a
Hava:
15 C
clear sky
Baku
humidity: 88%
wind: 4 m/s SSE
H15 • L15
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıİgid qadınlar sırasına adını yazdıran Gülbar

İgid qadınlar sırasına adını yazdıran Gülbar

Döyüşən qadınlar-şəhid qadınlar.

Bir igid qız itirdik…

Müstəqilliyini yenidən elan etmiş Azərbaycan Respublikası ilk günlərdən münasibətlərini– dövlət sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, mübahisəli məsələlərdən dinc yolla nizama salınması, başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurdu.
Helinski müqaviləsinin yekun Aktında irəli sürülən hüquqi öhdəlikləri yerinə yetirməyə çalışırdı. Bununla belə, iqtidar dünyanın böyük dövlətlərinin Cənubi Qafqazla, xüsusən Azərbaycanla bağlı maraqlarını təmin edə biləcək tarazlı siyasət yeridə bilmədiyindən Dağlıq Qarabağ probleminin vaxtında həlli üçün ona lazımi dəstək verilməlidir. Bu səbəbdən müharibənin qarşısını almaq mümkün olmadı.

Beynəlxalq birliyin, xüsusən böyük dövlətlərin oyuncaq “Dağlıq Qarabağ Respublikası” nın elan edilməsinə loyal münasibəti erməni separatçılarını daha da şirnikləşdirdi. Onlar hərbi əməliyyatları genişləndirdilər.

1991-ci ilin sonunda Rusiya ilə Ermənistan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” bağlanması Rusiya Dağlıq Qarabağ ermənilərini Azərbaycana qarşı açıq-saçıq silahlandırmaq imkanı verdi.
Ali Sovetin “Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında” qanununa əsasən 1991-ci ilin noyabrında 22 sərhədyanı bölgədə yerli əhalidən könüllü ərazi özünümüdafiə batalyonları yaradıldı.

1991-ci il oktyabrın 9-da Ali Sovet Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etmişdir. Könüllülük əsasında yaranan hərbi hissələrdə kifayət qədər nizam-intizam yox idi.
Təcrübəli hərbiçilər az idi. Hərbi hissələrin bəziləri müəyyən siyasi qüvvələrin maraqlarına tabe edilmişdir, onlara pozucu ünsürlər yol tapa bilmişdi.

Döyüş qabiliyyətinə malik olmayan, lazımi silah və sursatla təmin olunmayan və müdafiə taktikası seçməyə məcbur olan özünümüdafiə batalyonları rus və erməni silahlı qüvvələrinin hücumlarının qarşısını ala bilmirdilər.
Belə bir şəraitdə erməni işğalçıları rusların köməyi ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan yerlələrinə hücumu genişləndirib 1992-ci ilin yanvarında Kərkicahan, fevralında Malıbəyli, Quşçular kəndlərini ələ keçirib Xocalını və Şuşanı mühasirəyə almağa başladılar. Yeni yaradılmağa başlayan başlayan hərbi hissələrin Şuşanı mühasirədən çıxarmaq məqsədi ilə apardığı “Daşaltı” əməliyyatı uğursuz oldu.
Qeyri-bərabər döyüşdə düşmən hərbi hissələri Qarabağlı kəndini ələ keçirib 150-yə yaxın müdafiəçini və kənd sakinlərini vəhşicəsinə qətlə
yetirərək, meyitləri silos quyularına atdılar. Fevralın 25-də axşam saat 9-da erməni silahlı qüvvələri Xankəndindəki Rusiyaya məxsus 366-cı mexanikləşdirilmiş atıcı alay və muzdlu quldurlar Xocalıya hücum etdilər.

XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı törədildi. Cəmi 150 nəfər müdafiəçisi olan Xocalı düşmənlə üz-üzə qaldı. Xocalı soyqırımında 613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 6 ailə bütövlüklə məhv edildi, şəhər yandırıldı…
O gündən bu günə qədər hələ də müharibə müəyyən ardıcıllıqla davam edir, vətən keşiyində duran əsgərlərimizlə bərabər sivil, dinc əhali də düşmən gülləsinə tuş gəlir, evlər dağıdılır, maddi ziyanlar yaşanılır, mədəni dəyərlərimiz – tarixi abidələr, dövlət müəssisələri və s. yerlə yeksan edilir.

