a
Hava:
18 C
clear sky
Baku
humidity: 63%
wind: 11 m/s NNW
H18 • L18
HomeƏn son xəbərlərRusiyaya işləməyə gedən miqrantlara yeni vergi tətbiqi gündəmdə

Rusiyaya işləməyə gedən miqrantlara yeni vergi tətbiqi gündəmdə

Miqrantlara vergini 15 gün ərzində ödəmək tələbi ilə bildiriş göndəriləcək. Miqrantın bundan imtina etməsi halında onun Rusiyada işləməsi qadağan edilə və o, hətta ölkədən deportasiya oluna bilər.

 Rusiyanın Daxili İşlər Nazirliyi ölkəyə işləməyə gələn əcnəbilər üçün sabit avans vergisinin tətbiq olunmasını təklif edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə qurumun hazırladığı miqrasiya məsələləri ilə bağlı yeni federal qanun layihəsi konsepsiyasında bildirilir.

Konsepsiyaya əsasən fiziki şəxslərin gəlir vergisi sabit avans ödənişi (əvvəlcədən ödəniş) şəklində ödənilməsə, miqrantlara vergini 15 gün ərzində ödəmək tələbi ilə bildiriş göndəriləcək. Miqrantın bundan imtina etməsi halında onun Rusiyada işləməsi qadağan edilə və o, hətta ölkədən deportasiya oluna bilər.

Bu cür verginin ödənilməsi üçün elektron patent rəsmiləşdirmək lazım olacaq. Miqrantları işə götürmək istəyən işəgötürənlər (fiziki, hüquqi şəxslər, habelə fərdi sahibkarlar) şəxsi kabinetdə qeydiyyatdan keçməli (ola bilsin ki, bu, dövlət və bələdiyyə xidmətlərinin vahid portalında olacaq) və xüsusi formanı doldurmalı olacaqlar.

Sistemdə qeydiyyatdan keçdikdən sonra Xarici İşçi Qüvvəni Cəlb Edən İşəgötürənlərin Reyestrinə daxil edilmə haqqında ərizəni elektron formada doldurmaq lazımdır.

Sənəd həmçinin əcnəbilər üçün şəxsi məlumatları daşıyan identifikasiya kartlarının buraxılmasını, Rusiyaya daxil olmazdan əvvəl onların barmaq izlərinin götürülməsini və xarici işçiləri cəlb edən səhlənkar şəxslərin reyestrinin yaradılmasını nəzərdə tutur.

Qanun layihəsində həmçinin əcnəbilərin işəgötürülmə şərtlərini əks etdirmək də təklif olunur: məsələn, bu kateqoriyadan olan işçilər üçün regionda qazancın orta səviyyəsinə uyğun əməkhaqqı məbləği, Rusiya qanunlarının pozulmasına görə ödənilməmiş cərimələrin olmaması və s.

 

Şərh yoxdur

şərhini yaz