Sürəyya Ağaoğlu 1925-ci ildə İstanbul Üniversitetinin Hüquq Fakültəsini bitirdikdən sonra, Ankaraya ailəsinin yanına qayıdır.
Bir rəfiqəsi ilə birlikdə Ədalət Bakanlığında təcrübəyə başlayır. İlk günlərin həyacanı keçdikdən sonra, bir problemlə qarşılaşırlar. Nahar məsələsini necə həll etsinlər?
Evlərinə gedə bilmirlər, çünki , evləri iş yerlərinə çox uzaqdır. Bir restorana da gedə bilməzlər. Çünki…
Həmin vaxtı Ankarada sadəcə bir restoran – İstanbul restoranı var idi. Amma, hər zaman millət vəkillərinin yemək yediyi bu yeməkxanada qadınların yemək yeməsi görülmüş bir hadisə deyildi.
Türkiyəin, bu ilk qadın vəkili bir müddət naharlarını pendir-çörək yeyərək ötüşülər. Amma, bu belə davam edə bilməzdi.
Zamanın mətbuat müdiri atası Əhməd Ağaoğluna gedib Süreyya günorta yeməklərini İstanbul yeməkxanasında yeyə bilmək üçün icazə istəyər. Əhməd Ağaoğlu, bunda bir qəbahət görməz, “yaxşı” deyər…
İki rəfiqə ertəsi gün günorta restorana gedib bir kənarda əyləşərək sakitcə nahar edirlər.
Əhməd Ağaoğlunu ve qızını tanıdıqları üçün heç kim onlara bir şey deyə bilməsə də onların arxasınca danışmağa başlayarlar. Söz-söhbət böyüyür…
Bu söhbət o zamanın baş naziri Rauf bəyin də qulağına çatır. Rauf bəy də Əhməd Ağaoğlunu axtarıb vəziyyəti ona danışır.
Sürəyya, bir axşam evə qayıdarkən atasının onu gözlədiyini görür. Əhməd bəy qızına vəziyyəti danışır: “ Rauf Bəy sənin və rəfiqənin sadəcə kişilərin yemek yediyi yerdə nahar etdiyinizi və ordakıların bunu xoş qarşılamadığını dedi. Bundan sonra nahara mənim yanıma gəlin”…
Sürəyya bu söhbətdən çox dilxor olur, amma əlindən gələn heç nə yoxdur…
Bir neçə gün sonra, Atatürk və həyat yoldaşı Lətifə xanım ilə Əhməd Ağaoğlunun evində qonaq olarkən söhbət əsnasında bu mövzu açılır. Sürəyya xanım olanları bütün incəliyi ilə Atatürkə danışır. Sürəyya xanımın Atatürkün onu dəstəkləyəcəyinə böyük ümidi olsa da , onu dinləyən Atatürkün təmkinlə “atanın da, Rauf bəy də haqlıdır ” deməsi onu çox məyus edir.
Ertəsi gün Sürəyya xanım iş otağında məşğul olarkən biri içəri girib təlaşla deyir : “Sürəyya xanım, hazırlaşın, Paşa sizi yeməyə dəvət edir.”
Sürəyya təəccüb içində otaqdan çıxır.
Yanında bir millət vəkili və digər bir şəxslə avtomobildə oturan Atatürk, onu görən kimi , “Lətifə bugün seni günorta yeməyinə gözləyir” deyir.
Sürəyya həm təəccüblü, həm sevinc içində avtomobilə əyləşir. Onlar İstanbul restoranının önündən keçərkən, Atatürk sürücüdən avtomobili saxlamasını söyləyir. O dövrün tanınmış millət vəkillərindən olan Salih bəy təlaşla onlara yaxınlaşanda Atatürk ordakı hər kəsin eşidəcəyi səslə : “Bu gün Sürəyyanı bizə aparıram, amma sabah buraya gələcək, yeməyini restoranda yeyəcək…” deyir.
Sürəyyanın təəccübü daha da artır.
Məsələnin iç üzünü Latifə xanım onun qulağına pıçıldayır : “Paşa, dünən axşam bu yeməkxana söhbətinə çox acıqlandı, amma atanı sənin yanında haqsız çıxarmaq istəmədiyi üçün bunu bəlli etmədi. Evə gələn kimi bir neçə millət vəkilinə zəng edərək, sabah restoranda mütləq həyat yoldaşları ilə birlikdə nahar etmələrini söylədi”…
Sürəyya Ağaoğlu, ertəsi gün rəfiqəsi ilə İstanbul restoranına getdiyində ilk dəfə bir neçə vəkilin həyat yoldaşlarının da orada olduğunu görür. Artıq heç kim onları qəribə baxışları ilə narahat etmirdi…
Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu bununla yeni bir ilkə imza atır, qadınların eyni ilə kişilər kimi restoranda yemək yeməsinə vəsilə olur…
©Umayclub.com