a
Hava:
18 C
clear sky
Baku
humidity: 72%
wind: 8 m/s NNW
H18 • L18

Diabetik ayaq nədir?

Diabetik ayaq nədir?

Diabetik ayaq – Şəkərli Diabetin ağırlaşmalarından biridir. Bu zaman ayaqda trofik xoralar əmələ gəlir. Belə ki, şəkərli diabet hal-hazırda çox yayılan xəstəlikdir. Məsələ bundadır ki, şəkərli diabet zamanı toxumalar və orqanlar tərəfindən qlükozanın mənimsənilməsi pozulur, zəhərli olan keton hissəciklər əmələ gəlir, maddələr mübadiləsi pozulur. Həmçinin, sinir sistemi və damarlar ziyan çəkir. Nəticədə infeksiya çox tez inkişaf edir. Təbii ki, aşağı ətraflar patologiyanın yaranmasına daha həssasdır. Belə ki, ayaq dayaq funksiyasını yerinə yetirir deyə sinir və damarların diabetik zədələnmələri zamanı daha çox patologiyaya meyilli olur.

️Həkimə ilk simptomlar olanda gedin. Simptomların əmələ gəlməsindən öncə isə endokrinoloqdan ayaq müayinəsini istəyin ( hər şey yaxşı olsa belə Ş.D. zamanı ildə 1 dəfə pulsasiya yoxlanılmalıdır).

Şərh yoxdur

şərhini yaz