a
Hava:
23 C
clear sky
Baku
humidity: 43%
wind: 8 m/s S
H23 • L23
HomeUmayClub.comTarixdə bu günSentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür

Sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günüdür (International Literacy Day).

UNESCO tərəfindən 1965-ci ildə elan olunan bu əlamətdar günün qeyd olunmasında məqsəd savadlılığın insanlar və ümumilikdə, cəmiyyət üçün faydalılığına diqqəti cəlb etmək, savadlılığı inkişafın və tərəqqinin əsas təməli kimi təsdiqləməkdir.

Savadlılıq insanın ana dilinin qrammatik normalarına uyğun olaraq oxuma və yazma bacarığının müəyyən dərəcəsi, əhalinin sosial-mədəni inkişafının əsas göstəricilərindən biridir.
Təəssüf ki, əldə olunan inkişafa baxmayaraq, bu gün dünyada savadsızlıq milyonlarla insanı əhatə edir. Beynəlxalq Savadlılıq Gününün məqsədi də bu vacib məsələni daim diqqətdə saxlamaqdır.

Bir çox ölkələrin nəzərə çarpan uğurlarna baxmayaraq, UNESCO-nun məlumatına görə dünyada qətiyyən savadı olmayan 750 milyon yetkin insan var (bunlardan 102 milyonu 15-24 yaş arasındakı gənclərdir). On uşaq və yeniyetmədən altısı (617 milyon) oxu və hesablama bacarıqlarının minimum səviyyəsinə malik deyil. Təqribən 267 milyon uşaq məktəbə getmir.

Qələmi dəfələrlə, kitabı on dəfələrlə qidalandığı çörəkdən baha olan XXI əsrin bəşər övladının elmi-texniki tərəqqidən ağızdolusu danışmağa, özünü “şüurlu varlıq” adlandırmağa haqqı varmı? Coğrafi əraziləri zəbt etmək, təbii sərvətlərə sahib çıxmaq məqsədilə kütləvi qırğın silahlarına küllü miqdarda maliyyə vəsaiti ayıran güc dövlətləri niyə öz əhalisini savadlandırmaq üçün bu vəsaiti tapa bilmir? Niyə təbii intellektin süni intellekt yaratmaq həvəsi ilə yaşadığı elmi-texniki tərəqqi dövründə yüz milyonlarla insan oxuyub yazmağı bacarmır?

Beynəlxalq Savadlılıq Günü bir həqiqəti bir daha bütün insanlara xatırladır: “Savadlılıq cəmiyyətin qarşısında bütün qapıları aça bilən açardır”. Bu açarın itirilməsi və ya gizlədilməsi cəmiyyətin fəlakətə sürüklənməsi deməkdir.
Açarı möhkəm saxlayaq…

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədov
Şərh yoxdur

şərhini yaz