a
Hava:
17 C
clear sky
Baku
humidity: 63%
wind: 4 m/s NNE
H17 • L17
HomeƏn son xəbərlərBu gündən ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir

Bu gündən ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir

Sentyabrın 8-dən başlayaraq müştərilərə ictimai iaşə obyektlərinin daxilində xidmət göstərmək mümkün olacaq.
Umayclub.com AZƏRTAC-a istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq bu gündən etibarən ictimai iaşə obyektlərinin daxilində saat 00:00-a qədər xidmət göstərilməsinə icazə verilir.
Qeyd edək ki, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sentyabrın 8-i saat 00:00-dan bəzi sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınıb.
Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırır.

Şərh yoxdur

şərhini yaz