a
Hava:
18 C
clear sky
Baku
humidity: 72%
wind: 7 m/s NNW
H18 • L18
HomeSağlamlıq və gözəllikTibbi məlumatlarŞəkərli Diabetə dair biinməsi gərəkənlər

Şəkərli Diabetə dair biinməsi gərəkənlər

Diabetlə mühafizədə birləşək

Ulu tanrı bütün canlıları təbiətlə birlikdə
yaratmışdır. İnsan təbiətin bir hissəsidir desək heç də
yanılmarıq. O, təbiətin qanunları ilə mövcud olmaq üçün
yaradılmışdır. Bu təkzib olunmaz bir faktdır. Təbiətdə
hər nə varsa, öz ölçüsündədir, gözəldir, həmahəngdir.
Xəstəlik isə bu həmahəngliyin pozulmasıdır. İnsanın
sağlam həyat tərzi elə bir amildir ki, burada heç nə
təbiətin əksinə deyil. Xəstəlik üçün xarici şəraitin pis
olması o qədər də rol oynamır. Xəstəliyin ancaq bir
səbəbi varsa, o da təbiət qanunlarının pozulmasıdır ki, bu
zaman zərərli mikroorqanizmlər təhlükəli dərəcədə
çoxalır, irsi xəstəliklər bu və ya digər formada özlərini
biruzə verirlər. İnsan düzgün olmayan həyat tərzi
keçirdikdə, təbiətin qanunlarını pozmuş olur və bununla
da xəstəlik əmələ gəlir. Buna baxmayaraq, müasir
insanın öz həyatı elədir ki, o təbiətin normalarından
məcburi olaraq kənarlaşır. Biz suni yeməklə qidalanır,
təbiət tərəfindən hesablaşmayan sintetik materiallardan
geyim geyinirik ki, bu da bədəni nəfəs almağa və təbiət
hadisələri ilə qarışmağa qoymur. Baxmayaraq ki, insan
orqanizmi təbiətin yaranışı daima hərəkət üçün
hesablanıb, ancaq az hərəkət edirik. Təbiətin tələb etdiyi
miqyasda orqanizmi, həyat mənbəyi olan oksigenlə tam
təmin edə bilmirik. Beləliklə, düzgün olmayan qida,
nəfəsalma, məhdud hərəkət, energetik balansın və ruhun
həmahəngliyinin pozulması insan tərəfindən buraxılan
təbiət qanunlarının əsas pozuntularıdır. Xəstəlik bu
pozuntuların nəticəsindən başqa heç nə deyil.

Özünüzmühakimə edin, təbiətin elementar qanunlarını pozmağadavam etməklə                                                                                                                                                                                                                                         dərmanların köməyi ilə müalicə olmaq
olarmı? Əlbəttə yox. Təbiət insan üçün bir çox təbii
vasitələri hesablayıb. Buna baxmayaraq, insan təbiətə,
özünə və öz daxili şəfaverici qüvvəsinə inanmır, ya da
inanmaq istəmir. Beləliklə, təbii sağlam həyat tərzi
qurmaq üçün düzgün qidalanmaq, düzgün hərəkət etmək,
təbiətdə olan hadisələrlə qarşılıqlı şəkildə əlaqədə olmaq
lazımdır, ruhumuzun həmahəngliyi və sakitliyini təmin
etmək zəruridir. Bunların hamısı insanlar üçün əl
çatandır.

Hər bir insan, təbiətin bizə verdiyi nemətlərdən
yararlanmağı bacarmalıdır. Bununla siz öz
sağlamlığınızın qayğısına qala biləcəksiniz.
Azərbaycanda və dünyada bir çox xəstəliklər kimi
“Diabet” xəstəliyi də tibb aləminin önəmli
problemlərindən hesab olunur. Bu xəstəliyə və
problemlərinin həllinə diqqəti artırmaq üçün
təqvimimizdə 14 Noyabr Ümumdünya Diabet Günü kimi
qeyd olunmaqdadır.
Ümumdünya Diabet Gününü qeyd etmək təşəbbüsü
1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada
diabet hallarının yüksəlməsinin qarşısını almaq
məqsədilə irəli sürülmüşdür. O vaxtdan etibarən 14
noyabr hər il Ümumdünya Diabet Günü qeyd edilir. Bu
tarix həkim Frederik Bantinqin doğulduğu gündür. O,
1921-ci ildə tələbəsi Çarl Best ilə birlikdə insulin kəşfinə
gətirib çıxaran ideyanın müəllifi olmuşdur.

