a
Hava:
19 C
clear sky
Baku
humidity: 45%
wind: 4 m/s SSE
H19 • L19
HomeƏn son xəbərlər“Bələdiyyə adımıza saxta ölüm kağızı düzəldərək torpağımızı satıb” – Baş Prokurorluğun önündə etiraz (video)

“Bələdiyyə adımıza saxta ölüm kağızı düzəldərək torpağımızı satıb” – Baş Prokurorluğun önündə etiraz (video)

Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan bir neçə nəfər Baş prokurorluq önündə etiraz edərək şikayət ərizələrini həm  prokurorluq əməkdaşlarına, həm də media nümayəndələrinə  təqdim ediblər. Məsələ isə çox absurd olsa da, həm də cinayət tərkiblidir. Şikayətçilər iddia edir ki, adlarına olan torpaq sahələrini yerli bələdiyyə sədri  saxta ölüm arayışı çıxararaq satıb.

” Mənim torpağım olub. Mən sağ ola-ola mənim torpağımı yerli təşkilatlardan biri- bələdiyyə zəbt edib. Yaşımın  keçdiyini nəzərə alıb bu yaxınlarda  getdim ki, öz adıma olan torpaq sahəsini oğlumun adına keçirdim. Gedib bələdiyyədən sənəd düzəltmək istəyərkən  gördük ki, mənə aid torpaq sahəm zəbt olunaraq satılıb. Halbuki həmin torpaq sahəsi rəsmi olaraq mənim adıma idi.
Həmin şikayətçilərdən digəri,  Şabanova Xumar Höcət qızı da eyni iddia ilə üzünü media işçilərinə tutub onların vasitəsilə ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək ondan bu məsələylə bağlı kömək istəyib. “Təzə bilmişəm ki, sən demə, mən ölmüşəm. Axı, ölü də dirilər? Mən necə ölmüşəm ki, indi sizlərlə danışıram?..  Bu sənədi kim yazıb, kim peçat vurub aydınlıq gətirilsin” .

Qeyd:  Nəzərinizə çatdırırıq ki, bu  məsələ hələ ki, hüquqi cəhətdən  öz təsdiqini tapmayan iddiadır. Qarşı tərəfə söz haqqı verir və  eyni ilə fikirlərini  ictimaiyyətə çatdırmağa hazırıq.

 

etiketlər
Şərh yoxdur

şərhini yaz