a
Hava:
10 C
mist
Baku
humidity: 93%
wind: 2 m/s SE
H10 • L10
HomeFaktlar və hadisələrÇində gizlədilən türk piramidaları

Çində gizlədilən türk piramidaları

Uyğur piramidaları — Çində gizlədilən türk piramidaları əslində kurqanlardır. Çin kurqanların araşdırılmasını qadağan edib. “Ağ piramida” (və ya Türk piramidası) adlandırılan kurqanın dünyanın bütün piramidalardan hündür olduğu təxmin edilir.
Yaxın dövrdə piramidaların içinə girməyi və fotosunu çəkməyi bacaran tək insan olan Oktan Kələşin açıqlamaları tarixə yeni bir ölçü gətirə bilər. Oktan Kələşin araşdırmasına görə, təxminən 5 min illik tarixi olan piramidaların inşa və mumiyalama işləri Misirdəkindən daha yüksək səviyyədədir. Oktan Kələş piramidaları ziyarət etdiyi zaman türk tarixinin başdan-ayağa dəyişə biləcəyini deyib. Yaşlı bir çinli rəhbər ilə piramidara gizlicə girən Oktan Kələş piramidanın içində türklərə aid simvol, heykəl və lövhələr olduğunu aşkarlayıb. Piramidanın içində 2 metr hündürlüyündə 1 mumiya, üzərində qurd başları və ay-ulduz simvolu var. Həmçinin, 3 metr hündürlüyündə Oğuz Xaqanın (Kağan) surəti mövcuddur.

Mənbə Wikipedia

 

Şərh yoxdur

şərhini yaz