a
Hava:
23 C
clear sky
Baku
humidity: 35%
wind: 4 m/s S
H23 • L23
HomeMünasibətlərQadın,ailə,cəmiyyətAQSİA qız övladı dünyaya gətirdiyi üçün tərk edilən Asyaya dəstək oldu.

AQSİA qız övladı dünyaya gətirdiyi üçün tərk edilən Asyaya dəstək oldu.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından Umay.com saytına verilən məlumatda bildirilib ki, Hovsan qəsəbəsində ata evində məskunlaşan Asya Ələkbərova adlı gənc ana iki azyaşlı övladına baxmaqda çətinlik çəkir.
AQSİA-nın üzvü olan “Xeyirli əllər” fondu və “By Aynur Xəlilova” Moda evinin təsisçisi, eyni zamanda “Double” şirkətinin kreativ direktoru və təsisçisi Aynur Xəlilovova körpələrə mütəmadi yardım etməyi öz üzərinə götürüb. İlkin olaraq körpə lazım olan qida və sağlamlıq məhsulları ilə təmin edilib. Məsələni daha detallı araşdırmaq üçün sahibkar xanım Aynur Xəlilovova ilə Asyanın yaşadığı “Zığ bağ evləri” massivində olub. Məlum olub ki, 24 yaşlı Asyanın 2 qız övladı var. İkinci körpəsi 2 həftəlikdir, dediyinə görə, qız olduğu üçün həyat yoldaşı onu tərk edib:
“Yoldaşım əslən Kürdəmirdəndir. 20 yaşım olanda qoşulub qaçdıq. Qaçmağımıza baxmayaraq bir müddət sonra ata evimdə birlikdə yaşamağa başladıq. İkinci övladım doğulduqda qız olduğuna görə məni atıb getdi”
Asya hazırda ata evində valideynləri, qardaşı və iki qızı ilə qalır. Məkumatda o da bildirilib ki, 2 həftəlik körpə baxımsız və səliqəsizdir, qol və boyun nahiyələrində bişməcələr var.
Asya Ələkbərova maddi cəhətdən çətinlik çəkdiyini və yardıma ehtiyacı olduğunu bildirib.
Məsələ ilə bağlı AQSİA-da iclas keçirilib. Sahibkar xanımlar müzakirələr zamanı, opertaiv şəkildə Asya Ələkbərovaya və iki qız övladına maddi dəstək göstərilməsini, eyni zamanda müvafiq qurumlara Assosiasiya tərəfindən müraciət olunmasını məqsədəuyğun sayıblar.
15 günlük körpənin durumu ilə bağlı AQSİA adından Hovsan 16 saylı uşaq poliklinikasına və yerli sosial müdafiə şöbəsinə müraciət ünvanlanıb.
Körpənin həyatı ilə bağlı dəyişikliklər AQSİA-nın və bu qurumun xeyirxah üzvü, fəal ictimaiyyətçi “Xeyirli Əllər” Fondunun təsisçisi sahibkar Aynur Xəlilovanın nəzarətindədir.

Şərh yoxdur

şərhini yaz