a
Hava:
22 C
clear sky
Baku
humidity: 49%
wind: 3 m/s NNE
H22 • L22
HomeKateqoriyasızŞəhid bacısından əkiz qardaşına ürək dağlayan sözlər: “Axı, mən bu dünyaya tək gəlməmişdim…”

Şəhid bacısından əkiz qardaşına ürək dağlayan sözlər: “Axı, mən bu dünyaya tək gəlməmişdim…”

Şəhid bacısının əkiz qardaşına son sözləri: “Axı, mən bu dünyaya tək gəlməmişdim…”

Qardaşım Hüseynov Aslan Malik oğlu 6 oktyabr 1988-ci ildə Rusiyada anadan olub. Aslan orta təhsilini Tərtər rayon Qarabağlı kəndinin Yaşar Quliyev adına orta məktəbdə alıb. Bir qızı, bir oğlu var. Aysu ikinci sinifdə oxuyur. Balaca Kənan isə hələ beş yaşındadır.
Aslan 2006-cı ildə orta məktəbi bitirdikdən sonra oktyabr ayında Bakı şəhərində hərbi qulluq edib. Aslan çavuş, baş çavuş, gizir olaraq Tərtər rayonunda N saylı hərbi hissəsində xidmət göstərib.

Bu il, yəni 26 sentyabr 20020 – ci ildə Aslan Qarabağ savaşına hərbiçi kimi yollandı. 27 sentyabr günü başlanan döyüşlərdə fəal iştirak edib, 30 sentyabrda isə Talış kəndində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalaraq öz qəhrəmanlığı ilə tarixin qan yaddaşına həkk olub. Aslan 1 oktyabrda Tərtər rayonunun Qaradağlı kəndində, doğulduğu torpaqlarda dəfn olunub.

Qardaşıımla mən əkiz idik. Ona görə də, on bir il eyni ildə, eyni sinifdə və eyni parta arxasında əyləşmişik. Hər zaman biz birgə idik. Məktəbə bir gedib, bir gəlmişik.Çox qəribədir ki, dərsdən qalanda belə eyni gündə qalırdıq. Eyni gündə xəstələnər, eyni gündə sağalardıq. Heç vaxt bir- birimizdən ayrılmazdıq. Bizi tanrı birləşdirmiş, qoşa yaratmışdı. Heç nə bizi ayıra bilmirdi, ta ki, amansız düşmən ayıranadək. Mənfur düşmən qoymadı qoşa addımladığımız bu həyat yolunu elə qoşa da başa vuraq. Hələ də inana bilmirəm, inanmaq istəmirəm ki, əllərimiz bir- birindən necə ayrı düşdü… Bu yuxudurmu, ilahi?..

İçimdəki üsyanları boğa- boğa boğazımdakı qəhərləri uda – uda bu yuxunun bitməsini, ayılmağı, oyanmağı gözləyirəm. O tutan əlim elə o gündən buz donub. Heç kim, heç nə isidə bilmir. Məncə ilahi qüvvə belə isidə bilməz ondan, Aslandan üzülən əllərimin soyuqluğunu. Tək əlimmi üşüyür, tək qolummu buz tutub ?..
Bütün bədənim üşüyür, ama ən çox da qəlbim. Sol yanımı don vurub sanki. İllərin qarı aşıb qəlbim üstə tökülüb elə bil …
Elə hey öz – özümə sual verirəm mən niyə belə üşüyürəm? Cavabını bilirəm əslində. Axı, mənim yarım, tənim, hissəm, əkizim o boz, soyuq torpaq altında üşüyürsə, qəlbim, canım necə üşüməsin?
Bilirəm ki qardaşım hər üşüdükcə mən də burda üşüyəcəm, bilirəm. Hər yağan qardan birgə donub, hər qızmar yayda birgə ilğımlanacağıq, bilirəm.

