a
Hava:
8 C
broken clouds
Baku
humidity: 75%
wind: 2 m/s NW
H8 • L8
HomeƏn son xəbərlər“Bu gün gərək hər anımız Vətən! – desin!” adlı şeir müsabiqəsinə start verildi

“Bu gün gərək hər anımız Vətən! – desin!” adlı şeir müsabiqəsinə start verildi

Müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələri vətənpərvərlik, ruhunda tərbiyə etmək, doğma vətənə şeir vəsf etmək hisslərinin inkişafı, şeir yazmaq sənətinə marağın artırılması və bu sahədə xüsusi istedada malik uşaq və yeniyetmələrin aşkarlanmasıdır.

Müsabiqənin şərtləri:

  • Müsabiqəyə yalnız 1 iştirakçı tərəfindən 1şeir təqdim edilə bilər;
  • Mətnin həcmi 2 A4 formatından çox olmamalı;
  • Müsabiqə iştirakçılarının yaş həddi 7-17 yaş arası;
  • Şeir təqdim edilərkən müəllif özü haqqında məlumatı (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, elektron poçt ünvanını) təqdim etməlidir;
  • Müsabiqənin müddəti şeirlərin son qəbul tarixi 30  noyabr 2020-ci il.

Mövzu:

  • Vətənpərvərlik.

Qaliblərin seçilməsi və mükafatlandırılması:

  •  “7-17” yaş arası bütün uşaqlar müsabiqədə iştirak edə bilər;
  • Müsabiqədə iştirak etmək istəyən uşaqlar şeirləri özləri yazmalı;
  • Münsiflər heyyəti tərəfindən I, II, III yer olmaqla seçiləcək;
  • Digər iştirakçılara isə həvəsləndirici diplom və kitablar hədiyyə ediləcək.

Şeirlər elektron poçt ünvanına göndərilməlidir:

Əlavə məlumat üçün əlaqə telefonu:

  • (012) 597-08-79
etiketlər
Şərh yoxdur

şərhini yaz