a
Hava:
5 C
clear sky
Baku
humidity: 81%
wind: 1 m/s SW
H5 • L5
HomeMünasibətlərAna və uşaqUşaq evin güzgüsüdür (Video)

Uşaq evin güzgüsüdür (Video)

XIV əsr filosofu, dövlət xadimi və tarixçisi İbn Haldundan soruşurlar:
– Uşaqlarımıza necə tərbiyə verək?
İbn Haldun cavabında deyir:
– Övladlarınızı tərbiyə etməyə ehtiyac yoxdur. Onsuz da övladlarınız sizə bənzəyəcəklər. Özünüzü tərbiyə edin…

Pis övlad yoxdur, pis tərbiyə olunan övlad var. Bu gün övladlarımızda gördüyümüz qüsurlar  valideyn olaraq onlara verdiyimiz tərbiyədəki qüsurların göstəricisidir.
Uşaqları tərbiyə edərkən ən  təsirli tərbiyə metodu  valideyninin özünün nümunəvi davranışıdır.
Ətrafı qavradığı andan öyrənməyə meyilli olan uşaqlar  hər məqamda ən çox gördükləri insanların, xüsusilə ana-atalarının hərəkətlərini nümunə götürürlər. Və beləcə uşaqlar ailə böyüklərinin hərəkətlərini mənimsəyir və onları təqlid erək ətrafa ayaq uydururlar.  Bu səbəbdən  uşaqlar üçün ata-ana şərtsiz olaraq qəbul edilmiş bir müəllim, təlimçidir və təbii olaraq onların təsiriylə formalaşarlar.

Uşaqların valideynlərini təqlid etməsi uşaqların onları örnək insan olaraq götürdüyünün ən bariz nümunəsidir.  Haqlı olaraq, belə nəticəyə gəlmək olar ki, özünü tərbiyə edə bilməyən bir yetişkinin övladını tərbiyə edə  və  ya düzgün davranış sərgiləməyə  vadar edə bilməz. Çünki özünü tərbiyələndirə bilməyən valideyn, övladına hansı nəsihəti verə bilər və ya bu nəsihəti övladı tərəfindən nə qədər qəbul edilər? Övladının qarşısında mənfi davranışlar nümayiş edən bir valideyn, təəssüf, ki övladına nəinki yaxşı heç nə öyrədə bilməz, hətta, pis davranışları təbliğ edərək uşağın tərbiyəsinin pozulmasına səbəb olar.
Uşaq evin güzgüsüdür deyib böyüklərimiz. Çünki, hər bir uşaq evdən kənarda valideynlərindən mənimsədikləri hərəkətləri təkrar edərkən, istər-istəməz, o evdəki böyüklərin bir-biri ilə davranışına dair ətrafdakılar üçün bir çox fikir formalaşdırar.
Uşaqlaraın qarşısında sərgilənən istənilən hərəkət, ətrafdakılara qarşı münasibət və sərf edilən sözlər olduğu kimi bir müddət sonra valideynin özünə qayıdar. Valideynlər uşaqların qarşısında sərgilədiyi bütün mənfi hərəkətlərin eynisini uşaqların davranışlarında görərlər.

Ailədə ədəb, əxlaq, ədalət, mərhəmət, dürüstlük və yaxşılıq hakim olarsa uşaq mütləq ki bu mühitdən öz nəsibini alır, gördüklərini örnək götürür və mənimsəyir. Bu hər zaman, hər yaşda belədir. Valideynlər övladları üçün hər zaman ilk müəllim statusunu qoruyub saxladığı kimi, örnək şəxs olaraq qalır.

Bir valideyn övladını  cəmiyyətə faydalı bir fərd olaraq böyütmək istəyirsə nəsihətlərinin təsirini örnək  davranışları ilə  gücləndirməlidir. Sadəcə sözlə deyil, davranışları ilə də övladına ədəb və əxlaq aşılamalıdır.

Ömrünün hər anında özünü tərbiyə edən, özü üzərində islahatlar aparmağı bacaran valideynlər hansı yaşda olmasından asılı olmayaraq hər zaman övladı üçün gözəl davranışları ilə nümunə olar .
Daim övladlarımızla fəxr edəcək valideynlər olmaq diləyi ilə…

AynurA

Şərh yoxdur

şərhini yaz