a
Hava:
13 C
light intensity shower rain
Baku
humidity: 88%
wind: 11 m/s NW
H13 • L13
HomeMünasibətlərQadın,ailə,cəmiyyətAzərbaycanda IV kurs tələbəsi özünü dənizə ataraq intihar edib

Azərbaycanda IV kurs tələbəsi özünü dənizə ataraq intihar edib

Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi, Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib.

Hadisə şahidlərinin sözlərinə görə, gənc qız bir neçə dəfə dənizin sahilinə yaxınlaşsa da geri çəkilib.

Sonuncu dəfə sahilə yaxınlaşan V. Rəhimli qəfildən özünü dənizə atıb. Ətrafdakı insanlar onu xilas etmək istəsələr də cəhdləri uğursuz olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.

Mərhumun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, V.Rəhimli Sumqayıtda əmisinin evində qalırmış.

Şərh yoxdur

şərhini yaz