a
Hava:
22 C
clear sky
Baku
humidity: 49%
wind: 2 m/s S
H22 • L22
HomeƏn son xəbərlərLivandan erməni ailələrinin Dağlıq Qarabağ ərazisinə köcürülməsi Paşinyan iqtidarının faşist ideologiyasına əsaslanır

Livandan erməni ailələrinin Dağlıq Qarabağ ərazisinə köcürülməsi Paşinyan iqtidarının faşist ideologiyasına əsaslanır

Ermənistanın qonşuluğunda olan ölkələrin ərazisinin, tarixi -mədəni irsinin mənimsənilməsinə yönəlmiş qəsbkar siyasətinin növbəti bariz nümunəsi Livandan erməni ailələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə köcürülməsidir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz Facebook səhifəsində bildirib.

O, daha sonra qeyd edib ki,süni şəkildə qarabağda demoqrafik vəziyyəti dəyişməklə status kvonu qorumaq, işğalın nəticələrini qəbul etdirmək ücün yerli və köcürülən erməniləri “yeni ərazilər uğrunda yeni müharibə”doktrinasının girovu kimi istifadə etmək sələflərinin “yolunu” davam etdirən Paşinyan iqtidarının faşist ideologiyasına əsaslanan təcavüzkar siyasətindən qaynaqlanır.

Müxtəlif səbəblərdən ev -eşiyini itirmiş İnsanların həyatını(hətta onlar erməni olsalar belə) alver predmetinə cevirmək, yeri gəldikdə onları çeşidli yollarla öz siyasi və iqtisadi maraqları naminə qurban verməkdən belə cəkinməyən ermənistan bununla indiyədək insanlıq və bəşəriyyət əleyhinə törətdiyi cinayətlərin sırasına yenilərini də əlavə etməkdədir.

Bu bir həqiqətdir ki, tarix və zaman hər şeyi olduğu kimi dəyərləndirir və belə cinayətlər cəzasız qalmır.Amma hər birimizin getdikcə daha aydın dərk etdiyimiz bir həqiqət də var ki, Azərbaycan xalqı və dövləti bu kimi beynəlxalq cinayətlərə qarşı daha dözüm və səbr göstərmək niyyətində deyildir.Hakimiyyətə gəlmək ücün xanımı Anna Akopyanla birlikdə əyninə geyindikləri sülh göyərcinləri libasını hərbi formaya dəyişərək Azərbaycan ərazisində Kalaşnikov avtomatı ilə əzələ nümayiş etirməklə sülh prosesini birdəfəlik basdıran Paşinyan nəinki sələfləri ilə, eləcədə beynəlxalq hüququ ayaqlar altına alaraq onunla bir sırada dayanmağı secənlərlə birlikdə bu törətdiklərinə görə cavab verəcəklər.

Sitatın sonu.

Şərh yoxdur

şərhini yaz