a
Hava:
23 C
clear sky
Baku
humidity: 38%
wind: 9 m/s S
H23 • L23
HomeƏn son xəbərlərBakıda gənc bibisi və nənəsini öldürdü

Bakıda gənc bibisi və nənəsini öldürdü

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda mənzildən iki qadın meyiti tapılıb. FHN-in xilasediciləri və polis əməkdaşlarının aşkar etdiyi meyitlər aidiyyəti üzrə təhvil verilib.

Umayclub “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin şəxslərin qətlə yetirildiyi məlum olub.

Belə ki, Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 27-ci binada yaşayan 88 yaşlı Esmira Cavadova və onun qızı, 61 yaşlı Tamella Cavadova yaşadıqları evdə bıçaqlanaraq öldürülüb. Onları E.Cavadovanın nəvəsi Samir Cavadovun ailə münaqişəsi zəminində öldürdüyü məlum olub.

S.Cavadov bibisi və nənəsini öldürdükdən sonra mətbəxdə qazı açaraq çıxıb gedib və onların dəm qazından öldüyünə şübhə yaratmaq istəyib.

O, hadisə yerindən qaçaraq gizlənsə də, Suraxanı rayonu ərazisində saxlanılıb.

Şərh yoxdur

şərhini yaz