1991-ci ildən, vətəni qorumaq uğrunda yaradılan könüllü dəstələrinə hər yaşdan ölkə vətəndaşları qatıldı. Hər kəs bir nəfər kimi yaralı Azərbaycanımıza məlhəm olmaq üçün cəbhəyə axışdı. Ölkənin igid oğulları ilə bərabər qeyrətli vətən qızları da könüllü dəstələrə qatılmağa başladılar.

Millətimizin qızı, qadını ayağa qalxırsa, bu Azərbaycan kişilərinin heysiyyatına toxunur. Amma nifrətini gizlədə bilməyəndə nə etməlisən?..
Minlərlə Azərbaycanın mübariz qız-qadınları əlinə silah götürməli oldular. Yüzlərlə qadınımız ön cəbhədə vuruşdu. Rəşadətlə mübarizə apardı, bəzən düşmən gülləsininin hədəfinə belə çevrildilər.

Təmiz qəlbli, xoş niyyətli, isməti bir qız kimi ən yüksək ada, ən tərifli sözə layiq olan GÜLBAR etdiyi qəhrəmanlıqlarla Milli Qəhrəmanlarımızdan biridir.
Gülbar arada öz çiyindaşlarına uşaqlıq xatirələrindən danışırdı. Xatirələrindən müəyyən etmək olurmuş onun qəhraman olacağı…
“Mən dördüncü sinifdə oxuyarkən atam budaqdakı quşu mənə göstərib dedi: “Nişan al, at, görüm nəyə qadirsən”. Atdım, özü də düz gözündən. Atam heyrətə üzümə baxıb başını buladı. Yəqin sevinirdilər ki, 3 qardaşa yeganə bacıyam.
Milli Ordu sıralarına könüllü olaraq ərizə yazıb daxil olanda da söz deməyi artıq saydı atam. Onsuz da fikrindən daşındıra bilməyəcəyəm onu, – dedi. Həm də mənə inanırdı. Qardaşım Kərimlə birgə vuruşurduq. O sıravi idi, mən isə rabitə xidmətinin rəisi. Amma hücum zamanı hər şeyi unudurdum, bir də görürdüm qarşıda yalnız erməni səngəridir, vəssalam”.
Necə də qayğısız, qorxusuz danışırmış. Döyüş dostları bu gün də onun şücaətindən, əzmində ağız dolusu danışırdılar. Deyirlər Gülbar düşmən mövqeyinin koordinatlarını elə dəqiqliklə təyin edirdi ki, bir həmləmiz də boşa getmirdi. Onun sayəsində düşmənin neçə- neçə hərbi texnikası məhv edilmişdir. Hələ Məngələnata yüksəkliyi uğrunda döyüşlərdə göstərdiyi şücaətləri demirik. Kimi ən çətin nöqtələrə göndərirdilər, çatanda Gülnarım orada görürdü. Onun hər bir döyüş yoldaşı artıq bu hala öyrəşmişdi. Onun şücaəti hər an görünürdü. İndi bütün bunlar xatirəyə dönüb.
Onun əlindən cana gələn ermənilər də ratsiyada qışqırır, ünvanına hədələr, nalayiq sözlər yağdırırdılar. O bütün bunları necə deyərlər, heç əyninə də almırdı. Əksinə, hücum əməliyyatı vaxtı bəzi əsgərlərin ehtiyat edib çəkindiyini gördükdə, silah götürüb irəliyə atılaraq, qorxu tilsimlərini qırırdı.
O, insanları bütün ali xüsusiyyəti ilə birgə qəbul edirdi. Gülbar yaxşı bilirdi ki, əlinə silah alıb irəliyə atılan torpaq qeyrəti çəkmək kişi işidir. Daha doğrusu, belə ağır və cəsarət tələb edən işin öhdəsindən fiziki cəhətdən sağlam, qüvvətli, şir ürəkli İnsanlar gələ bilərlər. O, özündə bu gücü, qüdrəti hiss edirdi. Vətənin ağır günündə öz mallarını, şəxsi istəklərini, arzularını bir kənara qoyub, bəlkə də üstündən xətt çəkib vətənimizi qorumağı üstün tutub, ən üzdə arzu bildi. O, bu çətin günlərdə harada olmağı, nə etməyi çoxlarından yaxsı bildirdi, yaxşı duyurdu. Elə buna görə də, o, olmalı gərəkən yerdə idi. Gülnar əməlləri ilə həqiqətən də Vətənə, valideynlərinə layiqli övlad olduğunu sübut etdi.

