a
Hava:
24 C
clear sky
Baku
humidity: 29%
wind: 7 m/s SSE
H24 • L24
HomeƏn son xəbərlərAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Müraciətdə deyilir:

“Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.

Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Sitatın sonu

 

Şərh yoxdur

şərhini yaz