Qaradinməz idi Aslan. Təbiətcə çox da şən deyildi. Qayğıkeş, zəhmətkeş idi. O ailədə hamımızdan fərli idi. Uşaq ikən ailənin, kəndin, elin, torpağın qayğısını çox çəkərdi. Vətənpərvər idi.
Hamı vətənini sevir, Aslan vətəni başqa sevirdi. Uğrunda öləcək qədər sevirdi. Torpağa çox bağlı idi. Onun amalına çevrilmişdi vətən dərdi, torpaq itkisi. Məhz bu sevgi idi onu hərbiçi olmağa yönəldən. Müharibə başlar- başlamaz da o, cəbhəyə yollandı. Həmin anlar, müharibənin olacağı xəbəri alandan Aslan o qədər sevincli idi ki. Mən onun əzminə baxıb heyran qalırdım. O sanki müharibəyə yox, toya- bayrama gedirdi. Torpağımızı almağa gedirik deyib uşaq kimi sevinirdi Aslan. Heç vaxt unuda bilmərəm. O cəbhəyə hazırlanan gün Aslanın həyat yoldaşı yanında övladları ilə kənarda dayanıb məlul- məlul Aslana baxırdı, bir anda özündən biixtiyar
“İnşallah müharibə heç başlamaz, sən də tezliklə sağ – salamat evimizə qayıdarsan” dedi. Aslan elə həmin an yoldaşına etirazını bildirdi. Niyə belə deyirsən, bundan gözəl nə ola bilər ki, biz vətən borcumuzu yerinə yetirməyə, onu qorumağa, azad etməyə gedirik. Təki vətən sağ olsun, dedi.

Ancaq onu da qeyd edim ki, bəlkə heç kim duya bilməzdi, çünki o bunu gizlətməyi bacarırdı, ancaq mən onu o qədər yaxşı hiss edirdim ki, axı biz iki canda döyünən bir ürək sahibi idik. Mən hiss edirdim ki, o qayıtmayacağını hiss edir, bilir. Bax, bu məni o qədər qorxudurdu ki… Bəli, Aslan şəhid olacağını əvvəlcədən bilirdi, o hərbiçi idi, yaxşı bilirdi ki, müharibənin sərt qanunları, amansız “töhfələri” var, ancaq adı kimi aslan ürəkli qardaşım ölümə gülə – oynaya, qürurla, məğrur gedirdi. O, gedərkən hamımızla görüşdü. Böyükdən – kiçiyə hamı ilə tək- tək halallaşıb getdi Aslan. Həqiqətən o ölümü ilə ölümsüzlük yazdı sanki. Ölüm onun mərdliyi qarşısında cılızlaşdı elə bil.
Onun arxasınca gələn əcəl qarmağına tuşlanan bu aslan ürəkli igiddən utandımı görəsən?.. Yəqin ki, utandı ki, onu ən gözəl ölümlə mükafatlandırdı, şəhidliklə ucaltdı. Mənim igid qardaşımın ölümü nə gözəl, nə müqəddəs oldu, ilahi?

B. Vahabzadənin şeirində deyildiyi kimi:

Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqətən uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər…

Nə o amansız düşmən , nə də o vaxtsız əcəl öyünməsin ki, onu vaxtsız aldı bizdən. O özü boyda şan yazdı, o özü boyda torpaq olub vətən torpağını çoxaltdı. O, torpaq yolunda canını verdi, qanına qıydı, düşmənə sipər oldu. Bayraq qədər göyə ucaldı. Bəlkə bayrağı bu qədər sevdiyindən idi ki, öləndə belə bayrağa sarındı, nəşi bayraqla gözəlləşdi Aslanın.
Aslan dəfələrlə bu sözləri dedi cəbhəyə gedərkən: “Təki mən şəhid olum, ancaq torpaqlarımızı geri alaq”. Görünür qardaşım bu arzunu o qədər ürəkdən, içdən arzulayıb ki, bu gün düşmən tapdağında olan torpaqlarımız geri alınır. Aslan isə bütün bunları ən üst mərtəbədən, şəhidlik zirvəsindən görür. Allah onu arzusuna çatdırdı.

Bu gün biz bir şəhid ailəsi olaraq onun yarıda qalmış arzusunu onun çiyindaşlarının necə tamamladığını görüb sevinir və qürur hissi keçiririk. Nə gözəl, igid qəhrəman oğulları var bu torpaqların. Çox sevinirik ki, igid əsgərlərimiz hər gün qələbə müjdəsi ilə bizi sevindirir. Ümid edirik ki, torpaqlarımızın hər bir qarışı geri alınacaq, Aslan və Aslan kimi neçə- neçə qəhrəman şəhidlərimizin ruhu şad olacaqdır. Onların başlatdığı işi ali baş komandan İlham Əliyevin göstərişi ilə igid əsgərlərimiz sonlandıracaq. Mənim Aslandan başqa bir qardaşım da var. O da ön cəbhədədir. Qardaşım da digər əsgərlər kimi yağı düşmənə qan uddurur, divan tuturlar. Axı, prezidentimiz demişkən: “erməni əsgərlərinin bizim torpaqlarımızda nə işi var”.