Hərbin dəmir intizamına, ağırlıqlarına, baxmayaraq, zərifliyini, incəliyini, səmimiyyətini sona qədər qoruyub saxlaya bilmişdi Gülbar.
O, 28 illik ömründə həyatın hər üzünu görmüşdü. Gülnar bir Azərbaycan qızı idi. O da bir çoxları kimi bir igidə ömür- gün yoldaşı, neçə şirin balalara ana olacaqdı. Ailə quracaq, xoşbəxt olacaqdı…
Heyif ki…
Daşına, kəsəyinə qəlbən bağlandığın, hər qarışıma bələd olduğun torpağı qorumaqdan ötrü qeyrət və bacarıq da bəc edərmiş. O, qəhrəmanlıqla vuruşduğu bir il üç ay ərzində bütün bunları sübuta yetirdi.
Gülbar sağlığında Milli Qəhrəman adına layiq görülən ilk döyüşçü qız idi.
Gülbar Heydər qızı Heydərova 1965-ci ildə Füzuli rayonunun Qaraməmmədli kəndində dünyaya göz açmışdı. Neft-kimya texnikumunu bitirib doğma rayonunda doluya qarşı hərbiləşdirilmiş mübarizə dəstəsində rabitəçi işləyirdi. Torpaqlarımıza erməni təcavüzü ilə əlaqədar 1992-ci ilin may ayının 9-dan könüllü olaraq Milli Orduya yazıldı. Müsahibələrinin birində ürəyinin onu gərək olduğu yerə-atasının uyuduğu müqəddəs torpağı qorumağa səsləməsini deyirdi:
– Ötən il (1992) fevralın 13-də ermənilərin Qacar kəndinə ilk güclü hücumu oldu. Kəndimiz Qacara yaxın olduğundan yanan evlərin ərşə qalxan tüstüsünü açıq-aydın görürdük. 13 saat döyüş getdi. Mən əliyalın kəndin köməyinə getmək istəyirdim. Gözlərim önündə torpaqlarımız əldən gedir… Vicdanı olan kəs bu biabırçılığa dözə bilməzdi. Mayın 9-da könüllü olaraq Milli Orduya yazıldım…
Ülvi Vətən sevgisi bu çəlimsiz qıza qibtə ediləcək güc, cəsarət, yenilməzlik bəxş etmişdi. Qəhrəmancasına vuruşduğu bir il üç ay ərzində 20-dən çox hərbi əməliyyatda, xüsusilə Məngələnata yüksəkliyinin azad edilməsində böyük fədakarlıqlar göstərdi. Rabitə xidmətinin rəisi Leytenant Gülbar Heydərovanın döyüş əməliyyatları zamanı verdiyi dəqiq koordinatlar nəticəsində düşmən mövqelərinin külü göyə sovrulurdu. Neçə-neçə silahdaşını yaralı vəziyyətdə döyüş meydanından çıxarıb hosbitala çatdırmışdı.
1993-cü ilin iyul ayının 28-də Füzuli torpağı Sarabəyim anayla birlikdə göynəyə-göynəyə göz yaşı axıtdı, Gülbarsız qaldı. Bir ay tamam olmamış, 23 avqustda isə rayonumuz işğal edildi.

Gülbar Azərbaycan qadınının əsrlər boyu qazandığı, qoruyub bu günədək çatdırdığı mərdliyi, məğrurluğu 28 illik ömür payında mətanətlə yaşatdı. Gülbar Nigarlar, Həcərlər, Məhsətilər, Burla Xatunlar nəslindən olduğunu bir daha sübut edə bildi. Gülbar çoxlarının arzuladığı, lakin çata bilmədiyi xoşbəxtlik zirvəsini fəth etdi.

Məsələni, əqidəsi, ən əsası Vətəni yolunda şəhid olanlar, qəhrəmana çevrilənlər xoşbəxtdirlər.
Xalq sizlərin sonuncu və əbədi mənziliniz olan Şəhidlər Xiyabanına çox gələcək.
Biz sizlərə borcluyuq…

 

Şərh yoxdur

şərhini yaz