a
Hava:
24 C
clear sky
Baku
humidity: 38%
wind: 9 m/s SE
H24 • L24
HomeƏn son xəbərlərSumqayıt şəhərində 18 yaşlı qız intihar edib.

Sumqayıt şəhərində 18 yaşlı qız intihar edib.

Sumqayıt şəhərində 18 yaşlı qız intihar edib.

Martın 29-u səhər saatlarında şəhərin 17-ci mikrorayonunda yaşayan 2003-cü il təvəllüdlü Misirli Könül Elçin qızı intihar edib.

O, Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Buraxılış imtahanında ən yüksək bal toplayaraq məktəb üzrə I yerə çıxıb. Azərbaycan Universitetlərinə qəbul imtahanında isə birinci ixtisas qrupu üzrə 618 bal yığıb.
İlkin məlumata görə, K.Misirli Bakıda universitetlərin birinə daxil olsa da, ailəsi onun paytaxta gedib-gəlməyinin çətin olacağını düşünərək qızın Sumqayıt Dövlət Universitetini seçməsini istəyib.
Könül Misirli Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin birinci kurs tələbəsi olub. Əlaçı olan Könül həm də qrup nümayəndəsi imiş. Təhsil Nazirliyinin “Gələcəyin müəllimi təqaüdü”nə layiq görülüb, bundan savayı, əlaçı olduğuna görə ona universitetin xüsusi təqaüdü də verilib.
Qeyd edilir ki, intihar etmiş tələbə dünən axşam saat 10 radələrində qrup yoldaşları ilə əlavə onlayn dərsdə də iştirak edib.
K.Misirlinin martın 31-də 18 yaşı tamam olacaqdı.

Faktla bağlı araşdırma aparılır.

Şərh yoxdur

şərhini yaz