a
Hava:
16 C
scattered clouds
Baku
humidity: 67%
wind: 13 m/s NNW
H16 • L16
HomeƏn son xəbərlərBakıda şagird özünü məktəbin üçüncü mərtəbəsindən atıb

Bakıda şagird özünü məktəbin üçüncü mərtəbəsindən atıb

Bakıda şagird məktəbdə yıxılmayıb, o, özünü məktəbin üçüncü mərtəbəsindən yerə atıb.

Bu barədə “Report”a hadisənin baş verdiyi 313 saylı məktəbin direktor müavini Nəcəf Bayramov deyib.

O bildirib ki, sosial şəbəkələrdə yazıldığı kimi qız 10-cu sinifdə deyil, hələ yeni tədris ilində 9-cu sinfdə təhsilini davam etdirəcək:

“Onun sinifdən-sinfə keçməsi ilə bağlı problemi olmayıb. Anası məktəbimizdə xadimə işləyir və anasının yanına gəlib, naməlum səbəbdən təhsil müəssisəsinin üçüncü mərtəbəsinə qalxıb pəncərəni açaraq özünü atıb”.

Xatırladaq ki, 313 saylı məktəb açıqlama yayaraq şagirdin özünü atmadığını, yıxıldığını bəyan etmişdi.

Şərh yoxdur

şərhini yaz