a
Hava:
23 C
clear sky
Baku
humidity: 33%
wind: 10 m/s NNW
H23 • L23
HomeUmayClub.comBizdən deməkTural Vəlicanov:Hər bir işimizdə milli dəyərlərimizi təbliğ etməliyik və yaşatmalıyıq.

Tural Vəlicanov:Hər bir işimizdə milli dəyərlərimizi təbliğ etməliyik və yaşatmalıyıq.

Dünya sivlizasiyasının inkişafında incəsənətin,mədəniyyətin inkişafının misilsiz rolu olub.Bu,danılmaz bir faktdır.Bildiyimiz kimi,hər bir sənət özündə böyük bir tarixi keçmişi qoruyub saxlayır.Qədim sənət növlərindən də biri bədii-oyma sənətidir ki,ilk nümunələrinə daha çox Qobustan və Gəmiqayada rast gəlinir.Bu əcdadlarımızdan bizə qalan bir sənət növü olmaqla,bugün də yaşadılır,inkişaf etdirilir.

Tural Vəlicanov:Hər bir işimizdə milli dəyərlərimizi təbliğ etməliyik və yaşatmalıyıq.

Azərbaycanda bədii-oyma sənətinə yetərincə töfhə vermiş gənc sənətkarlardan da biri də Tural Vəlicanovdur.Gənc rəssam oyma sənətinə hələ uşaqlıq illərdindən maraq göstərdiyini və rəssamlığa çox bağlı olduğunu bildirdi.9 yaşından rəsm dərnəyinə gedən Tural,dərnəyi bitirdikdən sonra Dövlət Rəssamlıq Akademiyasına daxil olur.Akademiyanı müvəffəqiyyətlə bitirən gənc rəssam sənətini daha da təkmilləşdirərək bir çox sərgilərdə öz əl işlərini nümayış etdirib.Keçirilən müsabiqələrdə birinciliyi qazanaraq mükafatlara layiq görülüb.Tural Vəlicanov tarixi irsimizin beşiklərindən sayılan Şəkidə doğulmasının onun yaradıcılığına böyük təsiri olduğunu,əl işlərində milliliyə,tarixiliyə böyük önəm verdiyini qeyd edən gənc sənətkar turistlərin buna böyük maraq göstərdiyini bildirdi. 2013-cü ildə Türkiyədən dəvət alan sənətçi bu sənətin inkişaf etdirilməsinin vacibliyindən danışaraq özünün də yetirmələrinin olduğunu bildirdi.Qeyd etdi ki,əsas məqasədlərindən biri bu sənəti dərindən bilən,yaşada bilən gənc rəssamların yetişdirilməsinə töfhə verməkdir.Gənc ustanın sözlərinə görə, ağaclarla işləmək, onlardan hər hansı bir sənət nümunəsi ərsəyə gətirmək o qədər də asan deyil. Necə deyərlər, yüz ölçüb bir biçməlisən. Ancaq ağac kimi mülayim, həssas, səxavətli, “sözəbaxan” digər material da tapmaq çətindir. Onun üzərində illərin buraxdığı izlərdən belə, naxış kimi istifadə etmək olar. Əsas odur ki, bu incəlikləri duyub tətbiq etməyi bacarasan.Bədii oyma-cizma çətin sənətdir və insandan istedad, təmkin, böyük zəhmət, dəqiqlik, incəlik tələb edir. Bunlar kompleks şəkildə olanda yaxşı əsər meydana gəlir. Bu sənəti mənimsəmək üçün insan xəttatlıqdan, nəqqaşlıqdan, xarratlıqdan, rəssamlıqdan məlumatlı olmalı, bu incəsənət növlərini də mənimsəməlidir. Məsələn, ağac üzərinə yaxşı bir oyma naxış salmaq istəyirsənsə, onun eskizlərini də hazırlamalı, ölçülərini yaxşı bilməlisən.

Qeyd edək ki,gənc sənətçi Tural Vəlicanovun əsas qazanc yeri məhz taxta üzərində oyma-cızma sənətindən əldə etdiyi gəlirdir.Müsahibimiz müştərilərin istəyinə uyğun hər növ sifarişlər hazırlandığını qeyd edərək bunun çox zövqverici bir iş olduğunu bildirdi.Daimi yeri Neftçilər metrosu,”Magnit” Mağazalar şəbəkəsinin yaxınlıği olan T.Vəlicanov hər zaman xalqına,millətinə yararlı bir şəxs olmağa çalışdığını,Azərbaycanımızın adın uca tutmaq,dünyada yüksək səviyyədə təmsil etməyin qürurlu bir hiss olduğunu dilə gətirərək Ata yurda bağlılığın önəmindən bəhs etdi.Sonda saytımıza öz xoş arzuların bildirən sənətkar Politics.az-ın loqotipini özündə əks etdirən oyma-cızma üsulu ilə hazırlanmış əl işin hədiyyə olaraq bizə təqdim etdi.

Biz də Politics.az kollektivi olaraq Tural Vəlicanova işlərində uğurlar arzu edirik.

Oxucularimiz üçün bir məlumatı qeyd edim ki,hər hansı bir sifarişləri vermək üçün Sizə rahat olsun deyə gənc sənətkarın əlaqə nömrəsin sonda qeyd edirik. Mob:+994 77 313 67 77

Sənətkarın əl işləri:

Mənbə:politics.az

Şərh yoxdur

şərhini yaz