edib.
Rəsm əsərini Nyu Yorkda Amerika sahibkarı Ronald Lauder  Yeni qalereya üçün 2006-cı ildə  – 135 milyon dollara satın alıb.

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz