a
Hava:
19 C
clear sky
Baku
humidity: 59%
wind: 11 m/s NNW
H19 • L19
HomeQadın və ictimaiyyətSara Xatun mükafatına layiq görülən Günay Kılıc

Sara Xatun mükafatına layiq görülən Günay Kılıc

“Qadın yaradılış etibarı ilə daha çox sülhsevər, vasitəçi və qüvvətlidir”- deyən Günay Kılıc

Sara Xatun mükafatına layiq görülən Günay Kılıc Azərbaycan–Türkiyə qadın təşkilatları arasında əməkdaşlığın inkişafına böyük töhfələr verən xeyriyyəçi qadındır.

O, Türkiyənin Qaziantep vilayətində anadan olmuşdur.
Öz missiyasını yerinə yetirən səfir Hülusi Kılıçın xanımı Günay Kılıc ölkəmizin ictimai həyatında, xüsusilə qadın təşkilatlarının fəaliyyətində iştirak edib.

Azərbaycan–Türkiyə qadın təşkilatları arasında əlaqələrin, iş birliyinin və əməkdaşlığın inkişafında önəmli addımlar atıb. O, həmçinin Bakıda və Azərbaycanın müxtəlif bölgələrində xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olub. Elə bu səbəbdən də qadın təşkilatlarının arzularını nəzərə alaraq, Günay Kılıc “Lider Qadınlar” və “Universitet Təhsilli Qadınlar” İctimai birlikləri tərəfindən təsis olunmuş
Sara Xatun mükafatına layiq görülüb (2012-ci il).
Günay Kılıc ona verilən bu qiymətə görə öz təşəkkürünü bildirərək: “Burada mənə xeyriyyəçiliklə məşğul olduğumu deyirlər. Amma bu mənim analıq borcumdur. Uşaqlara sevgi ilə xidmət etmək mənə zövq verir”- deyib.

Övladı Mustafa İlkər diplomatdır. Türkiyə Prezident Aparatında işləyir. Qızları Zeynəb isə dizaynerdir.

Günay Kılıc Ankaradakı Hacıtəpə Universitetinin fransız dili fakültəsini bitirib. Universiteti bitirdikdən sonra müəllimə işləyib.
Fransız və ingilis dilini mükəmməl bilən Günsy xanım təqaüdə çıxmazdan əvvəl bir müddət tərcüməçilik lə məşğul olub.
İpək parça üzərində boya ilə çəkməyi çox sevir.
Azərbaycanda Beynəlxalq Qadınlar Klubuna könüllü dəstək verənlərdən olub.
Azərbaycandakı səfirlərin xanımlarının yaratdığı HOMS klubunun aktivlərin biri olub və eyni zamanda xeyriyyəçilik fəaliyyəti ilə də fəal məşğul olub.

 

 

Şərh yoxdur

şərhini yaz