a
Hava:
20 C
clear sky
Baku
humidity: 60%
wind: 1 m/s N
H20 • L20
HomeMünasibətlərQadın hüquqlarıCəmiyyətimizdə qadın hüquqları

Cəmiyyətimizdə qadın hüquqları

Qadın hüququ – mürəkkəb fenomen olaraq özündə mənəvi, sosial, siyasi, iqtisadi, dini və digər tərəfləri birləşdir.

Bu gün müasir dünyada qadın hüquqları cəmiyyətlərin, həmçinin beynəlxalq siyasətin mühüm təzahürüdür və öz həllini gözləyən vacib vazifələrdəndir. Qeyd etmək lazımdır ki, Azərbaycan ailəsində qadınının yeri və rolu mahiyyətini açır. O, fədakarlığı ilə həyat yoldaşının yükünə çiyin verər, sevgisi ilə ailə ocağını isidər. Dünyaya yeni insan bəxş edən, faydalı bir insan kimi cəmiyyətə təhvil verən anadır. Qadın-ana elə bir varlıqdır ki, insan həyatının hər bir mərhələsində ona ehtiyac duyur…

Hazırda ölkəmizdə ailələrin sosial müdafiəsi üçün güclü qanunvericilik bazası var- qadınların səhiyyəyə, təhsilə çıxışı, işlə təmin olunması üçün bütün imkanlar yaradılıb.
Qadın həm də cəmiyyətin inkişafında, dövlət quruculuğunda xüsusi rol oynayan vətəndaşdır. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl övlad tərbiyəçisi olmağı və layiqli vətəndaşlar yetişdirməyi də bacarırlar. Tarixən Azərbaycanda ailənin bütövlüyünün qorunmasında qadınlarımızın özünəməxsus yeri vardır. Azərbaycanda demokratik cəmiyyətin qurulmasında, maarifçiliyin geniş yayılmasında, əhalinin maarifləndirilməsində, vətəndaş cəmiyyətinin inkişafında və ölkəmizin qazandığı çoxsaylı uğurlarda qadınlar xüsusi yer tuturlar. Milli dövlətçilik anlayışının keşiyində duran qadınlarımız həmişə dövlətə, dövlətçiliyə, milli məfkurəyə bağlı olub, onun üçün mübarizə aparmışlar. Bu gün də qadınlarımız sözügedən ənənəni davam etdirirlər. Dövlətçiliyə bağlılıq dövlət quruculuğunda iştirak etmək ənənəsini, missiyasını müasir dövrdə çox uğurla daşıyırlar.

Qadına ehtiram tarixən xalqımızın bariz xüsusiyyətlərindən olmuşdur. Buna sübut olaraq 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə qadına seçki hüququ verən ilk ölkə olması faktını göstərə bilərik. Bu gün, yəni o hadisədən 100 il sonra Odlar Diyarı dünyada parlaq ənənələr üzərində yetişən qadın şəxsiyyətlər təqdim edir. Bizim arzumuz odur ki, 100 il əvvəl qadınlarımız bir-birinə dəstək verərək qadın və uşaq hüquqlarının təmin olunmasında, qorunmasında necə birlik nümayiş etdirirdilərsə, bu gün də həmin həmrəyliyə sadiq qalsınlar. Bir-birinin uğuruna sevinsinlər.
Bu ölkənin vətəndaşları eyni amal uğrunda həmrəylik nümayiş etdirdikdə cəmiyyət, millət bir ailəyə çevirir. Azərbaycan ailəsi -dövlətimizin, millətimizin ailəsi deməkdir. Bu ailənin 50% -i kişilər, 50% -i qadınlardır… Azərbaycan ailəsinin problemləri həmişə dövlət səviyyəsində diqqət mərkəzində saxlanılır, ölkə, ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verilir.
Ananın ailədə çox böyük rolu var, onun, savadı, dünyagörüşü, həyata baxışı önəmlidir. Çünki o təkcə övlad böyütmür, həm də şəxsiyyət, vətəndaş yetişdirir. Əgər biz XX əsrdə erkən nikah, təhsildən yayınma, ailədaxili münasibətlərdə qadınların hüquqsuzluğundan bəhs edib, çıxış yolları axtarırdıqsa, təəssüf hissi ilə qeyd edim ki, bu gün də eyni mənzərələri müşahidə edirik. Axı necə olur ki, bu qədər inkişaf edən, nailiyyətləri olan bir cəmiyyətdə belə neqativ hallara rast gəlinir. Deməli, bəzən qadın ailənin təməl qoyuluşunda doğru addım atmır. Analıq vəzifəsini, ailənin, cəmiyyətin qarşısındakı məsuliyyətini, borcunu dərk etmir. Elə buna görə də bəzi analar övladlarını düzgün tərbiyə etmir, ədaləti olmağı, başqalarının fikirlərinə, düşüncələrinə hörmətlə yanaşmağı öyrətmirlər. Bu barədə düşünməliyik.
Bəli, qadın böyük qüvvədir. Müstəqilliyimizin ötən 26 ilində biz dəfələrlə bunun şahidi olmuşuq. İstər milli azadlıq hərəkatında, Qarabağ döyüşlərində, istərsə də dövlət quruculuğunda aktiv iştirak edən nümunəvi qadınlarımız olub, var, olacaq.
Hər bir qadın ailənin, cəmiyyətin, dünyanın, bəzəyidir. Bu nadir bəzəyin qorunması, müdafiə edilməsi,elə dünyanın müdafiəsi deməkdir.
Ulu öndər Heydər Əliyev deyirdi: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Niyə dayağıdır? Çünki onlar dövlətimizin təməli olan ailənin təməlidir.

Sədaqət Qəhrəmanova                                                                                                                                                                                                                                                                                                                                                İşıq”qadın jurnalının baş redaktoru

Şərh yoxdur

şərhini yaz