Mənfur düşmən bizim və bizim kimi neçə-neçə şəhid ailəsinin ocağını söndürdü, qoynuna od saldı. Bizlər, şəhid ailələri və ümumilikdə vətən adlı Azərbaycanımız neçə- neçə dillərə dastan igidlərimizi itirdik. Ancaq düşmən bilsin ki, bir Aslan ölər, min Aslan doğular. Hər doğulan aslanla doğulacaq mütləq Aslan.

Xalq olaraq ən ümdə arzumuz döyüşə yaxınları, doğmaları tərəfindən sağ yollanan Azərbaycan əsgərimiz evlərinə salamat qayıtsın. Vətən şəhid görməsin. Bir şəhid bacısı olaraq bu sözlə deyilə bilməyən bu müdhiş ağrımı tanrımız heç bir anaya, bacıya yaşatmasın. Aslan mənim sözlə deyə bilmədiyim dərdim nisgilim, qəlbimdə fəğan edən dərdim, ancaq eyni zamanda uca başım, fəxrim, qürurumdur. İlahidən sonrakı ən böyük zirvəmdir, müqəddəsimdir Aslan. Bəli, elə bir zirvə ki, ona bir daha nə əlim yetəcək, nə ünüm çatacaq. Qəlbimin, canımın yarısı qardaşım, mənim ilahi payım, əkiz qardaşım, tənim, yarım… Bu gün canım ayrılıb məndən, bir yanım gedib.Canından can ayrılmaq bu imiş demək… Yarası necə dərin, sağalmazmış bu qəmin. Heç bir bacıya arzulamıram daddığım bu acını. O qoca atamın-anamın Aslan adlı bir dərdi var, bir yarası var bu gündən sonra. Nəinki ailəmiz, kəndimiz yaş içindədir. Axı o boyukdən- kiçiyə hamının sevimlisi idi. O aprel döyüşlərində qəlpə yarası almışdı. Çoxlu orden və medalları və s. vardı. Aprel döyüşlərində fəal iştirakına və ümumilikdə xarakterinə görə o Tərtərin sevimlisi idi. Aslanı hamı tanıyır, sevirdi. Bundan sonra da Aslanı hamı tanıyacaq və qürur duyacaq, əminəm.
Onun geriyə çox az yaşayıb qoyub getdiyi qısacıq xatirələri, bir şanlı tariximizə həkk olunacaq şücaətli əməlləri və ikicə körpə balası qaldı. Böyüdə bilməyib, boya- başa yetirə bilmədiyi iki fidanı qaldı… Nə etmək olar, təki vətən sağ olsun!..

Mən əkiz qardaşım Aslanla həmişə fəxr etmişəm. O mənim bir ömürlük fəxrim, qürurumdur artıq.

Hamı üçün və bütövlükdə Azərbaycan üçün bir qəhrəman, şücaətli döyüşçü, adı kitablarda oxunacaq, şəninə neçə – neçə kitablar, şeirlər yazılacaq bir unudulmaz şəhid olacaq Aslan. Mənim üçünsə, ilahidən gələn ən böyük payım, bir ana bətnində bədənimizi bölüşüb, bir ürəkdən iki pay götürüb bu dünyaya birgə yol aldığımız əkiz qardaşım. Qoşa gəlib, qoşa yaşaya bilmədiyim, namərd gülləsinə tuş gələn igid əkiz qardaşım.

Məni yarıda qoyan qardaşım, niyə getdin bilmirəm, niyə məni tək qoydun bilmirəm, axı, mən bu dünyaya tək gəlməmişdim, məni niyə tək qoydun…

Qardaşım Hüseynov Aslan Malik oğlu 6 oktyabr 1988-ci ildə Rusiyada anadan olub. Aslan orta təhsilini Tərtər rayon Qarabağlı kəndinin Yaşar Quliyev adına orta məktəbdə alıb. Bir qızı, bir oğlu var. Aysu ikinci sinifdə oxuyur. Balaca Kənan isə hələ beş yaşındadır.

