a
Hava:
16 C
clear sky
Baku
humidity: 67%
wind: 0 m/s N
H16 • L16
HomeFitnesPlanka hərəkəti nədir?

Planka hərəkəti nədir?

Planka –  heç bir xüsusi idman alətinə ehtiyac olmadan, hər yerdə edilə biləcək son  vaxtların ən populyar idman hərəkəti. Planka bədəni daha qüvvətli etməklə bərabər üst və alt əzələləri eyni   vaxtda çalışdırır. Planka edən biri qarın əzələləri ilə yanaşı həm də kürək və çiyin əzələlərini möhkəmləndirməyə nail olar.

Düzgün duruşu və elastikliyi bərpa edər.
Hər gün mütəmadi olaraq edilən planka xüsusi ilə qarın əzələlərini bərkidib daha düz bir qarına sahib olmasına səbəb olar.
Araşdırmalar göstərir ki, planka adı pressdən daha effektlidir.
Necə etməli :
1. Başlanğıc vəziyyəti
Döşəməyə paralel, ayaqlar gərgin və azca aralı vəziyyətdə tutaraq ön qollarınız üzərində dayanın. Bütün vücud düz xətt vəziyyətini alsın.
Dirsəkləriniz çiyinlərinizlə düz xətt təşkil etsin
Bununla çiyin oynaqlarına aşırı yüklənmənin qarşısı alınar.
2. Əzələlərin gərilməsi
Bədən  əzələlərinin necə sıxıldığını hiss etmək effektli olmasında önəmlidir. Bu vəziyyətdə 30 saniyə qalmağa çalışın.
3. Son
Gərilən əzələləri yenidən yumşaldaraq Başlanğıc vəziyyətinə dönün
Bu hərəkətdə işləyən əzələlər
Bir neçə saniyə fasilə ilə 3 təkrar edilərsə effektli olar. Hər gün bir neçə saniyə artırarsa  istənilən nəticə daha sürətlə əldə edilər

Şərh yoxdur

şərhini yaz