a
Hava:
23 C
clear sky
Baku
humidity: 49%
wind: 7 m/s NW
H23 • L23

Yapon pəhrizi

Yapon pəhrizi  ilə 13 günə 13 kq. arıqla

Pəhriz orqanizmdəki maddələr mübadiləsini daha fərqli ritmdə çalışdıracaq. Belə ki, itirilmiş çəki uzun müddət bədənə qayıtmayacaq.

Pəhrizin qaydaları.
Pəhrizə başlamazdan əvvəl yüngül yeməklərə üstünlük verin. Burada göstərilən ərzaqları başqaları ilə əvəz etməyin. Əks halda bu, maddələr mübadiləsini poza bilər.

İlk həftədə bu ərzaqlardan uzaq durun:

DUZ- bədənə su yığıb, çəkini artırır.
ŞƏKƏR-bədəndə piy qatları yaradır.
ALKOQOL- 100 qr. çaxır belə maddələr mübadiləsini pozur və toksinlərin bədəndən çıxmasına mane olur.
Pəhriz zamanı orqanizm susuzluqdan əziyyət çəkir.
Ona görə də, bu zaman çoxlu qazsız su içmək məsləhətdir.
Süd verən analara bu pəhriz qadağandır.

İlk günlər və pəhrizdən sonrakı ilk həftə
Səhər: Qəhvə
Nahar: Tərəvəz və yumurta
Axşam: Yağsız balıq

I – gün
Səhər: Qara qəhvə
Nahar: 2 soyutma yumurta, kələm salatı,
1 stəkan tomat şirəsi
Şam : Buğda bişmiş və ya zeytun yağında qızardılmış 200-250 qr. balıq

II gün
Səhər: Qara qəhvə və 1 dilim qurudulmuş qara çörək
Nahar: Buğda bişmiş balıq, zeytun yağlı tərəvəz, salatı ( xiyar, pomidor, turp, kələm və göyərti)
Şam: 100 qr. Mal əti və 100 qr.qatıq

III gün
Səhər: Qara qəhvə və 1 dilim qurudulmuş qara çörək
Nahar : Bitki yağında qızardılmış 1 ədəd böyük kabaçok
Şam: 200 qr. Soyutma mal əti, 2 ədəd yumurta, zeytun yağlı kələm salatı

IV gün
Səhər: Qara qəhvə
Nahar: Salat (1 ədəd soyutma yumurtanı və 3 ədəd böyük kökü doğrayıb, 15 qr. pendiri sürtgəcdən keçirib üzərinə zeytun yağı əlavə edin)
Şam: Meyvə (üzüm və banandan başqa)

V gün
Səhər: Üzərinə limon şirəsi sıxılmış, sürtgəcdən keçirilmiş çiy kök
Nahar: Buğda bişmiş və ya qızardılmış balıq, 1 stəkan tomat şirəsi
Şam: Meyvələr ( üzüm və banandan başqa)

VI gün
Səhər: Qara qəhvə
Nahar: Suda bişmiş, yağsız, dərisi cıxarılmış toyuq. Kələm və kök salatı
Şam: 2 ədəd soyutma yumurta, üzərinə bitki yağı, əlavə edilmiş kök salatı.

VII gün:
Səhər: Yaşıl çay, və ya ot dəmləməsi
Nahar: 200 qr. Soyutma mal əti və meyvə
Şam: Pəhrizdəki istədiyin şam yeməklərindən birini seçə bilərsən. ( III gündən başqa)

13-cü günə qədər pəhriz yenidən təkrarlanır.
Amma unutma ki, pəhrizdən yalnız 1 həftə sonra normal qidaya qayıda bilərsən.

Şərh yoxdur

şərhini yaz