Aslan 2006-cı ildə orta məktəbi bitirdikdən sonra oktyabr ayında Bakı şəhərində hərbi qulluq edib. Aslan daha sonra  çavuş, baş çavuş, gizir olaraq Tərtər rayonunun N saylı hərbi hissəsində xidmət göstərib.

Bu il, yəni 26 sentyabr 20020 – ci ildə Aslan Qarabağ savaşına hərbiçi kimi yollandı. 27 sentyabr günü başlanan döyüşlərdə fəal iştirak edib, 30 sentyabrda isə Talış kəndində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalaraq öz qəhrəmanlığı ilə tarixin qan yaddaşına həkk olub. Aslan 1 oktyabrda Tərtər rayonunun Qaradağlı kəndində, doğulduğu torpaqlarda dəfn olunub.

Qardaşıımla mən əkiz idik. Ona görə də, on bir il eyni ildə, eyni sinifdə və eyni parta arxasında əyləşmişik. Hər zaman biz birgə idik. Məktəbə bir gedib, bir gəlmişik.Çox qəribədir ki, dərsdən qalanda belə eyni gündə qalırdıq. Eyni gündə xəstələnər, eyni gündə sağalardıq. Heç vaxt bir- birimizdən ayrılmazdıq. Bizi tanrı birləşdirmiş, qoşa yaratmışdı. Heç nə bizi ayıra bilmirdi, ta ki, amansız düşmən ayıranadək. Mənfur düşmən qoymadı qoşa addımladığımız bu həyat yolunu elə qoşa da başa vuraq. Hələ də inana bilmirəm, inanmaq istəmirəm ki, əllərimiz bir- birindən necə ayrı düşdü… Bu yuxudurmu, ilahi?..

İçimdəki üsyanları boğa- boğa boğazımdakı qəhərləri uda – uda bu yuxunun bitməsini, ayılmağı, oyanmağı gözləyirəm. O tutan əlim elə o gündən buz dönüb. Heç kim, heç nə işidə bilmir. Məncə ilahi qüvvə belə isidə bilməz ondan, Aslandan üzülən əllərimin soyuqluğunu. Tək əlimmi üşüyür, tək qolummu buz tutub ?..

Bütün bədənim üşüyür, ama ən çox da qəlbim. Sol yanımı don vurub sanki. İllərin qarı aşıb qəlbim üstə tökülüb elə bil …

Elə hey öz – özümə sual verirəm mən niyə belə üşüyürəm? Cavabını bilirəm əslində. Axı, mənim yarım, tənim, hissəm, əkizim o boz, soyuq torpaq altında uyuyursə, qəlbim, canım necə üşüməsin?

Bilirəm ki qardaşım hər üşüdükcə mən də burda üşüyəcəm, bilirəm. Hər yağan qardan birgə donub, hər qızmar yayda birgə ilğımlanacağıq, bilirəm.

Qaradinməz idi Aslan. Təbiətcə çox da şən deyildi. Qayğıkeş, zəhmətkeş idi. O ailədə hamımızdan fərli idi. Uşaq ikən ailənin, kəndin, elin, torpağın qayğısını çox çəkərdi. Vətənpərvər idi.

Hamı vətənini sevir, Aslan vətəni başqa sevirdi. Uğrunda öləcək qədər sevirdi. Torpağa çox bağlı idi. Onun amalına çevrilmişdi vətən dərdi, torpaq itkisi. Məhz bu sevgi idi onu hərbiçi olmağa yönəldən. Müharibə başlar- başlamaz da o, cəbhəyə yollandı. Həmin anlar, müharibənin olacağı xəbəri alandan Aslan o qədər sevincli idi ki. Mən onun əzminə baxıb heyran qalırdım. O sanki müharibəyə yox, toya- bayrama gedirdi. Torpağımızı almağa gedirik deyib uşaq kimi sevinirdi Aslan. Heç vaxt unuda bilmərəm. O cəbhəyə hazırlanan gün Aslanın həyat yoldaşı yanında övladları ilə kənarda dayanıb məlul- məlul Aslana baxırdı, bir anda özündən biixtiyar

“İnşallah müharibə heç başlamaz, sən də tezliklə sağ – salamat evimizə qayıdarsan” dedi. Aslan elə həmin an yoldaşına etirazını bildirdi. Niyə belə deyirsən, bundan gözəl nə ola bilər ki, biz vətən borcumuzu yerinə yetirməyə, onu qorumağa, azad etməyə gedirik. Təki vətən sağ olsun, dedi.

