a
Hava:
18 C
clear sky
Baku
humidity: 63%
wind: 11 m/s NNW
H18 • L18
HomeFaktlar və hadisələr2 Avqust – Azərbaycan Milli Kino günü

2 Avqust – Azərbaycan Milli Kino günü

XX əsrin əvvəllərində dünyanın bir sıra ölkələrində tammetrajlı filmlərin yaradılmasına başlandı. Təbii ki, bu dövrdə ölkəmizdəki ictimai-siyasi və mədəni şərait dəkino
sənətinin formalaşmasına zəmin yaratdı. Azərbaycanda kino sənəti dünya kinosundan cəmi üç il sonra, 1898-ci il avqustun 2 -də yaranıb. İndiyə qədər Azərbaycanda 3000-dən artıq film çəkilib.
1915-ci ildə Azərbaycan yazıçısı İbrahim bəy Musabəyovun dövrün həyat hadisələrini və lövhələrini əks etdirən, janr etibarilə melodram olan “Neft və milyonlar səltənətində” povesti əsasında Azərbaycanda ilk tammetrajlı film çəkildi. Film 1916-cı ildə ilk dəfə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin passajında “Fransız Elektrobioqrafı”nda göstərilmişdir. Kino Bakıdan başqa, Qafqazın və Orta Asiyanın bir çox şəhərlərində də nümayiş etdirilmişdir. Beləliklə, “Neft və milyonlar səltənətində” filmi ilk bədii film kimi kino tariximizə daxil olmuşdur. Avropa və Asiyanın bir sıra ölkələrinin ilk tammetrajlı filmlərinin keçən əsrin 30-50-ci illərində yarandığını nəzərə alsaq, bu filmi xalqımızın mədəni səviyyəsinin yüksək göstəricisi hesab etmək olar.

Filmdə Lütfəli bəy rolunu ifa edən görkəmli Azərbaycan teatr və kino xadimi Hüseyn Ərəblinski ilk azərbaycanlı kino artisti hesab olunur. Film Ərəblinskinin çəkildiyi ilk və son filmdir.
1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi.
1919-cu ildə isə “Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.
Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı 1920-ci illərdə Azərbaycan kinosunun əsas mövzusu idi. “Bismillah”, “Vulkan üzərində ev”, “Hacı Qara” kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən “Sevil” həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.

Azərbaycan kino tarixində ilk səsli film 1936-cı ildə çəkilmiş ”Mavi dənizin sahilində” hesab olunur. Bu filmlə Azərbaycan kinosu öz səsli dövrünə qədəm qoyur.

1956-cı ildə rejissor Hüseyn Seyidzadə Azərbaycanın ilk rəngli filmini “O olmasın bu olsun” çəkməklə kino salnaməmizdə daha bir tarixi yeniliyə imza atır. Bu film Azərbaycan kino tarixində ilk rəngli bədii film kimi daxil olur.

Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsi isə “Koroğlu” (1960, rejissor H.Seyidzadə) bədii filmi hesab olunur

©Umayclub.com

Şərh yoxdur

şərhini yaz