a
Hava:
19 C
clear sky
Baku
humidity: 68%
wind: 3 m/s SE
H19 • L19

Mona Liza

Mona Liza ( və ya La Gioconda, La Joconde– İtaliya intibahı rəssamı Leonardo da Vincinin müəllifi olduğu bu əsər hazırda Lüvr muzeyində saxlanılır. Mona Liza, “dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəridir.”
Mona Liza həm də dünyada ən bahalı rəsm əsərlərindən biridir. 1962-ci ildə $100 milyon dəyərində sığorta edilən əsər, o zamana kimi məlum olan ən böyük sığorta dəyəri kimi Ginnesin Rekordlar Kitabına düşmüş, 2017-ci ildə isə onun sığorta dəyəri $800 milyona çatmışdır.
Əsərin kimin üçün çəkilməsi də dəqiq deyil. Corco Vazari portretin Liza del Cakondonun həyat yoldaşı Françesko del Cakondonun sifarişi ilə çəkildiyini qeyd edir. Əsərin 1503-1506-cı illərdə çəkildiyinə inanılır; lakin, ehtimal ki, Da Vinçi 1517-ci ilə kimi portret üzərində işləməyə davam etmişdir.

Şərh yoxdur

şərhini yaz