Ölkə başçısı bu önəmli və həyati təhlükəsi böyük olan
xəstəliyə diqqət və qayğısını əsirgəməmiş, və 2004-cü                                                                                                                                                                                                                                                                                               ildə “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət
qayğısı haqqında” fərman imzalamışdır.
Dünyamızda olduğu kimi Azərbaycan tibbinin qarşısında
duran önəmli məsələlərdən biri olan “Diabet xəstəliyi”
nin qarşısı alınması üçün ona təkcə tibbi preparatlarla
müalicə məqsədli yanaşmaq deyil, həm də onu insanlar
arasında ictimailəşdirərək, maarifləndirmək də görülən
önəmli işlərdən biri hesab edilir.

Xəstəlikdən qorxmayın!
(Diabetlə mübarizə)

Dünyaya gələn hər bir insanın orqanizmində
həmahənglik canlı mübadilə, harmonik prinsiplərə
uyğun, istər-istəməz ülvi və üzvi münasibətlər yaranır.
Ana təbiətin ümdə nizamlayıcısı və daşıyıcısı sayılan
İNSAN təbii sərvətlərin içində-ağuşunda yaşayır, yaradır.
Fövqəl şüura-əqlə, görmə, duyma, hissetmə, qəbuletmə,
mübarizə və s. şücaətlərə malik olan insan yorulmadan,
durmadan çalışır ki, təbiəti, təbiiliyi özününküləşdirsin-
nisbətən!
Sağlamlıq-bu baxımdan şüurun aliliyinə bariz bir
nümunədir.
Hər bir dövlətin əhalisinin sağlamlığı cəmiyyətin
ictimai, iqtisadi və mənəvi problemlərinin aynasıdır. Ona
görə də sağlamlıq məfhumunun ictimai mənası dərin və
çoxcəhətlidir. Sağlamlıq həm fərdin, həm də cəmiyyətin
nemətidir. Ümümdünya Səhiyyə Təşkilatı sağlamlığı
insan həyatının elə bir vəziyyəti hesab edir ki, onda heç
bir xəstəlik və fiziki qüsur olmasın, hər kəs sağlam
mənəvi və ictimai mühitdə yaşasın. Lakin sürətli inkişaf,                                                                                                                                                                                                                                                                                    qloballaşma prosesləri və onların doğurduğu nəticələr
bütün ölkələrdə sosial-iqtisadi inkişafın müsbət meyilləri
ilə yanaşı, təhlükəli tərəflərilə də qarşımızda çoxlu
problemlər yaradır. Stressiz həyat tərzi, saf su, təmiz
qida, ekoloji təhlükəsizliyin təmin olunması, zərərli
vərdişlərin qarşısının alınması, əhalinin yüksək əmək
qabiliyyəti səviyyəsinə, fəal uzunömürlülüyünə, layiqli
yaşayış tərzinə nail olunması, fəsadların qarşısının
alınması, demək olar ki, hər gün rastlaşdığımız travmalar
və bütün bu kimi hallar xalqın fiziki və mənəvi
saflığımızın yüksək səviyyədə təmin olunmasını milli
genefondun qorunmasını hamımızın, ilk növbədə
dövlətin qarşısında prioritet vəzifələr kimi vəzifələr
meydana çıxarır. Ona görə də, səhiyyə sisteminin yeni
dövrün tələbinə uyğunlaşdırılması, əhalinin
sağlamlığının etibarlı təminatına imkan verən müasir
tibb infrastrukturunun yaradılması bu gün Azərbaycanda
həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib
hissəsinə çevrilmişdir.

Şəkərli diabet əsrin ən təhlükəli qlobal problemləridir.
Hazırda bütün dünyanı narahat edən bir çox xəstəliklər
mövcuddur ki, onların profilaktikası, yayılmasının
qarşısının alınması, müalicəsi beynəlxalq səviyyədə
düşünülür, birgə tədbirlər həyata keçirilir, xüsusi
qanunlar, dövlət proqramları, layihələr, onların icra
mexanizmləri işlənib hazırlanır. Bu baxımdan
respublikamızda yaradılan qanunvericilik bazası müsbət
hal kimi qeyd olunmalıdır.

