a
Hava:
21 C
broken clouds
Baku
humidity: 60%
wind: 8 m/s S
H21 • L21
HomeKateqoriyasızUnut kədərini, qəmini unut…

Unut kədərini, qəmini unut…

Bəzən gərək olduğu anda nədənsə imtina etmək, uzaqlaşmaq elə özü ən böyük ərdəm, cəsarətdir. Ona görə də, səni sevindirən və ya kədərləndirən şeylər elə sənin sahib olduqların – titulun, rütbən, şəxsin, ətrafın, mühitindir. Bəlkə də səni  xoşbəxt, sevincli edəcək şeylərin yenilər olduğunu düşünürsən. Yeni iş, yeni ev, yeni avtomobil, yeni dostlar, yeni həyat… Bəlkə bütün bunlardansa, xoşbəxtliyi başqa yerdə yox, özündə axtarasan? Bəlkə  onlar sənin düşüncələrində gizlənib? Şüuraltında azca yır-yığış edib gərəksiz düşüncələri atsan əminəm ki, sən xoşbəxtliyin açarını tapacaqsan.

Elə isə başlayaq:

Unut, itir, at !!! Nəyi?

1. Qorxularını…

Qorxu duyğusu həyatımızın kontrolunu əlimizdən alan ən böyük hissimizdir. Bu duyğu sevmək və sevinc hissindən daha güclüdür.Hətta şüuraltı qorxularımızdan biri də bədbəxtlik qorxusu imiş.

2. Keçmişdəki uğursuz cəhdlərini…

“Mən edə bilmərəm”, “məndə alınmır”, “mənim olmaz” və s. Daima neqativə yükləndiyində həqiqətən uğursuzluqlar sizi ağuşuna alar. Ən gözəl niyyətləri, arzuları özünə yönəlt, özün üçün arzula.

3. Xoş olmayan xatirələri…

Hamımızın bir keçmişi vardır. Yaxşısı ilə, pisi ilə, itirdiklərimiz və qazandıqlarımızla naxışlanan keçmişimiz. Bəlkə də uşaqlıq, gənclik travmaları belə ola bilər. Onları unut. Onlar bitdi. Həyatının ssenarisi artıq sənin əllərindədir. Qələmi isə düşüncələrini. Ağ bir gələcəyə gözəl düşüncələrinlə gözəl ssenarilər, uğurlu hadisələr yaz. Keçmişi vərəqləyərkən bu gününün axıb getməsinə icazə vermə. Həyatını ən gözəl filmə çevir, bunun üçün hələ də fürsətin var. Əks təqdirdə keçmişin ağır yükünü hər yeni günə  çiyinlərində  daşımalı olacaqsan.

4. Başqalarının xəyallarını yaşamağı

İlk olaraq valideynlərinin sənə yönləndirdiyi xəyalları yaşamağa, reallaşdırmağa başlayırsan, sonra müəllimlərinin, dostlarının, həyat yoldaşının, müdirinin və s. Bəs sən nə zaman öz xəyalındakı sən olacaqsan?.. Öz xəyalların daha cazibəli və arzuolunan deyilmi? Elə isə qəlbinin səsini dinlə, başqalarını istəklərini yox…

5. Başqalarını razı salmağı..

Ən böyük şansı özünə ver. Ən çox özünü razı sal, ən böyük dəyəri, töhfənizi özünə ərmağan et. Öz nəğməni özün üçün oxu, başqaları onun səsinə qulaq verəcək…

6. Özünü başqaları ilə müqayisəni…

Bu həyat adlı səhnədə hərənin öz rolu var. Pisi ilə, yaxşısı ilə, səhvi, düzü ilə ilk özünü qucaqla, sonra isə hər kəsi. Həyatın hər anında səndən daha gözəli, uğurlusu, şanslısı, sağlamı və s. olacaq mütləq. Kimləsə özünü müqayisə edib bu savaşdan məğlub çıxmaqdan qaçın. Səni güclü edən, fərqli edən bir cəhətini, bir yönünü kəşf et. Yox, əgər mütləq müqayisə, rəqabət istəyirsənsə, elə isə yenə özünü seç. Dünənin lə müqayisə et, daha yaxşısı olmağa can at. Bu ən gözəlidir, çünki məğlub olmaq mümkünsüzdür, qalib də, qazanan da yenə sən olacaqsan…

7. Neqativ insanları
Yanında rahat ola bilmədiyin, sanki daralıb-daralıb kiçildiyin, gərginləşdiyi, hətta səssizlikləri ilə belə səni yoran, sənə lazım olmayan, sözdə məsləhətlər verən, danlayan, “otur yerində”, “sən bacarmazsan” və s.deyən, səni öz bataqlığında boğan, qonşu, dost, iş yoldaşı, həyat yoldaşı, qısası, bütün enerji vampirlərinin yanından  uzaqlaş. Niyə bu insanların sənin sevincini, gülüşünü, oğurlamasına icazə verirsən ?.. Uzaqlaşmasan bir gün mütləq sən də onlara dönərsən, deyingən, qəmli, olmayan təcrübələri ilə ağıl verən… Xoşbəxtlik bir seçimdır. Və əsla unutma xoşbəxtlik sonda deyil, yoldadır….

Latest comments
  • İnsanı daha əzmlə ,inamla çalışmağa,uğurun sanki bir addımlığında olmağına motivasiya edir bu yazı.Təşəkkür edirəm.Bu gün çoxunun axtardığı istinad nöqtəsi kimi gəldi bu yazı.

  • Çox gözəl yazıdır.Əslində hamının əməl etməli olduğu şərtlərdir.Amma yerinə yetirilməsi heç də asan deyil…

şərhini yaz