a
Hava:
17 C
clear sky
Baku
humidity: 51%
wind: 9 m/s NNW
H17 • L17
HomeFaktlar və hadisələrFaciəli bir rəsmin arxa üzündəki həyat dərsi

Faciəli bir rəsmin arxa üzündəki həyat dərsi

Faciəli bir rəsmin arxa üzündəki həyat dərsi

1994-cü ildə fotoşəkil üzrə “Pulitzer” mükafatı qazanan Kevin Karterin çəkdiyi bir fotonun, onun özünü öldürməsinə səbəb olub.
K.Karterin Afrikada çəkdiyi bu fotoşəkil, aclıqdan ölmək üzrə olan qaradərili kiçik qız uşağı ilə onun yaxınlığında dayanaraq, həmin uşağın ölümünü gözləyən qartalı əks etdirir.

Yırtıcı quş balaca uşağın tez bir zamanda ölməsini gözləyir ki, onu parçalayıb, yesin. Uşağın olduğu yerdən bir qədər aralıda isə Birləşmiş Millətlər Təşkilatının humanitar yardım düşərgəsi var.
Fotoqraf bu anın fotosunu çəkdikdən sonra heç nə olmamış kimi həmin ərazidən uzaqlaşıb. Ancaq Karter həyatı ciddi təhlükədə və acından ölmək üzrə olan bu kiçik qızcığazı BMT-nin düşərgəsinə aparıb, təhvil verməyi heç ağlının ucundan belə, keçirtməyib. Halbuki o, bunu etmiş olsaydı, zavallı qızcığazın həyatını xilas etmək mümkün olardı.
Bu səbəbdən də kəskin tənqidlərə məruz qalan Karter professional fotoqraf olduğunu, kömək etmək onun vəzifəsi olmadığını söyləyərək, özünü müdafiə etməyə çalışıb.

Bu fotoşəkil humanitar yardım təşkilatlarına böyük miqdarda maddi qaynaq təmin etdi. Bu hadisədən sonra hər kəs Karteri tənqid edirdi və bu böyük vüsət almışdı. Gənc fotoqraf tənqidlərə dözə bilmədi və depressiyaya düşdü.
Kevin Karter öz avtomobilinin qaz borusuna taxdığı rezin borunu maşının salonuna buraxaraq, onun içərisində musiqi dinləyərək, intihar edib. Həmin vaxt onun cəmisi 34 yaşı var idi.
Ölümündən sonra onun haqqında qısa metrajlı sənədli film də çəkilib. Filmdə həmin dünyaca ünlü fotonun hekayəsi canlandırılıb.

©Umayclub.com

Şərh yoxdur

şərhini yaz