Qısa müddətdə ölkə başçısının təşəbbüsü ilə ən vacib sahələr üzrə                                                                                                                                                                                                                                                                      “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin                                                                                                                                                                                                                                                                                inkişafına dair Dövlət Proqramı”, “Hemofiliya və
talassemiya irsi qan xəstəliyi üzrə Dövlət proqramı”,
“Xroniki böyrək çatışmazlığı üzrə Dövlət proqramı”,
“Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair
Tədbirlər Proqramı”, “Onkoloji xəstələrin həyati vacib
şiş əleyhinə preparatlarla təminatı üzrə Tədbirlər
Proqramı”, “Ana və uşaqların sağlamlığının qorunması
haqqında Tədbirlər Proqramı”, “Şəkərli diabet üzrə
Dövlət Proqramı hazırlanmış və artıq icrasına
başlanmışdır. Hazırda dünyanı təşvişə salan
xəstəliklərdən biri Şəkərli diabetdir. Bu xəstəlik artıq
qlobal problem kimi ortaya çıxmışdır. Bununla əlaqədar
beynəlxalq təşkilatların fəallığının artması, səylərin
birləşdirilməsi meyli gücləndirilmişdir.

Şəkərli Diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial,
iqtisadi, psixoloji və digər problemlərlə də bağlıdır.
Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası və
Ümümdünya Diabet və Ümumdünya Səhiyyə
Təşkilatının tövsiyəsi ilə 1991-ci ildən başlayaraq hər il
noyabrın 14-də Ümumdünya Diabet Günü bu xəstəlik
haqqında məlumatlandırma kompaniyası kimi qlobal
şəkildə qeyd olunur… Son illər Azərbaycanda Şəkərli
Diabetlə xəstə olan insanlar, xüsusən də uşaqlar üçün
mühüm işlər görülüb və bu proses davam etməkdədir.
Hazırda Bakı, Şəki, Mingəçevir və Naxçıvanda
endokrinoloji dispanserlər, Gəncə şəhərində polinklinika
şöbəsi olan Endrokrinoloji Xəstəxana, həmçinin Bakıda
Respublika Endrokrinoloji Mərkəz fəaliyyət göstərir.
Qeyd edilən müəssisələrlə yanaşı, şəkərli diabetlə xəstə
olanlara ambulator və stasionar yardım poliklinikaları,                                                                                                                                                                                                                                                                                              tibbi sanitariya hissələri, mərkəzi rayon xəstəxanalarının
endrokrinoloji kabinetləri və şöbələri tərəfindən xidmət
göstərilir. Şəkərli diabet xəstələri üçün ixtisaslaşdırılmış
çarpayıların ümumi sayı artırılır. Bakı, Sumqayıt, Şəki,
Mingəçevirdə endokrinoloji xidməti olan tibb
müəssisələrində xəstələr üçün özünənəzarət təlim
məktəbləri mövcuddur.

