a
Hava:
12 C
clear sky
Baku
humidity: 87%
wind: 1 m/s W
H12 • L12
HomeƏn son xəbərlərSosial şəbəkələrdə artmaqda davam edən təhqrin kökündə yatan amillər və hüquqi cəzası- mütəxəssis rəyləri

Sosial şəbəkələrdə artmaqda davam edən təhqrin kökündə yatan amillər və hüquqi cəzası- mütəxəssis rəyləri

Son vaxtlar real və virtual həyatda öz aktuallığını gündəmdə saxlayan problemlərdən biri də hər sosial şəbəkələrdə istifadəçilərin bir-birinə qarşı sözlü hücumu, təhqir və kobud reaksiyasıdır.

Bu kimi xoşagəlməz hallar müəyyən sualların yaranmasına səbəb olur :  İnsanlar niyə bu qədər aqresivləşib? Bu məsələnin kökündə yatan psixoloji və sosioloji amillər nələrdir? İnsanlar bir-birini nəyə arxalanaraq bu qədər rahatlıqla təhqir edə bilir? Sosial şəbəkələrdə şəxsi təhqir etməyin hüquqi cəzası nədir? Görəsən belə şəxsləri hüquqi baxımdan hansı məsuliyyət gözləyir və bu hansı psixoloji halların gətirdiyi nəticədir?
Umayclub.com saytı olaraq bütün bu suallara mütəxəssis rəyləri ilə cavab tapmağa çalışdıq.
“Sağlam Toplum” İctimai Birliyinin sədri,sosioloq Lalə Mehralı sosial şəbəkələrdə şəxslərin bir-birinə təhqir və böhtan yönəltməsini  son dönəmlərdə mühüm problemə çevrilmiş hal hesab etdiyini xüsusi vurğulayaraq əlavə edib:
 Lalə Mehralı“Belə hesab edirəm ki, bu xoşagəlməz hal müxtəlif səbəblərdən baş vermişdir və getdikcə daha geniş vüsət almaqdadır. Belə ki, virtual məkanda təhqir, böhtan və söyüşə görə qanunlarda ciddi cəza görülməməsi ən başlıcası səbəblərdən biridir. İnsanlar kənarda tutaq ki, hər hansı bir aqressiya ilə yüklənir. Kiməsə əsəbini biruzə verə bilmir. Açığını, qəzəbini kimdənsə çıxa bilmir və o söymək 
hüququnu sosial şəbəkələrdə istifadə edir. Məncə, sosial şəbəkələrdə belə ağır tənqid və təhqirə görə qanunlarda olan boşluqlar bu cür insanların əl-qol açmasına səbəb olur. Düşünürəm ki, ciddi cəza sistemi tətbiq edilsə, bu sahədə, hesab edirəm ki, bu tərz insanlar bu qədər rahatlıqla söyüş söyə bilməzlər.
Bəzən hər hansı qadın qruplarında evdə qaynanası ilə yola getməyən gəlin təhqiramiz sözlərdən istifadə edir. Həyat yoldaşı ilə münasibətləri qaydasında olmayan kişi və ya qadın hər hansı sosial şəbəkələ müzakirəsində kobudlaşır. Ata-anası ilə arasında ünsiyyət problemi olan yeniyetmə və gənclər bu aqressiyasını virtual dostlarının özləri və ya paylaşımı üzərində soyudur. Belə misallardan kifayət qədər sadalamaq mümkündür. Məncə insanlar ətrafa yığdığı kin, qəzəb və s. kimi hisslərdir ki, sosial şəbəkələrdə onu üzərindən atmağa çalışırlar.
Bəzən belə bir fikir də ortaya atılır ki, sosial şəbəkələrdə normativ qaydaları pozan, kobudluq edən insanlar ali təhsili olmayan insanlardır və onlar təhsilsiz olduqları üçün bu davranışı sərgiləyirlər. Qətiyyətlə bildirmək istəyirəm ki, bu əsassız bir iddia və yalnış bir fikirir. Ali təhsil burda rol oynamır. Mən o qədər ali təhsilli, hətta cəmiyyətdə müəyyən sahədə özünü sübut etmiş ziyalı insanların qarşı tərəfin fikrini bəyənmədiyini görə üstünə hücum çəkərək kobud şəkildə təhqiramiz, küçə sözləri ilə onu təhqir etdiyinin şahidi olmuşam.
Bu tamamilə fərdi, deyərdim ki, şəxsiyyət məsələsidir.
O ki, qaldı qarşı tərəfin bu hüquqdan istifadə edib-etməmək məsələsinə, bizdə lazımi qədər ciddiyyətin olduğunu müşahidə etmirəm mən. Hətta bəzi hüquqşünasa belə dedikdə hüquqşünas belə ötəri, kəskərsiz cavab verir insana. Bu zaman ehtiyac qalmır. Tutaq ki, söyüşə, hər hansı təhqirə və ya şantaja məruz qaldığınız barədə hüquq mühafizə orqanlarına müraciət etdikdə polis ərizəni qəbul edilir, lakin qeyri-ciddi yanaşılır. Biz bu günlərdə bunun çox bariz nümunəsinin cəmiyyət olaraq şahidi olduq. Naidə müəllimənin intiharının əslini də bax bu şantaj təşkil edirdi.
Hesab edirəm ki, etik cəhətdən özünə yaraşdırmayan, yəni söyüşü normal danışıq hesab edən İnsanlar üçün söyüş söymək rahatdır. Əgər mən özümə, şəxsiyyətinə yaraşdırmıramsa, nə real, nə virtual həyatda kiməsə söyüs söyüb, təhqir etməyi, digərinə də etmərəm. Yuxarıda qeyd etdiyim kimi bu tamamilə şəxsiyyət məsələsidir. İnsan
var ki, virtual həyatda da, real həyatda da kobuddur, söyüş onun üçün adi haldır. İnsan var ki, adi həyatda sakitdir, təmkinlidir, virtual həyatda isə aqressiv və küçə sözlərindən istifadə edəndir. İnsan var ki, virtual həyatda özünü sakit və etik normalara uyğun aparır, ancaq real həyatda söyüş və jantaj onun həyatının bir parçasıdır. İnsan da var ki, şəxsiyyətinə və ətrafına hörmətlə yanaşır və bu cür pis hallardan uzaqdır. Bu tamamilə insandan-insana dəyişə bilən bir xüsusiyyətdir.
Əslində sosial şəbəkələrin bizə verdiyi ən böyük töhfələrdən biri də odur ki, insanların iç üzünü tanımaq olur. Orda hamı maskalara bilmir, əksəriyyət maskalara bilmir. Həyatda normal insan kimi qəbul etdiyimiz insanların virtualda necə öz cızığından çıxdığının şahidi oluruq”.
Hüquqşünas Allahyarov Toğrul isə bu problemi hüquqi cəhətdən belə dəyərləndirdi:  

“Bununla bağlı Azərbaycan Respublikasının Konstitusiyasının cinayət məcəlləsində 147; 148 -ci maddələr var. Orada bildirilib ki, bilərəkdən, qəsdən kiminsə işgüzar nüfuzuna, adına, şəxsinə xələl gətirən məlumatlar vermək, böhtan atmaq, nalayiq sözlər, tənqid, təhqir xarakterli fikirlər ünvanlamaqla bağlı məsuliyyət daşınmaqdadır.
Nəzərə alsaq ki, XXI əsrdir və sosial şəbəkələr daha geniş yayılıb və belə hadisələr olduqda həmin işlərlə bağlı aidiyyatı orqanlara, yaşadığınız, fəaliyyət göstərdiyiniz rayon üzrə prokurorluğa müraciət etmək hüququnuz var. İnandırım ki, sizi proktoloqda buna yetərincə ciddi məsələ kimi baxılır və lazımi tədbirlər görülür. Bunundan əlavə bu məsələ məhkəmə qaydasında da nəzərdə tutulur. Xüsusi ittiham qaydaları əsasında. Tənqidə məruz qalan şəxs şikayət ərizəsi verir. Məhkəmə yuxarıda qeyd edilən 147; 148 – ci maddələrlə təhqir və tənqid edən şəxsi cinayət məcəlləsinə cəlb edir.
Əgər tənqid edən şəxsin profili saxtadırsa ( hər hansı adla açılıb, şəxsiyyəti təsdiq etməyən), bu məsələ DTX-a göndərilir. DTX- nın bazasında həmin o profil İP kodunu  taparaq həm şəxsin şəxsiyyətini müəyyənləşdirirlər. Beləliklə, təhqirə, böhtana yol açan şəxs müəyyən qayalar əsasında cəzalandırılır”.
Psixoloq – EMDR Terapevt Süleyman Məmmədzadə isə məsələnin bu qədər səthi olmadığını bildirərək  fikirlətinə belə açıqlıq gətirdi :
“Bu çox aktual məsələdir. Psixoloji cəhətdən baxsaq, ümumiyyətlə, sosial şəbəkələrdə nə baş verir, virtual aləmlə daima təmasda olan insanlar müəyyən qruplardır. Bir qrup yaradıcı, işgüzar insanlar vardır ki, bunlar yaradıcı, daim axtarışda olan, öyrənmək və ya öyrətmək istəyən insanlardır. Bu sosial şəbəkə istifadəçiləri kimlərinsə məqalələrini oxuyur, müxtəlif yöndə bilgilənir, bir növ elmlə məşğul olur. Bunlar hər yaş dövrünü əhatə edən, məsələn, yeniyetmə, tələbə, hətta ahıl yaşda olan sosial şəbəkə istifadəçiləridir. Digər aktiv sosial şəbəkə istifadəçiləri isə, müxtəlif səbəblərdən daxilə yığılan aqressiya təhqir formasında, fikirlərini bir az kobud şəkildə söyləməklə boşaldırlar. Sözsüz ki, bir mənalı şəkildə, hər kəsin öz səviyyəsində, yəni, kimsə, söyüşlə, kimsə təhqiramiz sözlərlə, hətta şantaj və hər hansı sözlü hücumla bunu həyata keçirir.
Bunun səbəbi uşaqlıqda və ya sonraki dövrlərdə aldığları psixoloji travmalardan irəli gəlir. Bu şəxslərin virtual aləmə qoşulduqda, özlərini yeganə göstərə biləcəkləri yer elə bu sosial şəbəkələrdir.
