a
Hava:
26 C
clear sky
Baku
humidity: 27%
wind: 6 m/s SSE
H26 • L26
HomeƏn son xəbərlərDərs ibtidailərdə 25, V-XI siniflərdə isə 30 dəqiqə olacaq? -RƏSMİ CAVAB

Dərs ibtidailərdə 25, V-XI siniflərdə isə 30 dəqiqə olacaq? -RƏSMİ CAVAB

“İbtidai siniflərdə bir dərsin 25, V-XI siniflərdə 30 dəqiqə davam edəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

 

Bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib.

 

Onun sözlərinə görə, məktəblərdə bir akademik saat 45 dəqiqə olacaq və bu, dəyişməyəcək: “Çünki şagirdlər intensiv şəkildə çalışacaqlar və bəzən bir neçə dərsi bir dərs ərzində öyrənəcəklər. Ona görə də dərs saatının müddəti dəyişməyəcək”

 

V.Yaqublu deyib ki, virtual dərslərin müddəti isə 30 dəqiqədən çox olmamalıdır.

AzEdu.az-

Şərh yoxdur

şərhini yaz