1991-ci ildən Diabetlə mübarizədə birləşək.
Hazırda bütün dünyanı ciddi narahat edən
xəstəliklərdən biri də şəkərli diabetdir. Bu xəstəlik artıq
qlobal problem kimi ortaya çıxmışdır. Ümumdünya
Diabet Gününü qeyd etmək təşəbbüsü 1991-ci ildən
başlayaraq Beynəlxalq Diabet Federasiyasının və
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə
hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi
qeyd olunur. Niyə məhz 14 noyabr? Həmin gün
milyonlarla insanın həyatının xilaskarı, insulin
preparatını kəşf edən tibb elmləri doktoru, professor,
tədqiqatçı alim, Nobel mükafatı laureatı Frederik
Bantininqin doğulduğu tarixdir. O, 1921-ci ildə tələbəsi
Çarl Best ilə birlikdə insulinin kəşfinə gətirib çıxaran
ideyanın müəllifi olmuşdur. O zaman bu məsələ
ətrafında ciddi fikir mübadiləsi aparmış, dünya
miqyasında geniş müzakirələr keçirilmişdir. Nəhayət,
həmin tarix rəsmi şəkildə təsdiqlənmişdir. Noyabrın 14-
də Ümumdünya Diabet Günü 160-dan çox ölkə,
milyonlarla insan, sağlamlığın keşiyində duran
mütəxəssislər, nüfuzlu şirkətlər, təşkilatlar, kütləvi
informasiya vasitələri tərəfindən yüksək səviyyədə qeyd olunur.                                                                                                                                                                                                                                                                              Hər il bu tarixlə bağlı diabetə dair əhəmiyyətli
mövzularda beynəlxalq miqyaslı müzakirələr, humanitar
tədbirlər keçirilir. Diabet və insan hüquqları, diabet və
həyat tərzi, diabetə sərf edilən xərclər və digər
aspektlərdə aparılan diskussiyalar mütəxəssislərin daim
diqqət mərkəzində olur. 2004-cü ildə diabet və piylənmə,
2005-ci ildə diabet və pəncəyə qulluq, 2006-cı ildə
diabet kasıblar və əlillər arasında, 2007-ci ildə
maarifləndirici işlər və 2008-ci illərdə uşaqlarda və
yeniyetmələrdə diabet mövzularında maarifləndirici
işlər, konfrans və simpoziumlar ictimaiyyət tərəfindən
böyük rəğbətlə qarşılanmışdır. 2009-cu ildən 2013-cü ilə
qədər isə Ümumdünya Diabet Günü üçün seçilən mövzu
diabet təhsili və diabetdən qorunmaya həsr olunur. 2006-
cı ildə Bakı Şəhər Baş Səhiyyə idarəsində fondun
təşəbbüsü ilə keçirilən xeyriyyə tədbirində 217 diabetli
uşağa insulin və xüsusi ağrısızlaşdırıcı şpris-qələmlər
verilmişdir. Mehriban xanım Əliyevanın şəxsi yardımı
və eyni zamanda, Gənclər və İdman Nazirliyinin, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin,
“Sanofi Aventis” və “Novo Nordisk” farmaseptik
şirkətlərinin dəstəyi ilə 2000-ci ildən Azərbaycan Diabet
Liqası ŞD-yə tutulmuş uşaq və yeniyetmələr üçün xüsusi
yay düşərgələri təşkil edir.
Son illər bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti
xüsusi ilə təqdirəlayiqdir. Səhiyyə sahəsində kimsəsiz
uşaqların sağlamlığının təmin olunması istiqamətində
həyata keçirilən sosial layihələr içərisində “Diabetli
uşaqlara ən yaxşı qayğı” ilə bağlı reallaşdırılan tədbirlər

cəmiyyətdə böyük rezonansa və rəğbətə səbəb olmuşdur.
Respublikamızda şəkərli diabetlə bağlı qeyri-hökumət
təşkilatları da fəaliyyət göstərir. Şəkərli diabet öz
ağırlaşmaları ilə hər zaman qorxuludur və
diabetoloqların uğurlarına baxmayaraq, tək təbabət bu
xəstəliyə qalib gələ bilmir. Bunun üçün xəstələrin
özlərinin və ailə üzvlərinin aktiv iştirakı lazımdır.
Təcrübə göstərir ki, həkimlərin və onların pasientlərinin
birgə iştirakı diabetin müalicəsinin effektliyini artırır və
ağırlaşmaların qarşısını alır. Diabetin idarə olunmasında
insanlarda onun mahiyyəti, istifadə olunan dərman
preparatlarının təsiri, pəhriz haqqında əhəmiyyətli
biliklərin verilməsinin çox böyük əhəmiyyəti və rolu
vardır. Həmçinin fiziki hərəkətlərin xəstəliyə müsbət
təsiri haqqında təbliğat gücləndirilməlidir. Onlar
özlərini müxtəlif situasiyalarda aparmaq
qaydasını, həkimə nə vaxt müraciət etmək lazım
olduğunu bilmək və müalicədə hansı müstəqil düzəlişlər
etməyi bilməlidirlər. Son illər Şəkərli diabet xəstələrinin
kəskin artımı hipodinamiya, yəni fiziki əzələ hərəkətinin
azlığı ilə əlaqədardır. Elmi-texniki tərəqqi nəticəsində
bir çox işlərin avtomatlaşdırılması və
mexanikləşdirilməsi qəbul olunan qida ilə alınan
enerjinin sərf olunmasını azaldır ki, bu da piylənmənin
yaranmasına gətirib çıxarır. Yapon alimlərinin
tədqiqatları nəticəsində məlum olub ki, avtomobil
olan insanlarda digərlərinə nisbətən ikinci tip diabetlə
xəstələnmə daha çoxdur. Hər bir insan ilk növbədə
özünün, layiqli və sağlam həyat tərzini təmin etməlidir.

