a
Hava:
8 C
broken clouds
Baku
humidity: 75%
wind: 2 m/s NW
H8 • L8
HomeSağlamlıq və gözəllikFaydalı məlumatlarElektromaqnit dalğaların mənfi təsirindən ncə qorunmaq olar?

Elektromaqnit dalğaların mənfi təsirindən ncə qorunmaq olar?

Çoxumuz həyatımızı kompyutersiz təsəvvür edə bilmirik. Kompüter, necə deyərlər, çörək ağacı, ünsüyyət və asudə vaxtı keçirmək üçün ən yaxşı vasitədir.
Özünün multimedia özəlliklərinə görə kompyuter, televizor, radio, videopleyer, rəqəmsal video və fotostudiya rolunu oynayır. Ürəyimiz istəyəndə kompyüterimizə printer, skayner və mobil telefonumuzu da qoşa bilərik. Bir sözlə, kompyüteri insan zəkasının şah əsəri saymaq olar. Amma bəsər övladının yaratdığı ən unikal və etibarlı texnika belə, bizi elektromaqnit şüalanmasından tam mühafizə etmək iqtidarında deyil. Mütəxəssislərə görə, kompyuter nəinki yorğunluğa və görmənin zəifləməsinə səbəb olur, hətta allergiya və xərçəng xəstəliklərinə, sonsuzluğa da gətirib çıxarır.
Gəlin bioenergetika sahəsinin biliciləri in araşdırmalarına nəzər salaq.
İstənilən elektromaqnit sahəsi bioenergetik təbiətə malikdir.
Elektron prosessorlar güclü enerji axını yaradır. Fiziklər bunu torsion sahə adlandırırlar. Qədim Tibetdə oxşar effekti əldə etməkdən ötrü enerjini generasiya etmək məqsədilə “mantr çarx” larından istifadə olunurmuş.
Ona görə də elektromaqnit dalğalasının mənfi təsirini kompüterin yerləşdiyi mühitin aurasını korreksiya etməklə neytrallaşdırmaq olar.
Asanlıqla tətbiq edə biləcəyiniz bu cür korreksiya üsullarından bir neçəsini təqdim edirik:
1. Bir ovuc qırmızı gil götürün və diametri 3-5 şam. olan üç ədəd diyircək düzəldin: Diyircəyin birini klaviatura ilə monitorun arasına, yerdə qalan ikisini pəncərənin qabağına qoyun ki, onlara günəş şüaları düşsün. Bir həftədən sonra diyircəklərin yerini dəyişin. Mühafizəedici xüsusiyyəti bərpa olunmaq üçün hər diyircək günəş şüalarında iki həftə ” yüklənməlidir”.
2. Diametri 2 sm. olan kanifolu (iynəyarpaqlı ağacların şirəsindən hazırlanmış qətran” monitorun qarşısına qoyun: Ayda bir dəfə kanifolu təzələyin.
3. Kompüterə yaxın bir yerdə içərisində balıq olan akvarium yerləşdirin. Akvariumun sakinləri arasında mütləq qızıl balıq da olmalıdır.
4. Kompyüterinizin yanına bitki dibçəkləri qoyun:
Kompyüterin qarşısında kaktusun olması daha yaxşıdır, amma beqoniya ( ala-bəzək yarpaqları olan bitki) daha çox fayda verə bilər.
5. Monitorun arxa hissəsində balaca dördbucaqlı piramida yerləşdirin:
Onu özünüz də hazırlaya bilərsiniz. Bunun üçün karton və ya digər dielektiv materialdan uzunluğu 10, eni,24:sm. ölçüdə dörd ədəd üçbucaq kəsin. Sonra onları bir – birinə skoç və ya yapışqanla yapışdırın. Metal iynələrdən istifadə etməyin. Oxşar piramidanı mağazalarda da tapmaq olar. Piramida qoyanda onun bir hissəsi şimala baxmalıdır.
Şərh yoxdur

şərhini yaz