Doğrudur, qanun tərəfdən bizdə hər şey tənzimlənir, amma çox vaxt insanlar işin bu tərəfini fikirləşmirlər işin arxasınca getmirlər. Həqiqətən də öz fikirlərini digərinə çox kobud şəkildə çatdıran və bu zaman qarşıdakının şəxsiyyətini aşağı salan insan mütləq cəzalanmalıdır.
İnsanlar bilməlidir ki, qanun tərəfindən bu sosial mediada yaşanan təhqirlər yağdıran şəxs nə ilə, necə cəzalana bilər, mütləq insanlara səmərəli şəkildə çatdırmaq lazımdır ki, sosial şəbəkə istifadəçiləri bunu bilsinlər.
Bəzən belə bir fikir irəli sürülür ki, virtual aləmə giriş şəxsiyyət vəsiqəsi ilə olsun. Məncə, bu hardasa bir tədbirdir, ancaq yetərli tədbir deyil. Millətin səviyyəsini qaldırmaq zənnimcə daha önəmlidir. Məktəblərdən başlayaraq bu işi görmək lazımdır.
Hər kəs sosial şəbəkələrdən istifadə edir, lakin bunların içində sosiallaşmamış insanlar var. Bunlar üzbəüz əyləşərək danışa bilmir. Bunların müəyyən bir aləmi yaranir, vertual aləm. Bu insanlar günün çox hissəsini burada keçirir.
Bir psixoloq kimi qeyd edim ki, bu mövzu ilə bağlı bizə müraciət edənlər də az deyil. O cür insanların bəziləri artıq öz xarakterlərini bilirlər, dərk edirlər və bizə bildiririrlər ki, dilimi saxlaya bilmirəm, hisslərimi idarə edə bilmirəm, daim əsəbləşirəm, artıq ətrafımdakı insanlarla əlaqəm korlanıb, onlar artıq məni öz balaca və yaxud böyük cəmiyyətlərinə qəbul etmirlər və s. Bu insanlar artıq narahat halda gəlib bizdən psixoloji dəstək istəyirlər. Əlbəttə ki, bu halda biz öz yardımımızı onlara göstəririk.
Bütün bunlar sözsüz ki, uşaqlıqdan gəlir. Bizim aldığımız tərbiyyədən, evdə olan ata-ana münasibətindən gəlir. Valideynlər daim evdə bir-birilərinə çığırır, əl qaldırır, şiddət göstərirlərsə, evin digər užvlərinə qarşı soyuq münasibət göstərib, biganə qalırlarsa, onlarla nəzakətli söhbət etmir, qayğılarına qalmırlarsa, bir övlad evdə mehriban munasibət görmürsə, bax bu hallar uşağa öz mənfi təsirini göstərir və uşaq da böyüyəndə onda müəyyən mexanizmlər artıq işə düşür ki, mənə nəsə deyəndə mən mütləq qışqıraraq cavab verməliyəm. Şiddət göstərməliyəm, alçaltmalıyam və s. Çünki belə öyrəşib və münasibətin belə olduğunu zənn edir. Bu onda adı hala çevrilir. Çünki onu çox vaxt döyüblər, daim cəzalandırıblar, hətta niyə cəzalandığını belə ona izah etməyiblər və s.
Bütün bunlar onun sonrakı iş və şəxsi həyatında özünü, əlbəttə ki, mənfi hal və hadisələrlə büruzə verir.”
Sitatın sonu
Aynur Turan
Şərh yoxdur

şərhini yaz