Xəstə insan üçün dünyanın heç bir neməti belə bir                                                                                                                                                                                                                                                                                              dəqiqədə heçə enir. Odur ki, sağlamlığı qorumaq
lazımdır. Özünüzə etibar edin ki, təbiətin təbiiliyinə və
sağlam həyat tərzinə qayıda biləsiniz. Bu çox sadədir.
Başlıcası odur ki, qərar verəsiniz. Arzumuz, Ulu tanrıdan
diləyimiz budur ki, genetik bəşəri düşüncəyə malik olan
xalqımız-Azərbaycanlılar təbiətin nemətlərindən düzgün
və lazımınca dəyərlənsinlər, sağlam həyat naminə
sağlamlıqlarının qeydinə qalsınlar. Təbiətin insan
orqanizminin qanunları ilə yaşayın ki, vaxtsız
qocalmadan və xəstəliklərdən qoruna biləsiniz.
Özünüzün fiziki, əqli və ruhi güclərinizin vəhdəti,
həmahəngliyi və əlbəttə ki, Allaha inamınızla
xəstəliklərdən uzaq olar və şəfa tapa bilərsiniz.

Diqqət! Bunları bilmək çox vacibdir
(Diabetlə mübarizə)
Böyük İbn Sina yazır ki, diabetin səbəbini xəstə
böyrəklərdə, hədsiz dərəcədə yüklənmiş onurğada və
qədərindən artıq yeməkdə axtarmaq lazımdır. Təcrübələr
göstərir ki, qanda şəkər o vaxt nizama düşür, əgər;
1. Böyrək və mədənin sallanması ləğv edilir;
2. Böyrək və mədə təmizlənilir;
3. Qəbizlik vaxtı yoğun bağırsaq təmizlənir;
4. Bel və qarın əzələləri möhkəmləndirilir;
5. Zədə və əməliyyatlar haqqında məlumat
(informasiya) pozulur;
6. Dərin nəfəs alma səthi nəfəs alma ilə əvəz edilir.
Çalışın hər maddə üzrə məsləhətləri yerinə yetirin və siz
aşkar edəcəksiniz ki, gücləndiniz, oynaq ağrıları                                                                                                                                                                                                                                                                                            dayanacaqdır, ağızda quruluq, ayaqlarda qızma,
soyuqluq və bir sıra səhhətinizlə əlaqədar müşkül işlər
ləğv ediləcəkdir.
Diabetes mellitus (DM), Diabet (yun. “süzənək” və lat.
mellitus “bal kimi şirin”) və ya Şəkər xəstəliyi, Şəkərli
diabet-şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli
ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda
yüksək olmasıdır.

Pasient qanda şəkərin miqdarını idarə
edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə
çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını
almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur.
Hazırda dünyada 240 milyondan çox insan bu
xəstəlikdən əziyyət çəkir. Hər il Yer üzündə vəfat edən
insanların 5 faizi məhz diabet nəticəsində dünyasını
dəyişir. Təcili tədbirlər görülməsə, bu rəqəmin növbəti
10 ildə 50 faizə qədər artacağı ehtimal olunur.
Şəkərli Diabet Endokrin sistemin xəstəliyi olub,
orqanizmdə tamamilə və ya hissəvi olaraq, insulin
hormonunun çatışmazlığı ilə əlaqədardır. İnsulin
hormonu isə mədəaltı vəz tərəfindən sintez olunur.
Şəkərli diabet zamanı karbohidrat, zülal və lipid
mübadiləsi kəskin pozulmuş olur.

