a
Hava:
13 C
light intensity shower rain
Baku
humidity: 88%
wind: 7 m/s NW
H13 • L13

Tiramisu

Yumurta – 4 ədəd
Şəkər tozu -100 q.
Maskarpone pendiri-500 q
Badam peçenyesi -250 q.
Bişirilmiş qəhvə -350 q.
Şərab və ya konyak, likör, brendi -2-3 x.q.
Kakao tozu

Hazırlanması
Yumurtanın ağı sarısından ayrılır
Yumurta sarısına şəkər tozu əlavə edilib mikserlə qarışdırılır.
Yumurta ağı qatı köpük əmələ gələnə qədər mikserlə çalınır.
Beze şəkərli yumurta sarısına əlavə edilib astaca qarışdırılır və krem əmələ gəlir.
Qəhvə şərabla qarışdırılır.
Peçenye soyuq qəhvəyə batırılıb formaya düzülür (elə etmək lazımdır ki, peçenye çox islanmasın).
Peçenyelərin üzərinə bərabər qaydada krem çəkilir.
Kremin üzərindən yenidən qəhvəyə batırılmış peçenye düzülüb, kremlənir.
Tiramisu 5-6 saat soyuducuda saxlanılır.
Süfrəyə verərkən tiramisunun üzərinə kakao tozu səpilir.
Nuş olsun.

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz