a
Hava:
8 C
clear sky
Baku
humidity: 81%
wind: 1 m/s N
H8 • L8
HomeBürclərZamandan kənar gün

Zamandan kənar gün

25 iyul 2020- ci ilin magiyası.

Maya təqviminə görə, 24 iyul ilin son günüdür. Bu təqvimdə Qəməri (hər biri 28 gün) olduğundan ildə 364 gün olduğunu görürük. Təqvim 26 iyuldan başladığı üçün 25 iyul ZAMANDAN KƏNAR GÜN sayılır. Bu günün maqiyasını duymaq üçün anaxata (ürək) çakramıza köklənməliyik. Təbiətdə, anda olmaq, meditasiyada qəlbi və zamanı bir nöqtəyə gətirərək, dualar və arzular etmək lazımdır.
Bundan əlavə təmizlik işləri, borcların qaytarılması, ehtiyaclılara kömək də yerinə düşər.
Çakralarımızı balansa gətirərək, ürəyimizə köklənək. şir bürcü və günəş çakrasını yaşıl rənglə dolduraq, qəlbimizdəki blokları təmizləyək. Anaxata orta çakra olduğuçün, balans yaradaq. Keçmişimizi və gələcəyimizi tənzimləyək. Əgər həyatınızda məhəbbət problemi yaşayırsınızsa, sevgilinizdən, valideynlərinizdən, ümumiyyətlə, yaxınlarınızdan kritika və neqativ alırsınızsa, demək ki, şüuraltı özünüzə məhəbbətə qadağalar qoymusunuz. Anaxatanın bağlanması ürək-damar çakrasının xəstəliklərinə yol aça bilər. Meditasiya zamanı belə sözlərdən istifadə edin:
“Mən ürək çakram- Anaxatanı açmağı niyyət edirəm.
Mən özümü hər tərzdə, hər halımla sevirəm. Məğlubiyyətimlə, uğurlarımla sevirəm. Mən məhəbbət, sevinc, minnətdarlıq hissələrini qəlbimə yerləşdirirəm”.

Bu sözləri 3 dəfə demək lazimdır. Beləliklə, özünüzlə və ətrafdakılarınızla sevgi yaşamaq gərəkdir.

Şərh yoxdur

şərhini yaz