a
Hava:
7 C
clear sky
Baku
humidity: 87%
wind: 0 m/s N
H7 • L7

Maraqlı bir hadisə.

Maraqlı bir hadisə.

Juan, motosikleti ilə Meksika sərhədinə gəlir. “Motosiklet”in arxasındakı iki qum torbasını görən sərhəd polisi şübhələnər və içində nə olduğunu soruşar.

Juan, “Yalnız qum” deyə cavab verincə polis, “Aç torbaları baxaq” -deyər. Juan torbaların ağzını açar, dəfələrlə yoxlasalar da qumdan başqa bir şey tapa bilməzlər. Bununla kifayətlənməyən polis, gecə yarısına qədər qumu hər növ təhlildən keçirdir, ancaq saf qumdan başqa bir şey yoxdur. Polis çantalarını Juana geri verər və sərhəddən buraxar.

Sabahısı gün Juan motosikletinin arxasında yenə iki qum torbası ilə təkrar sərhədə yaxınlaşar. Polis Juanı yenə dayandırar, axtarar, bir şey tapa bilməz və Juanı sərbəst buraxmaq məcburiyyətində qalar. Bu hadisə, polis təqaüdə çıxana qədər illərcə davam edər.
Bir gün təqaüdçü polis Meksikada bir barda oturarkən Juanın içəri girdiyini görər və dərhal yaxasına yapışar:

“Sənin illərdir bir şey qaçırdığından əminəm. Lütfən nə qaçırdığını etiraf elə. Aramızda qalacağına  söz verirəm.”
Juan gülümsəyərək cavab verir:

– “Motosiklet”…

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz