a
Hava:
18 C
clear sky
Baku
humidity: 77%
wind: 5 m/s SE
H18 • L18
HomeƏn son xəbərlərGənclərin şəxsi inkişafının təmin olunması və natiqlik bacarıqlarının artırılması” mövzusunda layihə reallaşdırılır

Gənclərin şəxsi inkişafının təmin olunması və natiqlik bacarıqlarının artırılması” mövzusunda layihə reallaşdırılır

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin şəxsi inkişafının təmin olunması və natiqlik bacarıqlarının artırılması” layihəsinin icrasına başlanılıb.

umayclub.com  AZƏRTAC-a istinadən xəbər verir ki,  İctimai Birlik  layihənin məqsədinin gənclərdə nitq mədəniyyətini inkişaf etdirərək onların qərarvermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etmək olduğunu bildirib.

Qarşıya qoyulan əsas vəzifələrə gənc natiqlərin yetişdirilməsi, gənclərin ictimai həyatda iştirakının stimullaşdırılması, könüllü hərəkatının inkişafı, cəmiyyətin maarifləndirilməsi daxildir.

Layihə mövcud pandemiya şəraitini nəzərə alaraq onlayn şəkildə “ZOOM” platforması vasitəsilə həyata keçiriləcək. Layihə çərçivəsində hər birində 50 nəfər olmaqla doqquz onlayn təlim sessiyası və bağlanış mərasiminin keçirilməsi nəzərdə tutulub. Layihədə iştirak etmək istəyənlər DVC-nin “Facebook” səhifəsi vasitəsilə qoşula bilərlər.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi 20 ildən çoxdur fəaliyyət göstərir və cəmiyyətin maarifləndirilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi və natiqlik bacarıqlarının artırılması istiqamətində proqram və layihələr reallaşdırır.

Şərh yoxdur

şərhini yaz