a
Hava:
13 C
clear sky
Baku
humidity: 94%
wind: 5 m/s SSE
H13 • L13
HomeSağlamlıq və gözəllikMakiyajCazibədar gecə baxışlarının incə sirləri 

Cazibədar gecə baxışlarının incə sirləri 

Cazibədar gecə baxışlarının incə sirləri 

Artıq vizajistlərə müraciət etmədən seksual baxışlı gözlərə sahib ola bilərsən

Olar və olmazlar.

Olar: Rənglərlə “oynamaq”
Yaşıl və bənövşəyi rənglərin çalarlarından istifadə edə bilərsən. Bu gözlərdə qeyri-adilik yaradır.

Olmaz : Göz kölgələri qablarında olan aplikatordan istifadə etmək. Baxışların daha yumşaq görünməsindən ötrü kölgələr üçün nəzərdə tutulmuş fırçalardan istifadə etmək yaxşıdır.

Olar : Tünd göz kölgələrindən istifadə etməklə gözaltı parlaq etmək. Bunun üçün göz qapaqlarının sonunu bej rəngli karandaşla vurğula.

Gozlərdəki rəngi davamlı etmək üçün: əvvəlcə göz karandaşını çək, sonra isə eyni rəngdə kölgə ilə üstünü ört.

Dinamik baxışlara nail olmaq üçün: Gözləri karandaşla xəttlə, sonra isə maye halında olan laynerlə üstündən get.

Valehedici gözlərə yiyələnmək : Bunun üçün kölgələri 3 qat get. Solğun mavi kölgələrini sınaqdan keçirə bilərsən.

Gözdəki kosmetik vasitələrin təmizlənməsi qaydası:

Suya davamlı kosmetikanı təmizləmək üçün pambığı yağlı təmizləyicidə islat. Vazelindən də istifadə edə bilərsən.
Gözünü yum və aşağıya doğru yüngül hərəkətlərlə sil.
Pambığı təmiz tərəfində çevir və yuxarıya doğru sil. Gözlərin hələ də çirklidir? Onda yenidən təkrar et.

Əsaslar
Açıq və tünd rəngləri qarışdır
Göz qabağının ön hissəsini açıq-qəhvəyi, sonunu isə tünd qəhvəyi rənglə boya. Onda görünüş daha təbii olacaq.

Kirpikləri həcmli et
Bunun üçün tuşun birinci qatını nazik, ikinci qatını isə bir qədər qalın çəkmək lazımdır.

Şərh yoxdur

şərhini yaz