a
Hava:
6 C
clear sky
Baku
humidity: 87%
wind: 1 m/s SW
H6 • L6
HomeFaktlar və hadisələrDirçəlişdən başlayıb müstəqilliyə gedən yol.

Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol.

Dirçəliş oyanışdı, yenidən yaranmaq, dünyaya təzədən gəlməkdi. Sözün hər mənasında dirçəliş mübarizə aparmaq və özünü təsdiq etməkdi. Elə bizim xalqın da Milli Dirçəliş Günü onun özünü təsdiqi idi. XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır.

17 noyabr Milli Dirçəliş Günü hadisələrindən sonra Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcək.
Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan dirçəlişimizin, müstəqilliyimizin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Dirçəlişlə əldə olunmuş dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

17 noyabr dövlətimiz və xalqımız tərəfindən “Milli Dirçəliş Günü” kimi bayram edilir. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır. Müstəqil Azərbaycanın dövlət səviyyəsində qeyd etdiyi bayramlar içərisində Milli Dirçəliş Günü xüsusi yer tutur. İndi Azadlıq adlanan paytaxtın baş meydanında həmin gün milyondan artıq soydaşımız Azərbaycanın ərazi bütövlüyünün qəsdinə duranlara qarşı etiraz səsini ucaltdı. XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ-də baş vermiş ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar yaranmışdı. Ermənistanda və Qarabağın dağlıq hissəsində azəri türklərinə qarşı yönəldilmiş soyqırımı Sovet ordusu tərəfindən dəstəklənirdi. O zamankı SSRİ rəhbərliyinin məkrli qonşularımız ermənilərlə əlbir olub Dağlıq Qarabağı Azərbaycandan işğal edərək Ermənistanın nəzarətinə verilməsi istiqamətində atdığı addımlar xalqın səbir kasasını daşırmışdı. Xalqımız imperiya buxovlarından, əsarət zəncirindən azad olmaq istəyirdi. Bu mübarizələr yolunun sona çatmasını isə Azərbaycan xalqı “Dirçəliş” günü adlandırdı. Müstəmləkə əsarətindən cana gəlmiş xalq hər şeyə qadir olduğunu göstərdi. Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bu milli hərəkat xalqın dirçəlişiydi. Azərbaycanın müstəqilliyinə doğru uzanan yol 17 noyabrdan – Azadlıq meydanından başlanırdı. Az sonra tarix öz sözünü dedi. Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günü – Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq dəstəyin olmaması səbəblərindən itirildi.
17 noyabr 1990-cı il Azərbaycan dövlətçiliyinin, milli dövlət rəmzləri tariximizin dönüş nöqtələrindən biri kimi tarixi yaddaşımıza əbədi daxil olub. Bu tarixi gündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib çağdaş milli dövlətçilik tariximiz üçün çox əhəmiyyətli qərarlar qəbul edilib.
Bu həmin gündür ki, qədim Azərbaycan diyarı Naxçıvan Muxtar Respublikasının adı üstündən “Sovet sosialist” sözləri əbədi olaraq atılıb, Naxçıvanın ali qanunvericilik orqanı “Ali Məclis” adlandırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib və müqəddəsliyə yüksəldilib…

