Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin məzunu Hüseynquliyev İlham Əlövsət oğlu 2-3 iyul tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında 291.8 bal toplayaraq ölkə birincisi, 14 avqust tarixində I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında isə 400 bal toplayaraq muxtar respublika birincisi olmuşdur.
Qeyd edək ki, İlham Hüseynquliyevin buraxılış və qəbul imtahanlarında topladığı ümumi bal 691.8-dir.