a
Hava:
21 C
clear sky
Baku
humidity: 56%
wind: 4 m/s S
H21 • L21

Bədən tipi

“Mən kök deyiləm, sümuklərim iridir” yəqin ki bu ifadəni çox eşitmisiniz. Bizə gülməli gəlsə də , əslində, bu fikirdə həqiqət var. Hər insan genetik olaraq bədənində müəyyən qədər valideyinlərinin izini daşıyar . Amma, zaman-zaman bu quruluşu dəyişmək istəyərik. Nəticəni əldə edə bilməyəndə ruh düşkünlüyü yaşayarıq, bəlkə də nəyisə düz etmədiyimizi düşünüb özümüzü qınadıqca qınayaraq. Bu istəyimizi həyata keçirərkən nələrə diqqət etməyimiz gərəkdiyini bilmək üçün bədən tipimizi bilməliyik. Bundan əlavə normal cəkimizi, bədənimizə uyğun pəhrizi, uyğun idman hərəkətlərini bilmək üçün yenə də bədən tipimizə bələd olmalıyıq .
Hazırda standart olaraq götürülən üç bədən tipi var:

Ektomorf, mezomorf, endomorf

Bədən tipini müəyyən etmək üçün biləyin ən incə yerini ölçülür.
Bu ölçü 16 sm-ə olduqda insanın incə sümüklü olmasını göstərir. Bu tip insanlar ektomorf qurululuşa sahibdir. 16 sm-dən 19 sm-ə qədərdirsə mezomorf bədən tipinə, 19 sm-dən çox olanlar iri sümüklü sayılır, yəni, endomorf bədən quruluşuna sahib hesab olunur. Bu göstəricilər qadınlara aiddir. Kişilərdə bu, göstəricilərə 1 sm əlavə edərək müəyyən olunur.

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz