a
Hava:
23 C
clear sky
Baku
humidity: 28%
wind: 7 m/s SSE
H23 • L23

Artroz nədir?

Artrozların ilkin əlamətləri – yüngül keçici ağrılar, hərəkətlər zamanı oynaqların mütəmadi olaraq şıqqıltısıdır. Bu mərhələdə aparılan profilaktika tədbirləri əksər hallarda xəstəliyin qarşısını almış olur. Səhərlər oynaqlarda yığışma hiss olunur ki, onlar sanki hərəkətsiz olurlar. Hərəkət etməyə başladıqda ağrı əmələ gəlir və daha da artır. Bir müddət sonra ağrılar zəifləyir və tamam keçib gedir. Lakin gün sonunda hərəkət çətinləşir və oynaqlarda səhərə nisbətən daha da şiddətli ağrılar baş verir. Tədbirlər görülməzsə, bu proses illərlə davam edir, daha da güclənir, daimiləşir, sutkalarla davam edir, hətta gecələr də keçmir.
Artroz zamanı nə kimi tədbirlər görmək olar?
-Oynaqlara verilən statik yük dinamik yüklə əvəz olunmalıdır, yəni ağır yük qaldırmaq əvəzinə idmanla məşğul olmaq məsləhət görülür, ağır yükü isə arabalı çantalardan istifadə edərək daşımaq olar.
-Bədən çəkinizə diqqət yetirin, axşamlar yeməyin.
-Qida rasionuna daha çox balıqdan hazırlanmış bulyon daxil edin, onun tərkibində qığırdaqlara və sümüklərə vacib olan maddələr vardır.
-Artroz çox hallarda osteoporozla müşayiət olunur ki, bu da sümüklərin sıxlığını zəiflədir. Ona görə də, tərkibində D vitamini, kalsium olan qidalar, məsələn, kəsmik, pendir, kərə yağı, süd, buğda artımları, cəfəri, şüyüt, qaraciyər qəbul edin.
-İmmunitetinizə qarşı laqeyd olmayın, hər hansı bir yoluxucu xəstəlik artrozların oyanmasına gətirib çıxara bilər. Səhər qəbul etdiyiniz su prosedurlarını kontrast duşla bitirin, imkan daxilində nəfəsliyi açıq qoyun. Onurğa sütunu, əllər və ayaqlar üçün xüsusi idman hərəkətləri edin.
Oynaqların birinci düşməni duzdur. Ona görə də, həddindən artıq duzlu və kəskin qidalardan imtina edin.
Şərh yoxdur

şərhini yaz