Bu həmin gündür ki, qədim Azərbaycan diyarı Naxçıvan Muxtar Respublikasının adı üstündən “Sovet sosialist” sözləri əbədi olaraq atılıb, Naxçıvanın ali qanunvericilik orqanı “Ali Məclis” adlandırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib və müqəddəsliyə yüksəldilib…
Göz açıb dünyaya gəldiyim gündən,
Ömrümü adına bağlamışam mən.
Sənsiz mən kiməm ki, vətən, ay vətən,
Ay arzum, diləyim, ruhum, vicdanım
Könlümün sevinci Azərbaycanım.
Bildiyiniz kimi, xalqımız keşməkeşli mübarizələr dolu məşəqqətli, tarixi bir yol keçmişdir. Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq, müstəqillik. Dirçəliş oyanışdı, yenidən yaranmaq, dünyaya təzədən gəlməkdi. Sözün hər mənasında dirçəliş mübarizə aparmaq və özünü təsdiq etməkdi. Elə bizim xalqın da Milli Dirçəliş Günü onun özünü təsdiqi idi. Müstəqil Azərbaycanın dövlət səviyyəsində qeyd etdiyi bayramlar içərisində Milli Dirçəliş günü xüsusi yer tutur. 1988-ci il noyabrın 17-də Azərbaycan xalqı ona edilən haqsızlığa və ədalətsizliyə qarşı yumruq kimi birləşmək qüdrətində olduğunu sübut etdi. İndi Azadlıq adlanan paytaxtın baş meydanında həmin gün bir milyondan artıq soydaşımız Azərbaycanın ərazi bütövlüyünün qəsdinə duranlara qarşı etiraz səsini ucaltdı. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır. Bu dövr ərzində nə qədər ağır sınaqlardan keçdik. XX yüzilliyin sonuna yaxın qarşılaşdığımız problemlər, bəlkə də, o sınaqların ən məsuliyyətlisi idi. Çünki burada söhbət ayrı-ayrı şəxslərin deyil, bütöv bir millətin taleyindən, azad və müstəqil yaşaya bilməsindən gedirdi.

Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bu milli hərəkat xalqın dirçəlişiydi. 17 noyabr hadisələri milli azadlıq hərəkatımızı dirçəltdi və xalq özünü tanıdı. Xalqın mövcud rejimə və onun yerli rəhbərlərinə qarşı inamı tükənmişdi. Ona görə də küçə və meydanlara axışan xalqın içərisindən ayrı-ayrı adamlar irəli çıxıb etiraz dalğasına müəyyən istiqamət verirdilər. Rejimdən narazı yüz minlərlə insanların Azadlıq meydanına toplaşması laxlamaqda olan SSRİ-nin rəhbərlərini təşvişə salırdı. Noyabrın 17-sindən etibarən kulminasiya həddinə çatan etiraz dalğasını yerindəcə boğmaq üçün bütün vasitələr işə salınmışdı. Lakin xalq birdəfəlik oyandı, öz haqqını daha qətiyyətlə tələb etməyin yollarını aradı. Ona görə də noyabrın 17-sini Milli Dirçəliş Günü kimi qeyd etməyə bütün Azərbaycan xalqının haqqı var.
Azərbaycanın zəngin tarixi keçmişi, Şərq və Qərb dəyərlərini öz mentalitetində əks etdirməsi, əlverişli geosiyasi mövqeyi, zəngin təbii ehtiyatlara malik olması xalqımıza firavan və təhlükəsiz yaşamaq haqqı verir. Bu haqqa həmişəlik sahib olmaq üçün ölkə daxilində siyasi sabitliyi qorumaq və milli həmrəyliyi təmin etmək lazımdır. Bütün bunlar isə hər bir Azərbaycan vətəndaşının siyasi yetkinlik nümayiş etdirməsi sayəsində mümkündür. Bu, bizim tariximizdir və nə tariximizi, nə də onu yazan liderlərimizin xidmətlərini unutmağa haqqımız yoxdur.
Tarixini unudan xalqı tarix unudur. Azərbaycanın bugünü göstərir ki, bu xalq tarixini unutmayıb. Ən azı ona görə ki, gündən-günə güclənən və möhkəmlənən Azərbaycan məhz Heydər Əliyevin yolu ilə irəliləyir. Bu yolu isə təbii ki, xalq seçib! Ümummilli lider Heydər Əliyevin dediyi kimi müstəqilliyimizin əbədi və dönməz olması üçün həmrəylik böyük əhəmiyyət daşıyır. Ona görədə hamımız birləşməliyik, hamımız milli həmrəylik, milli birlik hissi yaratmalıyıq. Milli deyəndə, ümumi Azərbaycan, ümumxalq məfhumunu göz önünə gətirməliyik. 17 noyabr bir daha göstərdi ki, bütün ciddi cəhdlərə baxmayaraq, azad yaşamaq üçün xəlq olunmuş milləti müstəmləkə boyunduruğu altında saxlamaq qeyri mümkündür. Müstəmləkəçilərin azadlıq kimi ən ülvi amalı məhv etmək cəhdi yalnız keçici, müvəqqəti uğur qazana bilər. Tarmar olmuş sovet imperiyasının xarabalıqları üzərində qurulan müstəqil dövlətlər, azad yaşayan xalqlar bu tarixi həqiqəti sübuta yetirdilər. Azərbaycan xalqı üçün qoca tarixin salnaməsində 17 noyabr azadlıq hərəkatı tale hadisəsi kimi həmişəlik qalacaq. Çünki xalq azad həyatının başlanğıcını məhz o gündən götürmüşdü.

