a
Hava:
8 C
clear sky
Baku
humidity: 81%
wind: 3 m/s NNW
H8 • L8
HomeQadın və ictimaiyyətDünyada tanınmış qadınlarKiçik çantası ilə böyük inqilab edən qızcığaz– Rubi

Kiçik çantası ilə böyük inqilab edən qızcığaz– Rubi

Kiçik çantası ilə böyük inqilab edən qızcığaz– Rubi

Bu gün bəşəriyyəti ən çox düşündürən məsələlərdən biri də insandır. Cəmiyyət, irq, din və məzhəblərarası münasibətlərdir. Çünki bəşəriyyətin gələcəyi müəyyən mənada tolerantlıq prinsipinin necə və hansı səviyyədə bərqərar olmasından asılıdır.
Tarixdə irqçilik, İrqi Ayrı-Seçkilik, dini və milli zəmində zaman-,, toqquşmalar baş vermişdir ki, nəticədə milyonlarla insan bu qarşıdurmanın qurbanına çevrilmişdir.
İrqçilik ümumi olaraq, öz qanını daşıyan, eyni dildə danışan və eyni soykökdən gələnin başqa soylardan gələnləri alçaltması, onlara yuxarıdan aşağı baxmasıdır.
Təəssüflər olsun ki, əvvəlki dövrlərdə daha daha sərt və amansız olan bu problem indi də yer kürəsini tərk etməməkdə və qlobal problem olaraq insanlığı təhdid etməkdədir.

İrqiçiliyin ən bariz nümunəsi isə qaradərili insanlara olan istismar olaraq tarixə həkk olunub…
8 sentyabr 1954-cü ildə ABŞ-da anadan olan Ruby Bridges, ölkədəki qara irqçiliyin simvolik adlarından biri oldu. 14 Noyabr 1960-cı ildə, Bridges’in 6 yaşında olduğu zaman, Luiziana əyalətinin New Orleans şəhərində təhsil sistemini dəyişdirərək ağ və qaradərili tələbələr arasında ayrıseçkiliyə son verməyə qərar verildi.

Bu dəyişiklikdən sonra Bridges və ailəsi qızlarının ağ məktəbə getmələri üçün könüllü oldular. ABŞ-da ağappaq William Frantz İbtidai məktəbində oxuyan ilk qaradərili oğlan olan Bridges, bir çox irqçi etiraz və təhdidlə qarşılaşdı.
Balaca Rubi də bu qlobal problemlə rastlaşdı, ancaq o buna boyun əymədən bütün dövrlərə damğasını vuran bir inqilab etdi.
Bu balaca qız məsum addımları ilə sözün əsl mənasında dünyaya yenilik gətirdi. Dövrünün amansız qınaq və fikirlərinə qarşı inqilabında silahı isə əlinə alıb məktəbə yollandıği çantası oldu…
Bu ilk qaradərili balacaca qızcığaz tərəfindən gerçəkləşdirilir və Rubi oxumaq eşqilə yalnız ağdərili uşaqların təhsil aldığı məktəbə yollandı.
O, hər gün məktəbə gedəndə yüzlərlə insan tərəfindən təhqir edildi. Bütün valideynlər ona görə uşaqlarını dərsə göndərmirdilər. Müəllimlər isə ona dərs deməkdən imtina etdilər. Hətta bu balaca qız onu məktəbə zəhərlənmələri dən də qorxurdu…
Lakin o, ölkəsi üçün tarix yazdı.
Bütün etirazlara baxmayaraq o heç vaxt gücünü və ümidini itirmədi.
Rubinin valideynləri çox narahat idi. Çünki yeni qərarla Rubi sadəcə qaradərililərin yox, həm qara, həm də ağdərililərin oxuduğu məktəbə gedəcəkdi. Səhər mülki geyimdə olan polislər Rubini məktəbə aparırlar. Balaca qız məktəbə çatıb oradakı izdihamı görəndə karnaval olduğunu zənn edir. Amma oradakı insanlar qaradərililərin məktəbə getməsinə etiraz edirdilər. Polislərin Rubini insanlardan qoruyaraq məktəb binasına salır. Rubi ilə seçilən 6 qaradərili uşaq isə qorxusundan dərsə gələ bilmir.
Həmin gün heç bir ağdərili valideyn övladını dərsə buraxmamışdı.
Heç bir müəllim Rubiyə dərs vermək istəmirdi.
Növbəti gün Barbara adlı müəllim ona dərs verməyi qəbul edir. Etirazçılar isə qızı məktəb qarşısında təhqir edirdilər. Hətta bir dəfə tabutun içinə qara çələng qoyaraq onu hədələyirlər. Rubi isə hər gün nəsə öyrəndiyi üçün özünü xoşbəxt hiss edirdi.
Məktəbdə onu zəhərləməsinlər deyə, sadəcə anasın bişirdiyi yeməkləri yeyirdi.
Rubi ağdərililərin məktəbinə getdiyi üçün atası işindən qovulur. Gündəlik alış-veriş etdikləri mağaza onlara xidmətdən imtina edir. Nənə- babası 25 il işlədiyi tarladan qovulur.
Rubi onu təhqir edən insanlar üçün deyirdi: “Tanrım, onları bağışla, çünki nə etdiklərini bilmirlər”.
Rubiyə dəstək olan ağdərililər də var idi. Ölkənin hər yerindən ona dəstək məktubları, hədiyyələr gəlirdi.
Hətta keçmiş prezident Ruzveltin həyat yoldaşı Eleqanor ona hədiyyə göndərir.
İşini itirmiş atasına dostları yeni iş tapırlar. Qonşuları Rubini qorumaq üçün evlərinin qarşısında növbə tuturdular. Hətta bəzən onunla məktəbə kimi gəlirdilər. Vaxt keçdikcə etirazçıların da sayı azaldı və bir il sonra qaradərili uşaqlar məktəbə gəlməyə başladılar.
Rubi məktəbi bitirdikdən sonra ali təhsil də alır. İllər sonra o,bilik müəllimi Barbara Henrinin də taparaq onunla görüşür.
Rubi hazırda 4 uşaq anasıdır və bir turizm şirkətində çalışır. İrqçiliyə qarşı bu gün də öz mübarizəsini davam etdirir. Haqqında kitablar yazılıb, film çəkilib.
Rubi 2005-ci ildə katrina fırtınasında evini itirsə də, heç bir şey onu ruhdan salmır.

Şərh yoxdur

şərhini yaz