a
Hava:
14 C
clear sky
Baku
humidity: 58%
wind: 3 m/s WNW
H14 • L14
HomemütailəŞəxslərİsa Sultan Şahtaxtinski kim olub?

İsa Sultan Şahtaxtinski kim olub?

Xan Arazın sahilində bir kənd var. Qədim Şahtaxtı kəndi. Tarixçilər yazırlar ki, kəndin yaxınlığında, Araz çayının sol sahilində eramızdan əvvəl II-I minilliklərə aid şəhər yeri aşkarlanmışdır.

Elm, mədəniyyət, incəsənət, siyasət sahəsində böyük yer tutmuş Şahtaxtınskilər, dünya ədəbiyyatı xəzinəsinə qiymətli incilər bəxş etmiş Hüseyn Cavid, Azərbaycan Xalq yazıçısı, Şöhrət ordenli Hüseyn İbrahimov, dünya şöhrətli alim, akademik Zərifə Əliyeva, texnika elmləri doktoru, professor Asif Rəsulov və başqaları bu kənddə dünyaya göz açımışlar.

“Kafkaz ” qəzetinin 1894-cü il noyabr tarixli nömrəsində qara çərçivəyə alınmış bir nekroloq dərc edilib. Bu nekroloq 43 yaşında həyatdan köçən ilk Azərbaycan jurnalistlərindən birinin ölümü ilə bağlıdır.

Qəzetdə baxışlarından qətiyyət yağan məhrum eloğlumuz İsa Sultan Nəcəfqulu oğlu Şahtaxtinskinin portireti də verilmişdir.

C. Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Mirzə Cəlil haqqındakı xatirələrində İsa Sultan Şahtataxtinski haqqında müxtəsər olsa da bəhs edib. Əlbəttə, bu səbəbsiz deyildir. Isa Sultanın həyat yoldaşı Səkinə xanım Həmidə xanımla yaxın rəfiqə olmuşdur. O, Tiflisdə xeyriyyə cəmiyyətində işləmiş, 20-ci illərdən sonra müəllimlik etmişdir.

İsa Sultan Naxçıvanski 1851-ci ildə Naxçıvan MR indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 20 yaşında Tiflisdə Realnı Gimnaziyasını bitirmiş, 1872-1875-ci illərdə Peterburq Əkinçilik İnstitutunda təhsil almış, 2 il Paris və Londonda siyasi-iqtisada dair muhazirələrə qulaq asmışdır.

İsa Sultan 1875-ci ildə “Təbiət və cəmiyyətin iqtisadiyyatında meşənin əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Həmin ilin payızında tiflisə qayıdaraq jurnalist fəaliyyətinə başlayıb.

O, “Tiflisski vestnik” qəzeti redaksiyasında siyasi məsələlər şöbəsinin müdiri olmuş, “ Kafkaziski almanax”ı nəşr etdirmişdir. Almanaxda müxtəlif təqvimlər, bayramlar, qafqazın coğrafiyası, inzibati bölgüsü, dövlət idarələri, maarif işçiləri haqqında məlumat, habelə astronomiya və metrologiyaya dair yazılar vardır.

Zəmanəsinin hazırlıqlı, mədəni, alicənab ziyalılarından olan İsa Sultan Şahtaxtnski Avropa və Şərq dillərindən bir neçəsini bilirdi. Fəlsəfə, biologiya, tarix üzrə mükəmməl biliyə malik idi. O, daim ehtiyac içərisində yaşasa da, nikbin olmuş, övladlarına mükəmməl savad verməyə çalışmışdır.

İsa Sultan Şahtaxtnski Qarsda bir neçə il C. Məmmədquluzadənin “hüşyar dostlardan biri” adlandırdığı Eynalı bəy Sultanovla eyni idarədə- hərbi qubernatorun dəftərxanasında işləmiş, onunla ailəvi dostluq etmişdir.

O, Qarsda hərbi quberniya dəftərxanasının məmuru işləsə də, jurnalistik fəaliyyətindən əl çəkməmiş, burada rus dilində çıxan “Kars” qəzetinin əsas əməkdaşlarından biri kimi də fəaliyyət göstərmişdir.

Tale İsa Sultanla Səkinə xanıma 5 qız bəxş etmişdir. İ. Sultan onların beşini də vətənə layiqli övladlar kimi tərbiyyə edib böyütmüş, hamısını oxutmuşdur. Lakin onun böyük qızı Leyla xanımın taleyi yaxşı gətirməmişdir. O, 1904-cü ildə Tiflisdə qız məktəbini bitirib İsveçrəyə getmiş, xeyriyyəçi Hacı Zeynalabdın Tağıyevin maddi köməlliyi ilə orada universitetin tibb fakultəsinə daxil olmuşdur. Lakin təhsilini başa vura bilməmiş, üçüncü kursda oxuyarkən soyuqdəymədən vəfat etmişdir. “Molla Nəsrəddin” jurnalı özünün 1908-ci il 52-ci nömrəsində Leyla xanımın ölümünü belə qeyd edirdi: “Yevropaya elm dalınca gedən müsəlman qızlardan Leyla xanımdan savayı bir özgəsini eşitməmişik. Molla Nəsrəddin arzularından xəbərdar olanlar yaxşı bilsinlər ki, belə bir vücudun yox olması bizim üçün təkinsiz bir dərddir. Jurnalımızın səhifəsini mərhumun surəti ilə bəzədik ki, Leyla xanımın gələcək Vətən bacıları hər dəfə həmin vərəqi görəndə desinlər bi bacımız vəfat etdi, bəs, insafdırmı bunun yeri boş qalsın? Rəvandırmı bundan sonra Şverçariyada elə bilsinlər ki, dünyada müsəlman qızı yoxdur…

Rəvadırmı?”

Gözəl alim Adilə Şahtaxtinskaya 1951-ci ildə 75 yaşında vəfat etmiş, Tiflisdə dəfn olunmuşdur. El üçün yanan həyatını insanların sağlamlığına həsr edən bu insanların xatirəsi daim ürəklərdə yaşayır.

Bəxtiyar ƏLİYEV

Şərh yoxdur

şərhini yaz