Ancaq onu da qeyd edim ki, bəlkə heç kim duya bilməzdi, çünki o bunu gizlətməyi bacarırdı, ancaq mən onu o qədər yaxşı hiss edirdim ki, axı biz iki canda döyünən bir ürək sahibi idik. Mən hiss edirdim ki, o qayıtmayacağını hiss edir, bilir. Bax, bu məni o qədər qorxudurdu ki… Bəli, Aslan şəhid olacağını əvvəlcədən bilirdi, o hərbiçi idi, yaxşı bilirdi ki, müharibənin sərt qanunları, amansız “töhfələri” var, ancaq adı kimi aslan ürəkli qardaşım ölümə gülə – oynaya, qürurla, məğrur gedirdi. O, gedərkən hamımızla görüşdü. Böyükdən – kiçiyə hamı ilə tək- tək halallaşıb getdi Aslan. Həqiqətən o ölümü ilə ölümsüzlük yazdı sanki. Ölüm onun mərdliyi qarşısında cılızlaşdı elə bil.

Onun arxasınca gələn əcəl qarmağına tuşlanan bu aslan ürəkli igiddən utandımı görəsən?.. Yəqin ki, utandı ki, onu ən gözəl ölümlə mükafatlandırdı, şəhidliklə ucaltdı. Mənim igid qardaşımın ölümü nə gözəl, nə müqəddəs oldu, ilahi?

B. Vahabzadənin şeirində deyildiyi kimi:

Zalım öyünməsin zülümləriylə,

Min bir böhtanıyla, min bir şəriylə.

Həqiqətən uğrunda ölümləriylə

Ölümü kamına çəkdi şəhidlər…

Nə o amansız düşmən , nə də o vaxtsız əcəl öyünməsin ki, onu vaxtsız aldı bizdən. O özü boyda şan yazdı, o özü boyda torpaq olub vətən torpağını çoxaltdı. O, torpaq yolunda canını verdi, qanına qıydı, düşmənə sipər oldu. Bayraq qədər göyə ucaldı. Bəlkə bayrağı bu qədər sevdiyindən idi ki, öləndə belə bayrağa sarındı, nəşi bayraqla gözəlləşdi Aslanın.

Aslan dəfələrlə bu sözləri dedi cəbhəyə gedərkən: “Təki mən şəhid olum, ancaq torpaqlarımızı geri alaq”. Görünür qardaşım bu arzunu o qədər ürəkdən, içdən arzulayıb ki, bu gün düşmən tapdağında olan torpaqlarımız geri alınır. Aslan isə bütün bunları ən üst mərtəbədən, şəhidlik zirvəsindən görür. Allah onu arzusuna çatdırdı.

Bu gün biz bir şəhid ailəsi olaraq onun yarıda qalmış arzusunu onun çiyindaşlarının necə tamamladığını görüb sevinir və qürur hissi keçiririk. Nə gözəl, igid qəhrəman oğulları var bu torpaqların. Çox sevinirik ki, igid əsgərlərimiz hər gün qələbə müjdəsi ilə bizi sevindirir. Ümid edirik ki, torpaqlarımızın hər bir qarışı geri alınacaq, Aslan və Aslan kimi neçə- neçə qəhrəman şəhidlərimizin ruhu şad olacaqdır. Onların başlatdığı işi ali baş komandan İlham Əliyevin göstərişi ilə igid əsgərlərimiz sonlandıracaq. Mənim Aslandan başqa bir qardaşım da var. O da ön cəbhədədir. Qardaşım da digər əsgərlər kimi yağı düşmənə qan uddurur, divan tuturlar. Axı, prezidentimiz demişkən: ” erməni əsgərlərinin bizim torpaqlarımızda nə işi var”.