Bu gün Azərbaycan gələcəyə inamla baxır. Möhkəm özülü Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi etibarlı əllərdədir. Heydər Əliyev kürsünün layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparır. Bu gün artıq xarici ölkələr də Azərbaycanın mövqeyi ilə hesablaşır, Azərbaycanı tanıyırlar, onu öyrənirlər. Əcnəbi dövlətlərlə iqtisadi əlaqələrimizin genişlənməsi, xüsusilə Azərbaycan neftinin istismarı sahəsində əməkdaşlığa dair bağlanmış və həyata keçən müqavilələr milli dirçəlişimizin bir təzahürüdür. Qərbi ölkəmizə gətirən təkcə “qara qızıl”ımız, digər təbii ehtiyatlarımız deyil, onları həm də ölkədəki ictimai- siyasi sabitlik cəlb edir. Böyük tarixə malik xalqımızın bu bayramı milli həmrəyliyin, demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir. Xalqın şüurunda baş vermiş milli oyanış xarici siyasət, iqtisadiyyat sahəsində əldə olunmuş uğurların təzahürü, torpaqlarımızın tezliklə işğalçılardan təmizlənməsinin, qaçqınların ata-baba yurdlarına qayıtmasının rəhnidir. Çox-çox zamanlar keçəcək, biz bu hərəkatdan hələ çox şeylər öyrənəcək, ibrətlər götürəcəyik. Bu bizim ən böyük bayramımızdır. Çünki digər tarixi hadisələrimiz məhz milli dirçəliş hissimizdən, milli oyanışımızdan dünyaya gəlib. Azərbaycanda azadlıq hərəkatının Dirçəliş Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik. Tədbirin sonunda kitabxananın müdriyyətinə söz verilir : Zəngin tarixə malik xalqımız artıq neçə ildir ki, Milli Dirçəliş Gününü bayram kimi qeyd edir. Düz 25 il bundan əvvəl noyabrın 17-də təxminən iki yüz il davam edən imperiya sistemindən cana doymuş Azərbaycan xalqı ayağa qalxaraq azad yaşamaq haqqının olduğunu birmənalı şəkildə ucadan səsləndirdi. Beləliklə, tarixə Meydan hadisələri kimi yazılan həmin gün xalqın özünü dərk prosesinin zirvəsi, milli oyanışının təntənəsi oldu. Hər dəfə bu bayramın qeyd edilməsi demokratiya və suverenliyimizin qorunması uğrunda mübarizənin təntənəsinə çevrilir. Ağlın, məntiqin işığı olmadığı yerdə məğlubiyyət hökm sürür. Özlərini siyasət meydanında görənlər bu həqiqəti, nəhayət ki, anlamalı, hakimiyyət hərisliyini, şəxsi ambisiyaları bir kənara qoyub müstəqil dövlətimizin inkişafı, qüdrətlənməsi üçün çalışmalıdırlar. Unutmamalıyıq ki, hələ bizim düşmən tapdağı altında inləyən torpaqlarımız, min bir zülmə düçar olan qaçqınlarımız var. Bu taleyüklü məsələnin həlli üçün xalqımızın yeganə nicatı Heydər Əliyevin davamçısı İlham Əliyevin ətrafında sıx birləşməkdir. Məhz Milli Dirçəliş yolu milli birlik və milli həmrəylikdən keçir. O hadisələrdən artıq 25 il keçir. Bu hərəkat hər şeydən öncə Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin monolit birliyinin azad yaşamaq istəyinin ilk nümayişi idi. Doğrudur, 17 noyabr hadisəsi sübut etdi ki, “el gücü-sel gücü” deyənlər haqlı imişlər. Xalq hərəkatının dalğası xalqın taleyi ilə alver edən siyasət dəllallarını siyasət meydanından süpürüb atdı.

