a
Hava:
21 C
clear sky
Baku
humidity: 43%
wind: 14 m/s NNW
H21 • L21
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıƏhməd Cavadın vəfalı həyat yoldaşı Şükriyyə xanım (Video)

Əhməd Cavadın vəfalı həyat yoldaşı Şükriyyə xanım (Video)

Azərbaycan qadınından danışarkən ailəsinə sədaqətin bariz nümunəsi olan Şükriyyə xanımı yad etməmək olmaz. Həyat yoldaşı Əhməd Cavad tərəfindən belə sevilən bir qadın elə bu qədər sədaqətli olmalı idi. O Əhməd Cavad ki, həyat yoldaşına bu misraları həsr etmişdi :

Şükriyyə taleyim, şükür xudaya!
Gördüyüm doğrumu, yoxsa bir röya!?
Dolub ürəyimə bu dadlı xülya,
Yaşaya bilmərəm bir kərəm, sənsiz!

Şükriyyə xanım da son nəfəsinə kimi onu deyib yaşadı. Bu möhtəşəm misralara layiq olduğunu artıqlması ilə göstərdi…

1937-ci ildə Əhməd Cavad həbs olunandan sonra M.Bağırov, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanıma Cavaddan boşanmağı təklif edir. Yoxsa həbs edəcəklər – deyir. Şükriyyə xanımın isə M.Bağırova cavabı belə olur:

– Bəlkə də Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona güllədən də ağır olacaq. Mən Əhməd Cavada görə atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram.
Şükriyyə xanımı da həbs edirlər. Həyatının ən dəhşətli günləri qatara ayaq qoyduğu andan başlayır. Günlərlə ac qalır bu uzun yolçuluqda. Amma bir tikə çörək üçün özünü heç vaxt zabitlərə “satmır” . Gecə tualet növbəsində qapını arxadan bağlayıb paltarlarını çıxarır, tualetin yerini silib yenidən geyinir ki, zabitlər ondan iyrənsin, ona toxunmasınlar.

Qazaxıstanın o dəhşətli düşərgəsində ömrün səkkiz ilini xərclədi Şükriyyə xanım. Çox əzablar gördü. Çox çətinliklə qarşılaşdı. Amma ləyaqətini qorudu hər zaman.
Odun doğradı, yük daşıdı, dərzilik, aşbazlıq elədi. Ta 1955-ci ilin 30 iyuluna – bəraət aldığı günə qədər… Vətənə dönəndən sonra şəhərbəşəhər düşüb balalarını başına yığdı, Şəmkirin Seyfəllisində – Əhməd Cavadın ata yurdunda şərəflə yaşadı, dünya ilə da burada vidalaşdı.

Şərh yoxdur

şərhini yaz