Mənfur düşmən bizim və bizim kimi neçə-neçə şəhid ailəsinin ocağını söndürdü, qoynuna od saldı. Bizlər, şəhid ailələri və ümumilikdə vətən adlı Azərbaycanımız neçə- neçə dillərə dastan igidlərimizi itirdik. Ancaq düşmən bilsin ki, bir Aslan ölər, min Aslan doğular. Hər doğulan aslanla doğulacaq mütləq Aslan.

Xalq olaraq ən ümdə arzumuz döyüşə yaxınları, doğmaları tərəfindən sağ yollanan Azərbaycan əsgərimiz evlərinə salamat qayıtsın. Vətən şəhid görməsin. Bir şəhid bacısı olaraq bu sözlə deyilə bilməyən bu müdhiş ağrımı tanrımız heç bir anaya, bacıya yaşatmasın. Aslan mənim sözlə deyə bilmədiyim dərdim nisgilim, qəlbimdə fəğan edən dərdim, ancaq eyni zamanda uca başım, fəxrim, qürurumdur. İlahidən sonrakı ən böyük zirvəmdir, müqəddəsimdir Aslan. Bəli, elə bir zirvə ki, ona bir daha nə əlim yetəcək, nə ünüm çatacaq. Qəlbimin, canımın yarısı qardaşım, mənim ilahi payım, əkiz qardaşım, tənim, yarım…Bu gün canım ayrılıb məndən, bir yanım gedib.Canından can ayrılmaq bu imiş demək… Yarası necə dərin, sağalmazmış bu qəmin. Heç bir bacıya arzulamıram daddığım bu acını. O qoca atamın-anamın Aslan adlı bir dərdi var, bir yarası var. Nəinki ailəmiz, kəndimiz yaş içindədir. Axı o boyukdən- kiçiyə hamının sevimlisi idi. O aprel döyüşlərində qəlpə yarası almışdı. Çoxlu orden və medalları və s. vardı. Aprel döyüşlərində fəal iştirakına və ümumilikdə xarakterinə görə o Tərtərin sevimlisi idi. Aslanı hamı tanıyır, sevirdi. Bundan sonra da Aslanı hamı tanıyacaq və qürur duyacaq, əminəm.

Onun geriyə çox az yaşadıyıb qoyub getdiyi qısacıq xatirələri, bir şanlı tariximizə həkk olunacaq şücaətli əməlləri və ikicə körpədə balası qaldı. Böyüdə bilməyib, boya- başa yetirə bilmədiyi iki fidanı qaldı… Nə etmək olar, təki vətən sağ olsun!..

Mən əkiz qardaşım Aslanla həmişə fəxr etmişəm. O mənim bir ömürlük fəxrim, qürurumdur artıq.

Hamı üçün və bütövlükdə Azərbaycan üçün bir qəhrəman, şücaətli döyüşçü, adı kitablarda oxunacaq, şəninə neçə – neçə kitablar, şeirlər yazılacaq bir unudulmaz şəhid olacaq Aslan. Mənim üçünsə, ilahidən gələn ən böyük payım, bir ana bətnində bədənimizi bölüşüb, bir ürəkdən iki pay götürüb bu dünyaya birgə yol aldığımız əkiz qardaşım. Qoşa gəlib, qoşa yaşaya bilmədiyim, namərd gülləsinə tuş gələn igid əkiz qardaşım.

Məni yarıda qoyan qardaşım, niyə getdin bilmirəm, niyə məni tək qoydun bilmirəm, axı, mən bu dünyaya tək gəlməmişdim, məni niyə tək qoydun…

Şəhid bacısının əkiz qardaşına son sözləri: “Axı, mən bu dünyaya tək gəlməmişdim…”

Qardaşım Hüseynov Aslan Malik oğlu 6 oktyabr 1988-ci ildə Rusiyada anadan olub. Aslan orta təhsilini Tərtər rayon Qarabağlı kəndinin Yaşar Quliyev adına orta məktəbdə alıb. Bir qızı, bir oğlu var. Aysu ikinci sinifdə oxuyur. Balaca Kənan isə hələ beş yaşındadır.
Aslan 2006-cı ildə orta məktəbi bitirdikdən sonra oktyabr ayında Bakı şəhərində hərbi qulluq edib. Hərbi xidməti bitirdikdən sonra Aslan çavuş, baş çavuş, gizir olaraq Tərtər rayonunda hərbiçi işləyib.

etiketlər
Şərh yoxdur

şərhini yaz