a
Hava:
14 C
clear sky
Baku
humidity: 51%
wind: 3 m/s W
H14 • L14
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıBeynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin sədri–Röya Tağıyeva

Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin sədri–Röya Tağıyeva

Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin sədri–Röya Tağıyeva
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru Röya Seyfəddin qızı Tağıyeva 1 yanvar 1945-ci ildə Bakıda anadan olmuşdur.
XVII–XVIII əsrlərdə Qarabağda toxunmuş məşhur “Əjdahalı”-“Xətai” xalçaları Amerikanın Tekstil Muzeyinin fəxri sayılır. XV əsrdə, Qarabağ xalça məktəbinə aid zəngin ornamentli nadir xalça Berlin muzeyinin Şərq şöbəsində; XV əsrdə toxunan Qazax xalçası Stokholm muzeyində; XVI–XIX əsr Azərbaycan xalçalarının böyük bir qrupu Londonda Viktoriya və Albert Muzeyindədir. Nyu-Yorkun Metropoliten muzeyinin, İstanbulda “Türk və İslam əsərləri”Muzeyinin kolleksiyaları arasında, Moskvada Şərq xalqları İncəsənəti Muzeyində, Paris muzeyində və dünyanın bir çox digər muzeylərində də Azərbaycan xalçaları vardır.
Röya xanım Tağıyeva ADU- nün filologiya fakültəsini bitirmişdir.
Sənətşünaslıq elmləri doktoru, Azərbaycan Rəssamlar Birliyinin üzvüdür.
1967-ci ildə Əmək fəaliyyətinə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyində başlamışdır.
1982-ci il Elmi işçi, şöbə müdiri, elmi katib işləmiş, elə həmin ildə muzeyə rəhbərlik işinə başlamışdır.
1992-ci ildə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin sədridir.
“Azərbaycan dekorativ tətbiqi sənəti” , “Azərbaycanın süjeti xalçaları” , Nizami obrazları xalçalarda” kitablarının, bir neçə açıqca toplusunun, 30- dan artıq sərgi kataloqunun, elmi məqalə və çıxışların müəllifidir.
Azərbaycan xalçası beş yüz min illik insanın həyat və əbədiyyət, məişət köməkçisi, yol yoldaşıdır.
Tunc dövrünün ikinci minilliyindən üzü bu günə tarixin ayaqlarına döşənmiş Azərbaycan xalçası– hər bir azərbaycanlının qədəmgahı, yürüyü, evinin bəzəyi, rahatlığı, mebeli, atının, dəvəsinin çulu, bəzəyi, uzaq səfərlərdə çadırı, ibadət səccadəsi,
qoruyucu tilsimi, ritual vəsaiti və son mənzilə aparılanda bürünəcəyi olmuşdur.
Xalçaçılıq özünün adi toxuculuğa əsaslanan inkişafında uzun bir təkamül yolu keçmişdir. Eneolit dövründən müşahidə edilən toxuculuğun mənşəyini isə Qobustandan tapılan, neolit dövrunə aid bitki xammalından sadə hörmə metodu, ilə müxtəlif əşyaların hazırlanması üçün işlədilən alətlər və Kültəpədən, Üzərlik təpədən, Sarıtəpədən, Xanlardan və s. tapılan, eneolit dövrünə aid gil, sümük, tağalaqlar, iylər sübut edir.
Xalçaların gizli mənalarının heroqlif və piktoqramlarla şəhri dəyərli elm mənbəyidir”.
Şərh yoxdur

şərhini yaz