17 noyabr bir daha göstərdi ki, bütün ciddi cəhdlərə baxmayaraq, azad yaşamaq üçün xəlq olunmuş milləti müstəmləkə boyunduruğu altında saxlamaq qeyri-mümkündür. Müstəmləkəçilərin azadlıq kimi ən ülvi amalı məhv etmək cəhdi yalnız keçici, müvəqqəti uğur qazana bilər. Bu gün tarmar olmuş sovet imperiyasının xarabalıqları üzərində qurulan müstəqil dövlətlər, azad yaşayan xalqlar bu tarixi həqiqəti sübuta yetirdilər. Tarix davam edir. Onun yaddaşına yeni-yeni səhifələr yazılır.

Azərbaycan xalqı üçün qoca tarixin salnaməsində 17 noyabr azadlıq hərəkatı tale hadisəsi kimi həmişəlik qalacaq. Çünki xalq azad həyatının başlanğıcını məhz o gündən götürmüşdür. Hər il noyabrın 17- si respublikamızda Milli Dirçəliş Günü kimi qeyd edilir və bu günün qeyd olunması bütün Azərbaycan xalqının mənəvi haqqıdır. Hazırda Azərbaycan adlanan müstəqil dövlətimiz, azərbaycan dili adlanan vahid dilimiz var. Zəngin tarixi keçmişi, ümumbəşəri dəyərləri öz mentalitetində əks etdirən Azərbaycan xalqının firavan yaşamağa haqqı var. Bu haqqa sahib olmaq üçün Azərbaycanın xoşbəxt gələcəyini görmək istəyən bütün qüvvələr birləşməlidir. Bu gün hamımızın Azərbaycan xalqının bayramıdır. Tarix bu gün yaranır. Onu nə keçmişdə, nə də ki, gələcəkdə yaratmaq mümkündür. Tarix dönməzdir, burada hər anın öz qiyməti var, gəlin, biz də tariximizi qoruyaq. Qoruyaq ki, bizdən sonrakı nəsillər öz tarixi keçmişi ilə fəxr etsinlər. Artıq Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmışdır. Ulu öndərimizin müəyyən etdiyi yolla gedən xalqı heç şübhəsiz ki, nurlu sabah, bolluq, firavanlıq, əmin-amanlıq gözləyir. Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev ulu öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirib, onun müstəqil siyasət yeritməsini təmin edib. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir. Azərbaycan dünyəvi ölkədir. Eyni zamanda, Azərbaycan inkişaf edən ölkədir. “Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir”, deyən İlham Əliyevin fəaliyyətinin təhlilinə nəzərən əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin davam etdirilməsi ictimai zərurət olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinə əbədi təminatdır.

Dirçəliş Günümüz mübarək!
Mən azadlıq cəbhəsində bir fədai əsgərəm,
Bir azadlıq istəyirəm, bir də azad bir vətən.
Düşmənlərin gülləsiylə qana batam gərək mən,
Vətən üstə pərələnsin bədənimdə pirəhən.
Qoy mən ölüm, zalimlərdən pak olunsun bu vətən,
Çox razıyam cəbhədə mən basdırılım bikəfən,
Bulud Qaraçolu

Aynur Turan

Şərh yoxdur

şərhini yaz