a
Hava:
24 C
clear sky
Baku
humidity: 43%
wind: 6 m/s SSE
H24 • L24
HomeMünasibətlərUşaq hüquqlarıMəktəbdə uşaqların üzləşdiyi zorakılıq

Məktəbdə uşaqların üzləşdiyi zorakılıq

Məktəbdə uşaqların üzləşdiyi zorakılıq

Adətən məktəb zorakılığının qurbanı aşağıdakı qrup uşaqlar olurlar:

♦ fiziki məhdudiyyətləri olanlar (eynəkli, eşitmə qabiliyyətində və hərəki problemləri olan);
♦ xüsusi davranışa malik olanlar (qapalı və ya impulsiv uşaqlar);
♦ xüsusi xarici görünüşə malik olanlar (kürən saçlı, çilli, əyri ayaqlı, kök və ya çox arıq, başın,
qulaqların xüsusi forması);
♦ sosial bacarıqları inkişaf etməmiş uşaqlar;
♦ məktəb qorxusu olanlar;
♦ kollektivdə həyat təcrübəsi olmayanlar (ev uşaqları);
♦ xəstəliklər (epilepsiya, tiklər və hiperkinezlər, kəkələmə, enurez, danışma qabiliyyətinin pozulması
və s.); ♦ intellektin aşağı olması və qavrama çətinlikləri.

Məktəbdə rast gəlinən zorakılıq halları:

• Ən çox rast gəlinən psixoloji zorakılıqdır: sözlə təhqir etmə, alçaltma, o cümlədən qorxutma,
hədələmə. Uşağı digərləri ilə müqayisə edəndə, onun xarici görünüşünə rişxənd edəndə, lağa qoyanda,
küncə qoyanda, həmçinin uşağın fikirlərinə kinayəli yanaşdıqda da şagird psixoloji zorakılığa məruz qalmış
olur;

• zorla, hədələməklə pul və əşyaların əlindən alınması;

• yuxarı sinif şagirdləri tərəfindən kiçik yaşlı uşaqların istismarı, işlədilməsi;

• məktəbdə döyülmə. Bura müəllimlərin uşağı vurması
(həmçinin, göstərici çubuqla), qulağını burması, sillə çəkməsi də aiddir;

• cinsi zorakılıq (məktəbin əməkdaşları, yuxarı sinif şagirdləri və s. tərəfindən).
Müəllimlər və həmyaşlıları tərəfindən təhqir olunan uşaqların valideynlərinə tövsiyələr:

• bu haqda vaxtında məlumat vermədiyinə və qarşısını almaq üçün heç bir tədbir görmədiyinə görə
uşağı danlamayın; • uşaqla söhbət edib münasibətlərdə toqquşmanın, stressin, gərginliyin mənbəyini təyin
edin;

• uşağı inandırın ki, onu başa düşürsüz və ona inanırsınız;

• sinif rəhbərinə və məktəbin müdiriyyətinə məlumat verin. Risk faktorları: uşaqlara qarşı zorakılığın
risk faktorları müəyyən edilmişdir: Qeyd etmək vacibdir ki, uşaq zorakılığın qurbanıdır və buna görə onu
heç vaxt günahlandırmaq olmaz.

Uşağın bəzi fərdi xüsusiyyətləri onun qurban olması ehtimalını artırır:
Xüsusi yaş dövründə olanlar (4 yaşadək uşaqlar, yeniyetmələr), vaxtından əvvəl anadan olan, narahat və
əsəbi, hiperaktiv və impulsiv davranışı ilə fərqlənən uşaqlar;
Arzuolunmayan və ya valideynlərin ümidlərini, etimadını doğrultmayan uşaqlar;
Xüsusi qayğıya ehtiyacları olan, ağlağan, fiziki və ya psixi qüsuru olan uşaqlar;
Əqli cəhətdən geri qalan uşaqlar arasında zorakılığa məruz qalanların faizi daha çoxdur və 20-40% təşkil
edir.

Ruhiyyə Məmmədli

Şərh yoxdur

şərhini yaz