Şəkərli diabet çox rast
gəlinən, lakin diaqnostika baxımdan çox “maskalanan”
bir xəstəlikdir. Statistikaya görə, dünya əhalisinin 10%-i
bu xəstəlikdən əziyyət çəkir. Hər 10-15 ildən bir
xəstəliyə tutulanların sayı 2 dəfə artır. Bundan əlavə, 30-
35 % pasientlərdə bu gizli şəkildə getdiyindən gec aşkar
olunur. Şəkərli Diabetin yüksək artımı eyni zamanda
onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər                                                                                                                                                                                                                                                                                      problemləri də çox qabardır. Məhz bu baxımdan
Beynəlxalq Diabet Federasiyası (BDF) və Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə Ümumdünya
diabet günü qeyd olunur. 2006-cı ildə Ümumdünya
Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu
sənəddə şəkərli diabeti “ağır xroniki xəstəlik” kimi
səciyyələndirib.

Xəstəlik cinayətdir, cinayətkar olmayaq
(Diabetlə mübarizə)
Orta əsr təbabətinə görə bu xəstəliyin əsas səbəblərindən
biri yemək rejiminin və böyrəyin funksiyasının
pozulmasıdır. Çoxlu ət, ət məhsulları və heyvan yağları
işlədilən ölkələrdə şəkər xəstəliyinə tutulurlar. Ağır
yağlar, xörəklər işlədilən adamlara bu xəstəlik tez təsir
göstərir.

Keçmiş həkimlər bu xəstəliyin səbəbini böyrək
funksiyasının pozulmasında gördüklərindən, onlar
müalicəni də böyrəyin qüvvətlənməsi və onun
funksiyasının normallaşması istiqamətində aparmışlar.
Əgər xəstələrin (xüsusilə cavan yaşlıların) ümumi
vəziyyəti imkan verirsə, onlardan həcəmət qoymaq yolu
ilə qan alırlar. Susuzluq zamanı xəstələri soyuq su
içməyə qoymur, onları sərin yerdə yatızdırır, böyrək
nahiyəsinə sərin kompres qoyur, xüsusilə turş meyvələr
verirlər.
Diabetin səbəbləri:
Genetik meyil; Piylənmə;
İnsulin ifraz edən betta hüceyrələrin zədələnməsinə
səbəb olan xəstəliklər: pankreatit, mədəaltı vəz xərçəngi
və daxili sekresiya vəzilərinin xəstəlikləri;

Virus infeksiyaları: qızılca, su çiçəyi, qrip, epidemik
hepatit və digər xəstəliklər;
Sinir sisteminin gərginliyi, stress;
Yaş həddi. Yaş hər 10 il artdıqca xəstəliyə tutulma
ehtimalı da çoxalır.

Şəkərli diabet xəstəliyinin simptomları: İlk simptomlar
qanda qlükozanın artıq miqdarda olması ilə əlaqədar
olaraq xəstə tez-tez sidiyə getməsidir ki, bu da öz
növbəsində susuzluq yaradır. Bu zaman isə çoxlu
miqdarda sidik ifraz etdikdə kifayət qədər çox kalori
itirildiyindən aclıq yaranır və xəstədə iştahanın artması
müşahidə olunur. Bundan başqa, şəkərli diabet zamanı
yuxusuzluq, yorğunluq, görmə itliyinin pozulması,
ətrafların soyuğa davamlı olmaması və s. kimi əlamətlər
də müşahidə olunur. Şəkərli diabet bundan başqa
ağırlaşmalara da gətirib çıxara bilər. Diabetin kəskin
ağırlaşmalarına diabetik ketoasidoz, hipoqlikemiya,
hiperosmolyar komanı göstərmək olar. Ümumiyyətlə,
Şəkərli Diabet ciddi və təhlükəli bir xəstəlikdir. Diabetin
ağırlaşmalarının qarşını almaq üçün qanda şəkərin
miqdarını normada saxlamaq lazımdır.
Şəkərli diabetin profilaktikası üçün əsasən aşağıdakı
qaydalara riayət etmək lazımdır:
Bədən çəkisini hər zaman normada saxlamaq lazımdır.
Qida xeyirli və müxtəlif çeşidli olmalıdır. Qida
rasionunda yağlı qidaları və şirniyyatları azaltmaq,
onların əvəzinə isə təzə meyvə və tərəvəzlərin miqdarını
artırmaq lazımdır. Mədəaltı vəzinin normal fəaliyyəti
üçün kükürd və nikel elementləri (bütün kələm növləri,
qıtığotu kökü (“xren”), sarımsaq, soğan, ağ turp,                                                                                                                                                                                                                                                                                                  balqabaq, yerkökü, motmutu, gavalı, əncir, badam, xiyar,
yumurta sarısı, qoz-fındıq, süd məhsulları, çuğundur və
s), sink (ən çox çuğundurda, cücərdilmiş buğdada, buğda
kəpəyində olur), B qrupu vitaminləri (buğda kəpəyi,
üyüdülməmiş-bütöv buğdalarda, cücərdilmiş buğdada,
mayada, qatıqda) tələb olunur. Şəkərli diabet xəstələri
üçün xüsusi dietik məhsullar istehsal olunur, bu
məhsullar şirinliyi təqlid edir (şirniyyat məmulatları,
konfetlər, şirələr, və b.) amma orqanizmdə
hiperqlikemiyaya səbəb olmurlar. Bu məqsədlə şəkər
əvəzedicilərdən istifadə olunur: təbii qida komponentinə
kimyəvi tərkibli inert qidadan istifadə edilir, onlar şirin
və xörək hazırlanan vaxt müxtəlif kulinar proseslərə
davamlı olurlar. Əgər hər hansı bir insanda şəkərli diabet
xəstəliyinə irsi meyililik varsa, qanda şəkərin
səviyyəsinin yüksəlməsini vaxtında aşkar etmək üçün,
vaxtaşırı olaraq həkim endokrinoloqun müayinəsindən
keçmək mütləqdir!
Özünüzlə yaşamağı öyrənin!
(Diabetlə mübarizədə xalq təbabəti)

Yadda saxlamaq lazımdır ki, hər bir insan dünyaya
tək gəlib, tək gedir. Biz günlük həyatımızı sağlamlıq və
xoşbəxtlik nümunəsinə çevrilməyik. Bu başqalarına da
sağlamlıq və xoşbəxtlik yoluna riayət etməyə imkan
verəcək. Həyat-fasiləsiz dərsdir, sağlamlaşma proqramı
ilə bu gündən başlayın! Bunun üçün müasir tibb ilə birgə
əsrlərdən, qərinələrdən bu günümüzə süzülüb gələn,
tarixin sınağından üzüağ çıxan xalq təbabəti üsullarından
da Şəkərli diabet xəstələri istifadə edə bilər. Çünki elmi                                                                                                                                                                                                                                                                                                  təbabətdən min illər əvvəl yaranan xalq təbabəti qədim
bir tarixə malikdir. Ulularımız elmi təfəkkür sahibi
olmasalar da gündəlik həyati təcrübələr əsasında
bitkilərin müalicəvi tərkibini öyrənib, onları sınaqdan
keçirərək şəfaedici məlhəmlər hazırlamışlar. Xalq
təbabətində gündəlik həyatımızda kara gələn çox xeyirli,
faydalı, məsləhətlər də vardır. Şəkərli diabet xəstələrinin
istifadə edə biləcəyi reseptlərdən bir neçəsini sizə təqdim
edirik.
Andız kökünü təmizləyib, xırdalayın. 20 qramını götürün
bir stəkan qaynar suda dəmləyin. Ondan gündə bir neçə
xörək qaşığı için.
***
Şəkəri azaltmaq üçün 50 qr. qurudulmuş qaragilə
yarpağını bir litr suda 3 dəqiqə qaynadın. 5-6 saat dəmdə
saxlayın və süzün. Gündə 3 dəfə.
***
Gündə bir dəfə sarımsaq yemək qanda şəkərin
azalmasına səbəb olur.
***
Hər gün 4-6 xörək qaşığı meşə çiyələyinin şirəsini için.
***
Gündə acqarnına 1-2 yerarmudunu yeyin.
***
Boranını xırdalayıb şirəsini çıxarırlar. Ondan hər gün
yeməkdən əvvəl üç dəfə yarım stəkan içmək şəkər
xəstəliyi üçün münasibdir.
Bir xörək qaşığı itburnu meyvəsini 0.5 l qaynar su töküb,
bütün gecəni termosda saxlayın. Gün ərzində için.

Aynur Turan

Şərh yoxdur

şərhini yaz