a
Hava:
22 C
clear sky
Baku
humidity: 49%
wind: 7 m/s NNW
H22 • L22
HomeFaktlar və hadisələrYeni dil öyrənmək beyni inkişaf etdirir

Yeni dil öyrənmək beyni inkişaf etdirir

İkidillik beyni kəmağıllıqdan qoruyur.

Əgər siz beyninizin əsas sistemlərini yeniləmək istəyirsinizsə, xarici dil öyrənməyə başlayın. York universitetində çalışan Yelena Byalistokun hesablamalarına görə, ikinci dil beyni daha aktiv işləməyə vadar edir, nəticədə demensiyanın inkişafı 3-4 il ləngiyir. Çünki bir qayda olaraq, yalnız bir dildə danışan insanlara 75,4 yaşında, bir neçə dil bilənlərə isə-ən tezi 78,6 yaşında “deminsiya” diaqnozu qoyulub.
Bütün ömrü boyu iki dildən istifadə etmiş adamlar isə özlərini daha yaxşı hiss ediblər. Lakin istənilən yaşda ikinci dili öyrənmək cəhd nəzərə alınıb. İkidillilik beyni dəyişdirmək onu kəmağıllıqdan qorunur. Beynin skanerləşdirilmiş nəticələri bunu aydın göstərib.
İki dil arasında “ötürmələr” beyni intellektual tapşırıqların yerinə yetirilməsinə məsul zonaları məşq etdirməyə vadar edir. İnsan yaşlaşdıqca ilk növbədə məhz bu nahiyyələr əziyyət çəkir. Alimlər ikinci dilin hansı yaşda yaşda mənimsənilməsinin, insanın əcnəbi dildə nə qədər sərbəst və tez-tez danışmasının demensiya riskinə təsir göstərdiyini aydınlaşdırmaq istəyir.

Şərh yoxdur

şərhini yaz