a
Hava:
26 C
clear sky
Baku
humidity: 31%
wind: 8 m/s SSE
H26 • L26
HomeQadın və ictimaiyyətQadın və cəmiyyətQadlnlar üçün “Biznesdə uğurun sirrləri» adlı seminar keçirildi.

Qadlnlar üçün “Biznesdə uğurun sirrləri» adlı seminar keçirildi.

Ötən gün – 10 noyabr 2023 – cü ildə xanımların sevimli kosmetik firması olan “Faberlic” in Kaspian Plaza da böyük bir tədbiri keçirildi.
Tədbir həm də təlim, seminar məqsədi daşıyırdı. Böyük auditoriyanı dolduran iştirakçıları salamlayan şirkətin baş direktoru Şəlalə Məmmədova gələn qonaqları salamlayaraq öz çıxışına və eləcə də “Biznesdə uğurun sirləri” adlı seminara keçid aldı.
O, qonaqlara öz həyatını önə gətirərək, işdə uğurun necə qazanılması haqqında əsaslı məlumat verdi və eyni zamanda evdar və ya ikinci iş istəyi olan qadınları “Faberlic” şirkəti ilə əməkdaşlığa dəvət etdi. “Bu yöndə atılacaq ilk addımlar, bir növ uğura atılan ilk addımlardır ” – deyən Şəlalə xanım sözlərinə” Hər şey sənlə başlar, çunki həyatının memarı da, ssenaristi və rəssamı da sənsən” deyərək, iştirakçıları bir növ güclü qadın olmağa səslədi.
Növbəti çıxışa keçid alan Beynəlxalq təlimçi, şüuraltı terapiya mütəxəssisi Vəsilə İbadlı Əlif isə adı gedən mövzu haqqında ətraflı və peşəkarlıqlıqla söhbət açdı. Çıxışında hər kəsə sirr kimi görünən uğura gedən yolun əslində kiçik, ancaq əsaslı nüyanslar olduğunu vurğuladı. Sözlərinə “Ən böyük kəşfin içinə dönmək olduğunu” vurğulayan mütəxəssisin hər bir sözü ilk baxışdan sadə görünsə də, bir həyat devizini xatırladırdı sanki. Söhbətin sonunda əsas missiyasını–əsas hədəfimiz, Azərbaycan qadınını Maddi və mənəvi azad, xoşbəxt uğurlu olmasıdır, deyə açıqlayaraq sonlandırdı. Qısa zamanda auditoriyada xoş ovqat və ruh yüksəkliyi yaradan Vəsilə xanımın çıxışından sonra, şirkətin brilyant direktoru Maya Xitiroqlu da iştirakçılara
dəyərli məsləhət və məlumatlarını verərək tədbiri sonlandırdı.
İşdə aktivliyi ilə fərqlənən əməkdaşlar Maya xanım tərəfindən “Təltifnamə” və şirkətin xüsusi hədiyyələri ilə təltif olundu.
Təlimdə iştirak edən qonaqlara iştirakına görə Vəsilə xanım Əlif tərəfindən Serfikatlar təqdim olundu.
Gələn aylarda da nəzərdə tutulan tədbir və təlimin mövzuları açıqlandı.
Biz də umayclub.com qadın saytı adından basda tədbirin icraçısı Şəlalə Məmmədova və digər şirkət rəhbərlərinə təşəkkür edir, uğura gedən hər bir Azərbaycan qadınına uğurlar arzulayırıq.

Şərh yoxdur

şərhini yaz