a
Hava:
24 C
clear sky
Baku
humidity: 33%
wind: 9 m/s S
H24 • L24
HomeƏn son xəbərlərBacısını öldürən məmur oğlu ilə bağlı rəsmi məlumat

Bacısını öldürən məmur oğlu ilə bağlı rəsmi məlumat

Umayclub “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində dəhşətli faciə yaşanıb. Nümyəndənin oğlu Məhəmməd Babayev odlu silahdan atəş açaraq bacısını öldürüb.

Xəzər rayon Prokurorluğu Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində yaşanan faciə haqda məlumat yayıb.

Məlumatda deyilir:

“Sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranmış münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

Xatırladaq ki, Rahil Babayevin adı ahıl yaşda olan 2 qəsəbə sakininin torpaq sahələrinin ələ keçirilməsi ilə bağlı mətbuatın gündəminə gəlmişdi.

80 yaşlı Afət Əzizova və 91 yaşlı Xumarə Şabanova deyirdilər ki, Rahil Babayevin də olduğu dəstə onlara saxta ölüm şahədətnaməsi düzəldib. Onların ailə tərkibləri haqda saxta arayış yazaraq imzalayıb və sonradan boş torpaq sahələrinə aid sənədlər üzrə saxtakarlıqlar həyata keçirilib.

Məsələnin üstü Afət Əzizova torpaq sahəsini oğlunun adına keçirmək istəyərkən açılıb. İşə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baxılırdı. İlkin araşdırmalardan sonra cinayət işinin başlanması rədd edilib. Afət Əzizova və Xumara Şabanova Baş Prokurorluğa gedərək onlara qarşı baş vermiş cinayətin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmasını tələb ediblər.

Şərh yoxdur

şərhini yaz