a
Hava:
15 C
clear sky
Baku
humidity: 77%
wind: 0 m/s N
H15 • L15
HomeKateqoriyasızŞəhid anası: “Onlar dastan yazıblar, Xudayarın oxuduğu mahnıdakı kimi” – VİDEO

Şəhid anası: “Onlar dastan yazıblar, Xudayarın oxuduğu mahnıdakı kimi” – VİDEO

“Zəng edəndə deyirdi narahat olmayın biz sərhədçiyik, sərhədi qoruyuruq”. Ağır döyüşdən gülə-gülə çıxırdı. Bir dəfə də döyüşdə olduğunu hiss etmədik”.

 

Umayclub “MediaPost”a istinadən xəbər verir ki, bu sözləri sosial şəbəkədə yayılan möhtəşəm ifası ilə hər kəsi heyran qoyan 22 yaşlı şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova deyib. Onun sözlərinə görə gizir şəhidimiz vətəni çox sevirdi:

 

“Kiçik dayısı ilə danışanda demişdi ki, dayı mən döyüşə gedirəm, hər şeyi nəzərə almışam. Heçnə deyə bilmirdim. Ancaq vətən, torpaq sizə əmanətdir deyirdim. Mən onu həm anası, həm də atası kimi saxlasam da, vətəni məndən daha çox sevirmiş. Babasına dedi ki, qaçqınlıq vəsiqəni cır at baba, gəlib səni evinə aparacağam”. Bütün şəhid analarına deyirəm ki, onlar ölməyib, Azərbaycanın dastanını yazıblar”.

 

Real TV-nin hazırladığı reportajı təqdim edirik:

Şərh yoxdur

şərhini yaz